Türkiyəli millət vəkili: “Qafqaz Universiteti iki ölkə arasındakı qardaşlıq və birliyin parlaq rəmzidir”

Azərbaycanda 2 günlük səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olub.
Köksal Toptan Universitetin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, K.Toptanın səfərinin məqsədi Türkiyə ali məktəblərində oxuyan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etməkdir.

Qafqaz Universitetində keçirilən görüşdə, universitetin professoru Ahmet Saniç bu ali ocaq haqda məlumat verib.

O bildirib ki, artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetinə qonaq gəlib və ilk görüşdə Köksal Toptana Qafqaz Universitetinin fəxri doktorluq diplomu və doktorluq rütbəsi təqdim olunub.

Rektor bugünkü görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əminliyini bildirib.

K.Toptan Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu  ifadə edib.

O bildirib ki, Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir.

K.Toptan universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduğunu bildirib.

Tədbirin sonunda “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim edib.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF