“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Şəki finalı keçirilib

 Dekabrın 27-də Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunmuş    “Ana dilimizi sevək, sevdirək”  müsabiqəsinin  Şəki rayon finalı keçirilib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Şəki şəhərində fəaliyyət göstərən musiqi və orta ümumtəhsil  məktəblərinin şagirdləri cəlb olunub. Şagirdlər müsabiqədə şeir, mahnı, internet səhifəsi hazırlama, qrammatika və inşa kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayış etdiriblər. Tədbbbirdə liseyin müdiri Ömər Faruk İmat çıxış edərək “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycanda fəaliyyətə başlamasında ümummilli lider, Şirkətin Fəxri Baş Müəllimi Heydər Əliyevin əvəzsiz xidmətlərindən və bu müsabiqənin ana dilimizin qorunmasında, təbliğ olunmasında mühüm əhəmiyyət kəsb etməsindən geniş söhbət açıb. Sonra müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıb. Daha sonra şirkətin 20 illik yubileyinə həsr olunmuş kitabı müsabiqədə iştirak edən Şəki təhsil şöbəsinin müdiri Südabər xanım İsmayılova təqdim edib. 

Sonra münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyən edilib. Məlum olub ki, inşa yazı kateqoriyası üzrə Şəki şəhəri 18 saylı məktəbin 9-cu sinif şagirdi Abduləzizova Reyhanə, qrammatika üzrə test üsulu ilə keçirilən müsabiqədə Şəki şəhəri 11 saylı orta məktəbin 9-cu sinif şagirdi Hüseynova Amella, internet səhifəsi hazırlama kateqoriyası üzrə Şəki şəhəri 18 saylı orta məktəbin 9-cu sinif şagirdi Səttarov Nicat, mahnı kateqoriyası üzrə Şəki şəhəri 11 saylı orta məktəbin 9-cu sinif şagirdi Rəhimə Əzimova, şeir kateqoriyası üzrə  Şəki şəhəri 11 saylı orta məktəbin 9-cu sinif  şagirdi Muradlı Rabiə fərqlənərək birinci yerə layiq görülüblər. Qaliblər 2013- cü ilin fevralında Bakı şəhərində keçiriləcək yarımfinalında iştirak edəcəklər.  
 Müsabiqənin sonunda qalib şagirdlərə və münsiflər heyətinə hədiyyələr təqdim olunub.
Tədbirdə Şəki şəhər Təhsil şöbəsinin əməkdaşları və Şəki Musiqi Kollecinin müəlimləri, şəhərin orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.   
 

   

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır