Şəhidlərin xatirəsi daim əziz tutulacaq və ürəklərdə yaşayacaqdır

Bakı, 18 yanvar (AzərTAc). Yanvarın 18-də “Çağ” Öyrətim İşlətmələri Şirkətinin nümayəndələri və şirkətin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anmış, məzarları üzərinə gül dəstələri düzmüşlər.
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz AzərTAc-ın müxbirinə müsahibəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu tərəfindən Azərbaycanda törədilmiş dəhşətli faciə barədə fikirlərini bildirərək, o müdhiş gecənin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulamışdır.
O demişdir: Torpaq, Vətən yolunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi daim əziz tutulacaq və ürəklərdə yaşayacaqdır. Şəhidlər ölməzdirlər.
M.Kurnaz, eyni zamanda, sürətlə inkişaf edən Azərbaycanın nurlu sabahına böyük inamını ifadə etmişdir.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF