Sumqayıtda X “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin finalı keçirilib

 Dekabrın 26-da Sumqayıt Dövlət Universitetində X “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin inşa, qrammatika, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə  Sumqayıt şəhər final mərhələsi keçirilib. Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbirdə Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında və inkişafındakı tarixi xidmətlərindən geniş söhbət açıb. Bu tədbirin keçirilməsinin əhəmiyyətindən danışan Ahmet Çamalan bildirib ki, əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ana dilimizin müqəddəsliyinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə və gələcək nəslə bu dilə xələl gətirilmədən çatdırılmasına xidmət etməkdir. Liseyin müdiri çıxışında onuda qeyd edib ki, müsabiqə qalibləri gələn ilin yayında Türkiyədə keçiriləcək Türk Dili olimpiadasında Azərbaycanı təmsil edəcəklər. Orada ölkəmizin maddi-mədəni dəyərlərini olimpiadada iştirak edən dünyanın bir çox nümayəndələrinə Azərbaycan dilində çatdıracaqlar. A. Çamalan çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar diləyib.
Sonra Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov və prorektoru Yadigar Hüseynov, Sumqayıt Şəhər təhsil şöbəsinin müdiri Mahal Əliyev və başqaları çıxış edərək bu müsabiqənin gənclərin həyatında əxlaqi-tərbiyəvi əhəmiyyətindən, dilimizin saflığının qorunmasında təbliğ olunmasında mühüm əhəmiyyət kəsb etməsindən danışıblar və müsabiqədə Sumqayıt şəhərində yerləşən məktəblərin əksəriyyətinin iştirak etdiyini bildiriblər. Müsabiqə iştirakçılarına uğurlar diləyiblər.
Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış mədəniyyət nümayəndələri muğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, aktyor Tərlan Nuryaşar iştirak ediblər. 
Tədbirin sonunda qalib şagirdlər müəyyənləşdirilib və mükafatlandırılıblar.    
Müsabiqədə Azərbaycan – Türkiyə Özəl Liseyləri Baş İdarə rəisi Mesut Kurnaz və “Qafqaz “Universitetinin rektoru, professor Ahmet Saniç iştirak ediblər.
















Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır