Türkiyə Ali Təhsil Şurasının sədri Qafqaz Universitetində olub

Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olub.

525.az-ın məlumatına görə, Təhsil Nazirliyi nümayəndələrinin, alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Qafqaz Universitetinin rektoru, professor Ahməd Sanic Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmış, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladıb. Rektor, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən bəhs edib. Rektor bildirib ki, Təhsil Nazirliyinin Universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır. Belə ki, Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir.  Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr  seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış  tələbələr birbaşa  2-ci kursda təhsilə  başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir.

Görüşdən məmnunluğunu bildirən Gökhan Çetinsaya Türkiyə-Azərbaycan əlaqələrinin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən qonaq, ölkələrimiz arasında təhsilin inkişafı üçün birgə proqramların reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırılıb.

Görüşdə Qafqaz Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb və qonağa rektor tərəfindən Fəxri plaket təqdim olunub.

S.QARAYEVA
http://525.az/site/?name=xeber&news_id=4836

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır