“Dilimiz varlığımızdır” devizi altında müsabiqə keçirilir

Dünən “Çağ” Öyrətim İşlətmələri şirkətində mətbuat konfransı keçirilib. Konfransda çıxış edən şirkətin prezidenti Ənvər Özərən bildirib ki, bu il onuncu ildir ki, “Dilimiz varlığımızdır” devizi altında “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycan–Türkiyə özəl liseyləri tərəfindən, respublika Təhsil Nazirliyinin təşkilati və əməli dəstəyi ilə həyata keçirilir.

525.az-ın məlumatna görə, 21 fevral – “Beynəlxalq Ana Dili Günü”nə həsr edilən müsabiqənin keçirilməsində əsas məqsəd qloballaşma və imperialist meyillərin təsiri altında dillərin, xüsusi ilə kiçik, azlıqda olan xalqların dillərinin silinib getməsinin qarşısını almaq, dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələyə yöməltmək məqsədi daşıyır
: “Azərbaycan özünün dövlət müstəqillliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev dilimizin qorunması, onun dövlət dili səviyyəsinə yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görüb. Belə ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirirlməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun qüvvəyə minməsi haqqında Fərman verib. 2001–ci il avqust ayının 1–dən etibarən Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ölkə Prezidenti İlham Əliyev dilimizin dövlət səviyyəsində qorunması məqsədilə əməli tədbirlər görmüş, qanunvericilikdə bu məqsədlə ciddi sənədlər qəbul edilib və icrasına başlanılıb”.
 Ənvər Özərən müsabiqə haqqında məlumat verərək bildirib ki, bu il onuncu dəfə keçirilən “Ana dilimizi sevək, sevdirək” ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet kateqoriyalarından ibarət həyata keçirilir. Qeyd edək ki, müsabiqənin I mərhələsində respublikanın 1115 məktəbindən 38428 nəfər şagird, II mərhələsində isə 135 şagird iştirak edib. Nəhayət, fevralın 18–də Azərbaycan Dövlət Milli Dram Teatrında keçiriləcək sonuncu–III mərhələdə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoruyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə alıb. Yekun turu respublikanın görkəmli dilçilərindən, ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələrindən, pedaqoqlarından ibarət münsiflər heyəti qiymətləndirəcək.

S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır