İki yüz minin arasında 16-cı olduq

  Qafqaz Universitetinin əməkdaşı SSRN reytinqinə görə iki yiz mindən artıq elm adamı arasında 16-cı yerdə olub.

“Qafqazinfo” xəbər verir ki, Universitetin Maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdə yer alan Top 30 000 tədqiqatçı arasında 16-cı yerdə olub.
Qeyd edək ki, SSRN (the Social Science Research Network) 1992-ci ildən etibarən fəaliyyət göstərən dünyanın ən populyar tədqiqat mərkəzlərindən sayılır. Qırxa yaxın İqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda Elçin Süleymanov ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçı olub. Bu elmi bazaya Azərbaycanla əlaqədar 180 məqalə daxıl edilib. Universitetin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1,600 Entrepreneurship Research & Policy Network Organizations reytinqini yüksəldib. Belə ki 2012 ci ildə 2250 yerdə olan Qafqaz Universiteti hazırda 338-ci yerə yüksəlib. Qeyd edək ki, Qafqaz Universiteti MDB məkanından ilk dördyüzlükdə olan yeganə universitetdir.

Nigar Məmmədli
http://qafqazinfo.az/site/%C4%B0KI_Y%C3%9CZ_MININ_ARASINDA_16_CI_OLDUQ-36661-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF