Qafqaz Universiteti ilə “Unibank” və “FİNCA-Azərbaycan” arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur


Bakı, 22 fevral (AzərTAc). Qafqaz Universiteti ilə “Unibank” və “FİNCA-Azərbaycan” qeyri-bank kredit təşkilatının nümayəndələri arasında görüş keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, məqsəd universitet ilə hər iki bank arasında əməkdaşlığı inkişaf etdirmək idi. Görüşdə münasibətlərin dərinləşməsi istiqamətində atılacaq addımlar, nəzəri biliklərlə təcrübənin birləşdirilməsi, tələbələrə təqaüdlərin ayrılması, universiteti bitirmiş və bitirəcək tələbələrin karyerasının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdur.
Görüşdə, həmçinin tərəflər arasında əməkdaşlıq haqqında xoşniyyətli protokolun imzalanması da müzakirə olunmuşdur.
http://azertag.com/node/1059059

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır