Qafqaz Universiteti Texnoparkı “Yeni fikir” müsabiqəsinə start verdi

Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) “Yeni fikir” müsabiqəsi təşkil edir.

QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən “Yeni Fikir” Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir. “Yeni fikir” müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. 
 Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  “www.yenifikir.az” saytına daxil olaraq, “online” qeydiyyatdan keçməlidirlər. 
“Yeni fikir” müsabiqəsinin qalibləri QUTECHNOPARK tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcəklər. Bununla belə, müsabiqənin nəticələrinə görə, ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar. 
Bu müsabiqə haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) müraciət etməklə bərabər, “www.yenifikir.az” saytından da istifadə edə bilərlər. 
 


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır