Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə reallaşdırılan təşəbbüskarlıq seminarları başa çatmışdır

Bakı, 4 fevral (AzərTAc). Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə bu il yanvarın 30-da başlanmış təşəbbüskarlıq seminarları uğurla başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarların müdavimlərinə sertifikatlar verilmişdir.
Universitetin texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda çalışan sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri olmuşlar.
Seminarlar Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkının vitse-prezidenti, məşhur təlimçi Ufuk Batum tərəfindən keçirilmişdir.
http://www.azertag.com/node/1051871

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF