Qafqaz Universitetində Sumqayıt məktəblilərinin fənn olimpiadalarında qalibləri mükafatlandırılıb

Qafqaz Universitetində Sumqayıt şəhərindən ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş məktəblilərlə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, görüşdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Qafqaz Universitetinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Universitetin rektoru Ahmet Saniç bildirib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Azərbaycan universitetləri arasında özünəməxsus yer tutur.

Burada tələbələrə dünya standartlarına uyğun təhsil verilir. Məhz bu səbəbdən ən yüksək bal toplayan tələbələr öz seçimlərini Qafqaz Universiteti üzərində saxlayırlar. Artıq bu Sumqayıt məktəbliləri ilə təşkil olunmuş sayca onuncu belə görüşdür.

“Mən inanıram ki, sizlərin arasında dünya səviyyəsində mükafatlara layiq görülənlər olacaq” .

Daha sonra çıxış edən Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri Mahal Əliyev vurğulayıb ki, Sumqayıtda təşkil olunmuş sonuncu fənn olimpiadasında 15 mindən artıq məktəbli iştirak edib.

Onun sözlərinə görə, keçən il Sumqayıt şəhərindən ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş 29 şagirddən 18-i yüksək nailiyyətlər qazanaraq müxtəlif dərəcələrdə qalib adlarını qazanıblar.

Bu il isə həmin olimpiadalarda Sumqayıtı 31 şagird təmsil edəcək. Onların da uğurlar qazanacağına əminlik ifadə olunub.

Tədbirin sonunda ilk üç yeri qazanmış tələbələrə müxtəlif mükafatlar və hədiyyələr təqdim edilib.

Mirvari Kamilqızı
Gün.Az
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF