Qafqaz Universitetinin əməkdaşı iki yüz mindən artıq elm adamı arasında 16-cı yerdədir

Dünyanın ən populyar tədqiqat mərkəzlərindən sayılan SSRN reytinqinə görə Qafqaz Universitetinin əməkdaşı iki yüz mindən artıq elm adamı arasında 16-cı yerdədir.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, dünyadakı 1500 tədqiqat mərkəzinin reytinqini müəyyənləşdirən “webometrics” reytinqinə görə SSRN 6 ildən artıqdır ki, hər il dünyanın ən reytinqli tədqiqat mərkəzi seçilib.

SSRN 2013-cü ilin reytinqi Qafqaz Universiteti üçün uğurlu olub.

Universitetin maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdə yer alan Top 30 000 tədqiqatçı arasında 16-cı yerdə olub. (http://hq.ssrn.com/rankings/Ranking_Display_LAB.cfm?TMY_gID=2&TRN_gID=7).

Qırxa yaxın iqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda Elçin Süleymanov ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçı olub.

Əksəriyyəti Amerikanın məşhur universitetlərinin təmsilçiləri olan ilk yüzlükdə, Amerika xaricində sadəcə İngiltərə, İspaniya, Kanada və Azərbaycanı təmsil edən tədqiqatçılar yer alıb.

Bu bazada yer alan Azərbaycanın iqtisadiyyatı ilə əlaqəli məqalələrə elmi ictimaiyyətin böyük diqqət göstərdiklərini subut etməkdədir.

Qeyd edək ki, bu elmi bazada Azərbaycanla əlaqədar 180 məqalə daxil edilib.

Elçin Süleymanovun həmmüəllifi olduğu dörd kitabı və  müxtəlif elmi jurnallarda və ondan çox xarici ölkədə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap olunub.

O, dünyanın 130 ölkəsindən müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq “indexcopernicus” şəbəkəsinin, Nyu-York Elmlər Akademiyasının, “World Academy of Science”, “Engineering and Technology”-nin və “Academia” şəbəkəsinin  üzvüdür.

Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilib. Scientific Committee and Editorial Review Board on Social and Human Sciences, World Academy of Science, Engineering and Technology üzvüdür.

Bu göstəricilərə görə bir neçə beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilib və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilib.

Universitetin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1,600 “Entrepreneurship Research & Policy Network Organizations” reytinqini yüksəldib.

Belə ki, 2012-ci ildə 2250 yerdə olan Qafqaz Universiteti  hazırda 338-ci yerə yüksəlib.

Qeyd edək ki, Qafqaz Universiteti MDB məkanında ilk dördyüzlükdə olan yeganə universitet olub.

Mirvari Kamilqızı
Gün.Az
 
“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və “Çağ Öyrətim İşlətmələri” şirkətinin bir qrup yüksək vəzifəli əməkdaşı Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub. Məktəbdən verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, dinamik sürətlə inkişaf edən Azərbaycan üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Onun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəssisəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E.Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, təhsil ölkənin inkişafı deməkdir: “20 il öncə Azərbaycana gəldiyimizdə Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaratdı. Bu gün bu dəstəyi və yüksək diqqəti prezident İlham Əliyev davam etdirir”. Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç isə deyib ki, Qafqaz Universiteti BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır: “Bu iki universitet ümumi maraqlar baxımından bir-birinin təcrübəsindən yararlanmalıdır”.

����������� News

������� ���������: http://regioninfo.az/iqtisadiyet/2194-a-yrtim-ltmlri-irktinin-rhbrliyi-bak-ali-neft-mktbind-olub.html
� Nowosib.com
“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və “Çağ Öyrətim İşlətmələri” şirkətinin bir qrup yüksək vəzifəli əməkdaşı Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub. Məktəbdən verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, dinamik sürətlə inkişaf edən Azərbaycan üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Onun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəssisəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E.Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, təhsil ölkənin inkişafı deməkdir: “20 il öncə Azərbaycana gəldiyimizdə Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaratdı. Bu gün bu dəstəyi və yüksək diqqəti prezident İlham Əliyev davam etdirir”. Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç isə deyib ki, Qafqaz Universiteti BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır: “Bu iki universitet ümumi maraqlar baxımından bir-birinin təcrübəsindən yararlanmalıdır”

����������� News

������� ���������: http://regioninfo.az/iqtisadiyet/2194-a-yrtim-ltmlri-irktinin-rhbrliyi-bak-ali-neft-mktbind-olub.html
� Nowosib.com

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır