T.C Melikşah Universiteti “Xocalı Soyqırımı” Konfransı

Fevralın 26-da Türkiyənin Kayseri şəhərində Melikşah Universitetində, Qafqaz Universitetinin Dos. Mübariz Yolçiyevin rəhbərliyi ilə Melikşah Universitetinin Hüquq Fakültəsi, Melikşah Universitetinin Sosial İşlər Dairə Başqanlığı, Melikşah Gənclik və Evrensəl Ədalət Tələbə Klublarının təşkilatçılığı ilə “Xocalı Soyqırımı” na həsr olunmuş anım konfransı keçirildi. 


Tədbirdə Kayseri Valisi, Kayseri Böyükşəhər Bələdiyyə Başqanı, Millət vəkilləri və bir çox nüfuzlu qonaqlar iştirak etmişdir. Konfransda Azərbaycan və Türkiyə himnləri səsləndi. Konfransı açılış nitqi ilə Melikşah Universitetinin Hüquq Fakültəsinin Dekanı Prof. Murat Şən açdı. Prof. Murat Şən Xocalı soyqırımı haqqında danışaraq faciyənin xronologiyasından bəhs etdi. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Daha sonra Xocalı Soyqırımına dair qısa metrajlı film izləndikdən sonra Azərbaycan Aviasiya Akademiyasının Hüquq Fakültəsinin Dekanı Dos. Aydın Qasımov “Xocalı Soyqırımı Haqqında Tarixi-Hüquq Müstəvidə” adlı məruzəsi dinlənildi . Konfransın sonunda Qafqaz Universitetinin Beynəlxalq Hüquq Bölməsinin müdiri Dos. Fərhad Mehdiyev isə “Xocalı Soyqırımı İnsanlığa Qarşı Bir Cinayətdir” adlı məruzə etdi. Konfransın sonunda yekun bəyannamə qəbul edildi.
http://www.mia.az/news/25055.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır