31 Mart 2013 Pazar

Qafqaz Universitetində sərgi - VİDEO




Sərgidə bir sira fiziki proseslər əyani şəkildə göstərilib.Velosiped təkəri nazik bir ipdən asılaraq dayanmadan fırlanır.
Bu oyuncaq avtomobil saatda 220 km sürətlə radara düşüb.  Bəlkə də inanmayacaqsınız qızın sacındakı lent 30000 min volt gərginliklə dalğalanır..
Qafqaz universitetində keçirilən texnoloji sərgi  maraqlı  görüntülərlə yadda qalıb
Baxın görün insanın əlində olan enerji bir pəri necə hərəkətə gətirir.
Eyni tələbə 3 aya hazırladığı kiçik gəmini nə qədər çalışsa da mühərriki işə düşmədi.
Bu cihazın dəstəyini fırlatmaqla enerji alınır. Alınan enerji istənilən insanın saçındakı lenti qaldırır..
Tələbələrin təkərlə göstərdikləri eksperiment xeyli maraqlıdır.
İçəridəki sərgi ilə yanaşı universitetin həyətində oyuncaq avtomobillərlə şou göstərilirdi.

http://www.xezerxeber.com/XeberOxu.aspx?id=55485#.UVgGyzebPhE
 

Quba və Qusar rayonlarında əsgər ziyarəti

Məzun Koordinasiya Şöbəsinin əməkdaşları 30.03.2013 və 31.03.2013 tarixlərində Quba və Qusarda hərbi xidmətdə olan məzunları həmin rayonlarda işləyən məzunlarla birgə ziyarət etdi və onların xidət şəraitləriylə tanış oldular. Məzunlarımız  öz əsgərlik xatirələrini bizimlə böluşdülər. Məzunlarımız unverisitetin təşkil etdiyi  bu göruşdən çox şad olduqlarını bildirdilər. Qafqaz univerisiteti  onları unutmadığını, əsgərlikdə də onlara baş çəkməsi onları çox sevindirdi.  Məzunlar bunu universitetin onlara vermiş olduğu  dəyərin bariz nümunəsi kimi qiymətləndirdilər.
Məzunlarımızla xatirə şəkili çəkdirib xoş təəssüratlarla ayrıldıq.

28 Mart 2013 Perşembe

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirilmişdir

Bakı, 27 mart (AzərTAc). Qafqaz Universitetində tələbə və məktəblilərin proqramlaşdırma üzrə respublika və beynəlxalq olimpiadalara hazırlanmaları üçün dördüncü “Proqramçıların yaz məktəbi” təlimləri keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, təlimlər Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin kibernetika fakültəsinin riyazi informatika kafedrasının dosenti Mixail Medvedev (Ukraynada proqramlaşdırma olimpiadaları üzrə mütəxəssis və təlimçi) tərəfindən aparılmışdır.
Təlimlərdə universitetin kompyuter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi bölmələrindən 30 tələbə və Azərbaycan-Türkiyə özəl liseylərindən 5 şagird iştirak etmişdir. Seçilən tələbə və şagirdlər iyulun 6-dan 13-dək Avstraliyada keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcəklər).
Səkkiz gün davam edən təlimlərdə e-olimp.com.ua metodik saytından (BDU-nun dosenti Ramin Mahmudzadə və Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə saytın Azərbaycan dilində lokalizasiyası aparılmışdır) məsələlərin həlli üçün istifadə edilmişdir.
Oxşar təlimlər 2011, 2012-ci illərdə də keçirilmiş və Qafqaz Universiteti tələbələrinin respublika və beynəlxalq proqramlaşdırma olimpiadalarında yüksək nəticələr əldə etmələrində əhəmiyyətli rol oynamışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

27 Mart 2013 Çarşamba

Yeni Fikir Müsabiqəsi üçün KONSULTASİYALAR

iştirak etmək istəyənlərin nəzərinə
KONSULTASİYALAR 05 APREL 2013-CÜ İL TARİXİNƏ KİMİ
HƏFTƏNİN 1–6-cı günləri saat  11.00–12.00 –da
Qafqaz Universiteti şəhərciyi, QUTECHNOPARK İnkubasiya Mərkəzində keçirilir.
Konsultasiyada layihələrin yazılması, online qeydiyyat,
ümumi məlumatlandırma və s. kimi YFM haqqında qarşıya çıxan
bütün suallara cavab verilir..

əlaqə:
Dos. Isa Qasımov  
Qafqaz Universiteti Texnopark müdiri
Mobil: +994 050 6808445, +994 055 7680245
Ünvan:  AZ 0101, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küç. 120, Qafqaz Universiteti


Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi

17-24 mart 2013-cü il tarixlərində Qafqaz Universitetində Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə tələbə və məktəblilərin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca dördüncü olan “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi. Təlimlərin aparılması üçün Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Kibernetika Fakültəsinin Riyazi İnformatika kafedrasının dosenti Mixail Medvedyev (Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna, Rusiya və Beynəlxalq proqramlaşdırma olimpiadalarda münsiflər heyətinin üzvü kimi tanınmış mütəxəssis) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilmişdir.
Təlimlərdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölmələrindən olan 30 tələbə və Azərbaycan Türk Özəl Liseylərindən 5 şagird (bu şagirdlər 6-13 iyul 2013-cü il tarixlərində Avstraliyanın Brisbane şəhərində keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcək).
8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Mixail Medvedyev tərəfindən seminarların (seminar mövzuları: verilənlər strukturu, qraflar, dinamik proqramlaşdırma) verilməsi, 14:00-18:00 saatlarında isə praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparıldı. Təlimlərdə e-olimp.com.ua metodik saytından (BDU-nun dosenti Ramin Mahmudzadə və Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə saytın Azərbaycan dilində lokalizasiyası aparılmışdır) məsələlərin həlli üçün istifadə edildi. Analoji təlimlər 2011, 2012-ci illərdə də keçirilmiş və Qafqaz Universiteti tələbələrinin Respublika və Beynəlxalq proqramlaşdırma olimpiadalarında yüksək nəticələr əldə etməsinə vəsilə olmuşdur.
http://qu.edu.az/view_news.php?news=3180&link=224&lang=az

Qafqaz Universitetində “İkinci Biznes Keys Müsabiqəsi” Başlamışdır

Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqat Mərkəzi növbəti illik “İkinci Biznes Keys Müsabiqəsi”-nə başlayıb. Ötən ildən başlayaraq, bakalavr və magistr tələbələrindən təşkil olunmuş komandalar, müsabiqədə yarışıraraq beynəlxalq və yerli şirkətlərin biznes strategiyaları təhlili edirlər.

Keçən il Qafqaz Universitetində keçirilən birinci illik biznes keys müsabiqəsində Qafqaz Universitetinin müxtəlif bölmələrindən olan tələbələri ibarət beş komanda Google, Dell, Jet Blue Airlines, Krispy Kream və Wholefoods Market kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlilinə dair təqdimat keçirdilər.

Bu il təşkil olunmuş ikinci illik biznes keys müsabiqəsində yer alan komandalar, yerli şirkət olan AZMDF üçün marketinq inkişaf strategiyasını hazırlayacaqlar. İkinci illik biznes keys müsabiqəsində iştirak etmək üçün müraciət edən on komandan, ingilis dili səviyyəsi, biznes və sahibkarlıq bilikləri nəzərə alınaraq səkkizi komanda seçildi. Komandalar Maliyyə, Menecment, Dünya İqtisadiyyat, Sənaye mühəndisliyi və Dövlət İdarəçiliyi bölmələrində təhsil alan magistr və bakalavr tələbələrindən ibarətdir. Birinci turda qalib gələn komandalar AZMDF şirkətinə aparıldı və zavodda müxtəlif məhsulların istehsalı ilə tanış oldular. Səfər zamanı komandalar rəhbərlik ilə şirkətin əməliyyatlarını müzakirə etmək imkanına sahib oldular. Müsabiqənin yekun mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.
http://qu.edu.az/view_news.php?news=3178&link=&lang=az

21 Mart 2013 Perşembe

Qafqaz” Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib





Bakı - APA-Economics. Qafqaz Universitetində “Bank of Baku”nun “Karyera günü” keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tələbələrə “Bank of Baku”da karyera imkanları haqqında məlumat vermək məramı daşıyan bu tədbir “Bank of Baku” ilə Qafqaz Universiteti arasında ötən il imzalanmış razılaşma çərçivəsində reallaşdırılıb.

Tədbirdə çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev qeyd edib ki, sürətlə inkişaf edən maliyyə təsisatı kimi “Bank of Baku”nun yeni, ixtisaslı kadrlara ehtiyacı var. Bu mənada ali məktəb məzunları və gənclər bank üçün xüsusi önəm kəsb edir. Zaur Qaraisayev yaxın zamanlarda Qafqaz Universitetində “Bank of Baku”nun “Mühasibatlıq və audit laboratoriyası”-nın fəaliyyətə başlayacağını da bildirib. Həmçinin bildirilib ki, “Bank of Baku” Qafqaz Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramı təsis edib. Bu təqaüdü bank və universitet tərəfindən xüsusi meyarlar əsasında seçilmiş tələbələr alacaq.

Öz növbəsində Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Həzi Eynalov qeyd edib ki, tədbirin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.

“Karyera günü” çərçivəsində bank təmsilçiləri tələbələrin suallarına cavab veriblər. Ali məktəbdə quraşdırılmış stendlər önündə isə tələbələr “Bank of Baku”da işlə təmin olunma perspektivləri, işə qəbul proqramının şərtləri, bankda çalışmağın üstünlükləri və digər məqamlara dair ətraflı məlumat əldə ediblər. “Bank of Baku”nun nümayəndələri Qafqaz Universiteti tələbələrini maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.

Qeyd edək ki, “Bank of Baku” ilə Qafqaz Universiteti uzun illərdir məhsuldar əməkdaşlıq edirlər. Ötən ilin noyabr ayında isə iki tərəf arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.

“Bank of Baku” ölkəmizin digər təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
http://az.apa.az/news/291275

Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil edilmişdir

Bakı, 15 mart (AzərTAc). Novruz bayramı münasibəti ilə Azer.NET şirkəti Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil etmişdir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Rektor eyni zamanda, universitetdə kompyuter laboratoriyası təşkil etdiyinə görə Azer.NET şirkətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Digər çıxış edən müəllim və mütəxəssislər laboratoriyadan səmərəli istifadə ediləcəyinə əminliklərini vurğulamışlar.
Sonra tədbir iştirakçıları kompyuter laboratoriyası ilə tanış olmuşlar.

16 Mart 2013 Cumartesi

Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter labaratoriya hədiyyə etdi







Onbirinci Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi keçirilmişdir



Bakı, 14 mart (AzərTAc). Bu ilin may-iyun aylarında Türkiyədə XI BeynəlxalqTürk dili Olimpiadası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, martın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi olmuşdur.Açılış mərasimində “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz olimpiada barədə məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır.
Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.Seçilən qaliblər Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcəklər.
Keçən il keçirilən X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan 12 qızıl, 11 gümüş və 3 bürünc medal qazanmışdır. Bu nəticələrə əsasən, Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutmuşdur.
Builki olimpiadada 140 ölkədən 2 min şagird iştirak edəcəkdir.

Azərbaycanı XI Beynəlxalq Türk dili Olimpiadasında təmsil edəcək komanda müəyyənləşdi



Bu ilin may-iyun aylarında Türkiyədə ənənəvi XI Beynəlxalq Türk dili Olimpiadası keçiriləcək.
Gün.Az xəbər verir ki, Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcək iştirakçılar müəyyənləşib.

Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin, orta təhsil məktəbləri və Çağ Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin şagirdləri mübarizə aparıblar.

Ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs), yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib.

Qaliblər Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaqla 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazanıb.

Bu nəticələrə əsasən Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə, olimpiada tarixində Azərbaycan cəmi 103 medal olmaqla 34 qızıl, 50 gümüş, 20 bürünc medal qazanıb.

Bu il isə “Bəşəri barışığa doğru” adı altında keçiriləcək olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcək. Türkiyənin 55 şəhərində 99 səhnə proqramı təşkil ediləcək.

1 iyun tarixində isə “Bəşəri barışığa doğru” adı altında təşkil olunacaq XI Beynəlxalq Türk dili Olimpiadasının açılış mərasimi keçiriləcək.

Mirvari Kamilqızı
Gün.Az

Azərbaycanda Türkçe olimpiadaları coşğusu



Azərbaycanın paytaxtı Bakıda təşkil edilən 11. Uluslararası Türkçe Olimpiyatları ölkə finalı, rəngli görünüşlərə səhnə oldu.
Ölkə seçmələrində finala çıxmağa haqq qazanan tələbələr; qrammatika, yazmaq, danışmaq, ana dildə şeir, ana dildə yazı, şeir oxuma və mahnı oxuma kateqoriyalarında bir-birləriylə var gücü ilə yarışdı. Yerli paltarlarla tamaşaçıların önünə çıxan şagirdlər, sərgilədikləri səhnə performansları ilə salonu sanki coşdurdu.
Proqrama Türkiyədən; aralarında müğənnisi Burak Kut, Kral FM"in məşhur serverlərindən Mehmet Akbay (Planet Mehmet) kimi tanınmış simaların da olduğu təhsil, siyasət, sənət və iş dünyasından çox sayda qonaq iştirak etdi.
Yarışmanın sonunda finala qalan şagirdlər böyük xoşbəxtlik yaşadı. Bütün kateqoriyalarda dərəcəyə girən şagirdlərə müxtəlif hədiyyələr və medallar verildi.
Azərbaycan Türk Məktəbləri baş direktoru Məsud Hiyləgər 'universal sülhə doğru' şüarıyla reallaşdırılan 11. Beynəlxalq Dil və Mədəniyyət Şöleni'nin fərqli mədəniyyətlərdəki gənclərin bir araya gəldiyi sevgi dili Türkcədə görüşdüyünü vurğulayıb.
Sənətçi Burak Kut isə Türkcənin digər dillərdən daha üstünlüklü olduğunu söylədi. Kut çıxışından sonra azərbaycanlı pərəstişkarları üçün albomunda hit mahnılardan birini səsləndirdi.
Şagirdlərin folklor qrupları ilə renklendirdikleri finalda çıxış edən Mehmet Akbay, olimpiadaların bir xəyal ilə başladığını və 11 il sonra isə nəhəng bir təşkilata çevrildiyini ifadə etdi. Mehmet Akbay sözlərini'' xəyalinin eyni dili danışmaq olsun, Xəyalımdan bir gün bütün dünya Türkçe danışsın olsun'' xahişiylə bitirdi.
Çağ Öyrətim İşlətmələri İdarə heyəti Başçısı Dr. Enver Özeren də dilin bir mədəniyyət daşıyıcısı olduğunu söylədi. Özeren'' Siz, dilinizlə birlikdə millətlərin içərisində mədəniyyət varlığınızı davam etdirir, o mədəniyyət zənginliyindən istifadə edərsiniz. Öz mədəniyyətinizi dilinizlə canlı olar. Çünki mədəniyyətinizi varlığı, dilinizin varlığına bağlıdır'' dedi.
Kürsüyə gələn Azerbaycalı millət vəkili Qənirə Paşayeva isə ölkəsindəki təhsil fəaliyyətlərinin əhəmiyyətini vurğuladı. Paşayeva'' Mən bütün bu edilən qatqılar üçün əməyi keçən hər kəsə yalnız bir şey söyləmək istəyirəm o da Allah sizdən razı olsun dur'' dedi. Söz mövzusu olimpiadalara dəfələrlə iştirak etdiyini ifadə edən Paşayeva, gərək Türkiyə finalları istərsə də Azərbaycan finallarında böyük bir həyəcan yaşadığını vurğuladı.
Rəngli gecə bütün finalçıların səhnədə Türkçe olimpiadaları mahnısını səsləndirməsiylə sona çatdı.

Apreldə “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçiriləcək

26-27 aprel tarixində Qafqaz Universitetində "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı" keçiriləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş konfransın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, konfransın mövzularına informasiya və kommunikasiya texnologiyaları, mexanika mühəndisliyi, maliyyə, iqtisadiyyat, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi, sənayenin təşkili və idarə olunması, mühasibat uçotu və audit, tarix və siyasi elmlər, dəqiq və təbiət elmləri, beynəlxalq münasibətlər və s. mövzular daxildir.

Universitetdən bildirilib ki, konfransda iştirak etmək arzusunda olanlar elmi məqalələrinin tezislərini martın 1-nə qədər konfrans katibliyinə elektron poçt vasitəsilə göndəriblər:

"Tezislərin qəbulu haqqında məlumat martın 15-də veriləcək. Qəbul edilən tezislər konfrans materialı kimi çap olunacaq. Məqaləsinin çap olunmasını istəyən müəlliflər isə aprelin 1-dən gec olmayaraq məqalələrini konfrans katibliyinə göndərməlidir. Elmi Heyət tərəfindən seçilmiş məqalələr "Journal of Qafqaz University"-də çap olunacaq".

HƏQİQƏT 
http://www.ictnews.az/read-22366-news-1.html 

Yeni Fikir Müsabiqəsi

14.03.2013  |   
yeni fikirBu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Əqli Mülkiyyət bəyanatı
Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.
Yeni fikir müsabiqəsinin təşkilatçıları:
QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
Azərbaycan İEEE Kompyuter şöbəsi
Niyə iştirak edək?(faydaları/mükafatlar)
Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı.
İlk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı.
İrəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı.
Təyin olunmuş biznes rəhbəri alma fürsəti.
Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı.
Necə müraciət etmək olar?
Siz, 15 fevral – 5 Aprel tarixləri arası Qafqaz Universiteti Texnopark onlayn ərizə  sistemində qeydiyyatdan keçməlisiniz.

http://www.yenifikir.az/

http://www.resurs.az/press/1197-yeni-fikir-muesabiqsi

15 Mart 2013 Cuma

Gəlib el bayramı, Novruz bayramı

Bahar mehribanlıq, gözəllik, bolluq, məhəbbət rəmzidir. Novruz Bayramı xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Qafqaz Universitetinin foyesində  Mədəniyyət şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə düzənlənən Bayram tədbirində bu zənginlik bir daha göz önündə canlandırıldı. Tədbir iştirakçılarını salamlayan universitetin rektoru prof.dr. Ahmet Saniç təbiətin oyanışından, baharın gəlişindən xəbər verən Novruzun qədim kökləri barədə danışaraq sülhü, Novruz bayramının həmrəyliyi əks etdirdiyini,  heç bir coğrafi sərhəd tanımadığını Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanıstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirdi.
Novruz adət-ənənələri səhnələşdirildi, musiqi nömrələri səsləndi, Keçəlin, Kosanın, Şən və Hazırcavablar Klubunun məzəli zarafatları tamaşaçılara yüksək əhvali- ruhiyyə bəxş etdi. Novruz ətirli milli və türksoylu xalqların rəqsləri hərarətlə qarşılandı. Bayramı seyr edənlər proqramdan zövq almaqla yanaşı süfrələri bəzəyən bayram nemətlərini, Novruz  şirniyyatlarını dadılar.

Qafqaz Universiteti Novruz şənliyi keçirilib

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin  rektoru  professor Ahmet Sanic, Novruz bayramının dərin  tarixiə malik olan  təkcə  təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter labaratoriya hədiyyə etdi .

Qafqaz Universitetinin  rektoru  professor Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə labaratoriyanıuniversitetə hədiyə etməsinə görə xatirə plaketi təqdim etdi. Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət  Xor kollektivi “Bayram olsun ,Rəqs kollektivi “Arşın mal alan “qızlardan ibarət kollektiv “Bağlamalar “,”Kosa və Keçəl” səhnəcikləri göstərilib.
S.Qarayeva
http://www.525.az/site/?name=xeber&news_id=6537

İş dünyası bülletenin son (42-ci sayı) işıq üzü gördü

İş Dünyası xəbər bülleteni Qafqaz Universitetinin dövri nəşridir. Bülleten Universitet İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluq nəzdindəki Daimi İnkişaf və Karyera Planlama Mərkəzləri tərəfindən hazırlanır. Universitet-İş Dünyası əlaqələrinə həsr olunmuş bülletendə Qafqaz Universitetinin İş dünyası ilə əlaqələrindəki yeniliklər və xəbərlərlə tanış ola bilərsiniz. Daimi inkişaf yolu səhifələrində karyera və biznes münasibətlərində necə nailiyyət əldə olunması mövzularında bir-birindən maraqlı məqalələr çap olunur. Bülletendə həmçinin Daimi İnkişaf Mərkəzinin  təşkil etdiyi seminarlar və kurslar barəsində daima məlumat verilir.
 İş dünyası xəbər bülletenini aşağıdakı linkdən endirə bilərsiniz.

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib.

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic, Novruz Bayramının dərin tarixiə malik olan təkcə təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz Bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz Bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Novruz Bayramı münasibətilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompüter laboratoriya hədiyyə etdi. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə laboratoriyanı universitetə hədiyyə etməsinə görə xatirə plaketi təqdim etdi. Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət xor kollektivi “Bayram olsun” rəqs kollektivi, “Arşın mal alan” qızlardan ibarət kollektiv “Bağlamalar”, ”Kosa və Keçəl” səhnəcikləri göstərilib.
http://www.hafta-ichi.az/mob/news.php?id=87483

Qafqaz Universitetində Novruz şənliyi keçirildi

Qafqaz Universitetinin Mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirildi. 
Tədbirdə çıxış edən Qafqaz Universitetinin  rektoru  professor Ahmet Saniç, Novruz bayramının   dərin  tarixə malik olan  təkcə  təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair), plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. 
Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter laboratoriyası hədiyyə etdi. Qafqaz Universitetinin  rektoru  professor Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə laboratoriyanın Universitetə hədiyyə etməsinə görə xatirə plaketi təqdim etdi.
Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət  Xor kollektivi, Universitetin tələbəsi Yeganə Babazadə tərəfindən  “Bahar bayramı” mahnısı,   rəqs kollektivinin ifasında “Horon”rəqsi və digər istedadlı tələbələr tərəfindən “Karaoke” “Xonça” səhnəcikləri göstərildi.

"Azərbaycan qadını və cəmiyyət" mövzusunda konfrans

Martın 4-də Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət" mövzusunda respublika konfransı keçirildi. Öncə Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Konfransı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq xanım iştirakçıları, onların timsalında ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi, ulu tariximizin həmişə qadınlarımızla qürur duyduğunu bildirdi.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlara, onların cəmiyyətin həyatında fəal iştirakına diqqət daha da artmışdır. Bu məsələni həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında ölkəmizdə qadın siyasəti ilə bağlı bir sıra fərman və sərəncam imzalamış, qadın problemləri ilə məşğul olan xüsusi bir dövlət qurumu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində 2006-cı ildə komitənin fəaliyyəti və səlahiyyətləri daha da genişləndirilmişdir. Bu il ölkəmizdə Prezident seçkilərinin keçiriləcəyini xatırladan komitə sədri Azərbaycan qadınlarının cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırdı.
Təhsil nazirinin müavini Qulu Novruzov çıxışında Qafqaz Universitetinin öz ənənələrinə sadiq qalaraq Azərbaycanın ictimai həyatında önəmli bir məqam daşıyan məsələyə həssaslıqla yanaşıb Azərbaycan qadınlarının növbəti qurultayı ərəfəsində belə bir tədbiri keçirməsini təqdirəlayiq saydı. Bildirdi ki, Azərbaycan qadını sosial həyatda heç bir müsəlman ölkəsi ilə müqayisə olunmayacaq dərəcədə aktiv iştirak edir. Ölkəmizdə qadınların ictimai həyata qoşulması tarixi yüz ildən artıq bir dövrü əhatə edir. Hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl Azərbaycan qadını ictimai həyatda fəal rol oynamağa başlamış və bu ənənə sonralar da davam etdirilmişdir. Nazir müavininin fikrincə, cəmiyyətin möhkəm olması, ailənin sosial institut kimi möhkəmliyi, bugünkü rəqabət dünyasında Azərbaycanın öz yerini tuta bilməsi üçün qadının təhsilli olması, ictimai həyatda aktiv rol oynaması çox mühüm bir sosial komponentdir. Qulu Novruzov Azərbaycanda gender bərabərliyində təhsil sisteminin qadınların üstünlük təşkil edən bir sahə olduğunu da diqqətə çatdıraraq orta təhsil sistemində çalışan 165 min müəllimin təxminən 75 faizini qadınlar təşkil etdiyini, bu tendensiyanın dünyanın bir çox inkişaf etmiş ölkələrində də özünü büruzə verdiyini bildirdi.
Nazir müavini çıxışında ölkəmizdə qadınların ali təhsil və elm sahəsindəki iştirakı barədə bəzi statistik göstəricilərə də diqqət çəkərək bildirdi ki, son 12 ildə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi alan qadınların sayı hər il orta hesabla 1 faiz artmışdır. Belə ki, 12 il bundan əvvəl fəlsəfə doktoru dərəcəsi almış qadınların sayının faiz göstəricisi 28 idisə, 2012-ci ildə bu göstərici artıq 40 faizə çatmışdır.
Qulu Novruzov çıxışının sonunda konfransın təşkilatçılarına minnətdarlığını bildirib, onun işinə uğurlar arzuladı.
Sonra konfransda qadınların cəmiyyətdə rolunun ayrı-ayrı məqamlarından bəhs edən məruzələr dinlənildi, xanım qonaqlara xatirə plaketləri təqdim olundu.
Konfransın açılış mərasimi Qafqaz Universiteti tələbələrinin təqdimatında bədii proqramla davam etdi. Mərasim başa çatdıqdan sonra qonaqlar Qafqaz Universitetini gəzib burada tələbələrin təhsili üçün yaradılmış şəraitlə tanış oldular.
http://www.muallim.edu.az/arxiv/2013/09/11.htm

14 Mart 2013 Perşembe

Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən...

Mart ayının 13- də Qafqaz Universiteti  Mədəniyyət şöbəsi Sənət Mərkəzi Art Clubunun sərgisi keçirildi. Tələbələrdən Nuridə Nəcəfova və Elnarə Rzayeva rənglərin ahəngini istifadəsiz kompyuterlərin klaviaturasına köçürdülər.
 Könül Mikayılova, Tünzalə Fərhadova, Ülviyyə Məmmədova, Rufanə Məmmədli, Vəfa Qurbanova rəngarəng iplərlə müxtəlif füqurlar düzəldib sərgilədilər.
Sona Seyidli qurudulmuş güllərdən, toxum və tumlardan tablo, Vüsalə  Əliyeva isə kartonla quzu şəklində kitab rəfi nümayiş etdirdi.
Bununla da onlar təbiətdə, həyatımızda olan lazımlı və lazımsız əşyalarla maraqlı, istifadəyə yararlı şeylər hazırlaya biləcəklərini nümayiş etdirdilər.
Mədəniyyət şöbə müdirliyi










Məzunlarımızın Mərdəkan 3 saylı uşaq evinə ziyarəti

13 March, 2013, 

Beynəlxalq İqtisadi Münasibətlər bölümü məzunlarının təşəbbüsü ilə 9.03.2013 tarixində Mərdəkan 3 saylı uşaq evinə ziyarət təşkil edildi. Uşaq evi sakinləri ilə təxminən 4 saata yaxın vaxt kecirən məzunlarımız  əvvəlcə gətirdikləri 150 ədəd iç geyim dəstini  və qida yardımını Uşaq evi müəllimələrinin yardımı ilə onlara təqdim etdilər. Burda yaşayan uşaqların bir cox fiziki və əqli problemləri olduğu üçün xüsusi baxıma ehtiyacları var. Onların qidalanmasında şəxsən iştirak edən məzunlarımız duyqulu anlar yaşadılar. Uşaq evinə dəvət olunan sənətçilərlə bərabər məzunlarımız uşaqları  cox gözəl  əyləndirdilər. Bayram ərəfəsində Məzunlarımızın etdikləri bu ziyarət həqiqətən təqdirə layiqdir.



Qafqaz University execs review Turkish technoparks

By Aynur Jafarova
A delegation of Qafqaz University, a private university based in Azerbaijan's capital Baku, is on a visit to Turkey to familiarize itself with the technopark of Istanbul Technical University (ITU) -- ARI Teknokent.
The delegation includes Qafqaz University Rector Ahmet Sanich, Vice-Rector on Administrative Affairs Shahin Durmaz, Chairman of the Technopark Isa Gasimov, Director of Azer.Net LLC Anar Novruzov, Executive Director of SENTRA LLC Umud Valiyev, and Sales Manager of MONtech LLC Fadai Abdullayev.
The delegation has met with ITU Rector Ahmet Karaja and conducted experiments at the technopark with the participation of ARI Teknokent General Director Nazire Peker.
The delegation members were informed about the operations of the companies, their interests and their roles in the scientific research work carried out at the technopark, as well as the efficiency of the achieved results.
The Turkish side said that ARI Teknokent, which prepares engineering specialists, has an irreplaceable role in the development of the country. ARI Teknokent, with an extensive logistics, is the largest one among the 40 technoparks in Turkey.
Participation of the university's faculty members and students of various higher education degrees in the activity of the technopark as well as innovative results gained at the technopark play an important role in the development of the Turkish industry.
During the visit, the delegation also met with the Middle East Technical University (METU) principal, Ahmet Ajar.
Ahmet Sanich said at the meeting that the technopark of Qafqaz University uses METU's practice in its activity. He also expressed interest in further cooperation in various fields of higher education.
Ajar, for his part, expressed satisfaction with the existing cooperation between the universities and spoke about the efficiency of cooperation in the field of information technologies.
Then the Qafqaz University delegation's visit was continued at the METU technopark.
The main aim of the visit was familiarization with the activity of the Turkish technoparks in order to accelerate the development of the technopark at Qafqaz University.
Qafqaz University was founded in 1993. The education system and programs of Turkish and Western universities are taken as a model in preparing the curriculums. The main goal of the university is to provide students with higher education that meets international standards and play an active role in fostering excellence, cooperation, and interaction with international academic milieu.
http://www.azernews.az/azerbaijan/50781.html

Qafqaz Universitetinin nümayəndələri Bolluq LTD MMC-nin rəhbərliyi ilə görüşdü

14 March, 2013,  Qafqaz Universitetinin nümayəndələri Bolluq LTD MMC-nin rəhbərliyi ilə görüşdü. Görüşdə şirkət əməkdaşlarına Universitet haqqında məlumat verdikdən sonra qarşılıqlı əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edildi. Yaxın gələcəkdə Universitet mütəxəssisləri ilə şirkət arasında birlikdə işbirliyi haqqında yekun fikirlər səsləndi. 
Qeyd edək ki, Bolluq LTD MMC şirkəti Azərbaycanda bir sıra xarici məhsulların rəsmi distributoru və istehsalat fəaliyyəti ilə məşğul olan şirkətlərdən biridir.

12 Mart 2013 Salı

“Qafqaz” Türkiyədəki texnoparkların təcrübəsini öyrənir

12 March, 2013, Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərdə məqsəd Türkiyə Cümhuriyyətində fəaliyyət göstərn texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. 

Səfərin ilk günü onlar nümayəndə heyətimiz Orta Doğu Texniki Universitetində (ODTU) olub. Burada keçirilən görüşdə Ahmet Saniç bildirib ki, Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) da bu təhsil ocağının təcrübəsindən faydalanır. Rektor gələcəkdə də bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib. O, ODTU rektoru prof. Ahmet Acarı Qafqaz Universitetinə də dəvət edib. ODTU-nun rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirib.

 İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanışlıq da maraqlı keçib. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr aparıblar. Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnopark arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı olub. Məlumat üçün bildirək ki, Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.

Qeyd edək ki, bu işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı) İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, bu qurumun müdiri dos. İsa Qasımov, eləcə də Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edirlər.

Məzunlarımız Universitetimizi ziyarət etdi

11 March, 2013, 

Komputer Mühəndisliyi Məzunlarından bir qrup məzun Qafqaz Universitetini ziyarət etdi. Məzun Koordinasiya Şöbəsi tərəfindən qarşılanan məzunlarımız prorektor və müəllim heyəti ilə birgə Universitetimizin yeni açılan labaratoriyalarını gəzdilər, yeniliklər və dəyişikliklərlə tanış oldular. Bunun ardından VİP salonda şam yeməyi verildi. Orada məzunlar iş yerləri, uğurları barədə danışdılar. Prorektor Cihan Bulut Universitetimizin Texnoparkı haqqında məlumat verdi. Məzunlarımıza bu işdə də dəstək dura biləcəklərini söylədilər.

Məzunlarımız ayrılan bu vaxta və diqqətə görə Universitetimizə və Məzun Koordinasiya şöbəsinə təşəkkür etdilər. Universitetdə gedən yeniliklərdən, dəyişikliklərdən, universitetin uğurlarından qürur duyduqlarını söylədilər.
Məzunlarımızla xatirə şəkili çəkdirərək xoş təəssüratlarla ayrıldıq.

Qafqaz Universitetinin nümayəndələri İstanbul Texniki Universitetinin texnoparkı ilə tanış olmuşlar

Bakı, 11 mart (AzərTAc). Türkiyədə səfərdə olan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTU) olmuşdur.

Səfərin məqsədi Qafqaz Universitetinin texnoparkında inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan təmsilçiləri əvvəlcə İTU-nun rektoru, professor Əhməd Karaca ilə görüşmüşlər.
Sonra nümayəndə heyəti İTU-nun texnoparkı ilə tanış olmuş, texnoparkın rəhbəri Nazire Pekerin müşayiəti ilə müşahidələr aparmışlar.
Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Qafqaz Universiteti texnoparkıının təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti texnoparkı idarə heyətinin üzvü Şahin Durmaz, müdiri, dosent İsa Qasımov, bu texnoparkda fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən “Azer.Net” MMC-nin direktoru Anar Novruzov, “SENTRA” MMC-nin icraçı direktoru Ümid Vəliyev, “MONtech” MMC-nin satış rəhbəri Fədai Abdullayev də daxildirlər.

İİBF məzunlarıyla görüş

11 March, 2013,

Qafqaz Universitetinin ilk dönəm məzunlarından ibarət 5 nəfərlik bir qrup Universitetimizi ziyarət etdi. Görüşə Universitetimizin rektoru Ahmet bəy də qatıldı. Məzunlarımıza axşam yeməyi verildi, xeyli söhbət edildi.Rektorumuz Universitetdə baş verən yeniliklərdən danışdı. Məzunlarımız da öz işlərindən, uğurlarından bəhs etdilər.
Sonra Universitetin yataqxanasında çay süfrəsinə dəvət edildilər. Orada da Universitetimizdə qurulan Texnopark haqqında söhbət getdi. Texnopark haqqında ətraflı məlumat verildi. Bunun ardından hər məzuna Universitetin rozeti təqdim edildi.
Məzunlarımızla xatirə şəkili çəkdirdikdən sonra xoş təəssüratlarla ayrıldıq.

Məzunlarımıza dərin təşəkkürlərimizi bildirir və işlərində uğurlar arzulayırıq.

Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər "QUTECHNOPARK"-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, səfər zamanı ilk görüş Ortadoğu Teknik Universitetinin (ODTU) rektoru ilə keçirilib. Görüş zamanı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirib.

Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.

ODTU rektoru professor Ahmet Acar əməkdaşlıqdan məmnun olduğunu bildirərək, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışıb. Xatırladaq ki, "QUTECHNOPARK"-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru Ahmet Saniç ilə birgə "QUTECHNOPARK" İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, "QUTECHNOPARK"-ın müdiri Dos. İsa Qasımov, "QUTECHNOPARK"-da fəaliyyət göstərən şirkətlərin idarəçilərindən "Azer.Net" MMC-nin direktoru Anar Novruzov, "SENTRA" MMC-nin icraçı direktoru Ümid Vəliyev, "MONtech" MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir.

HƏQİQƏT
http://ictnews.az/read-22350-news-1.html

11 Mart 2013 Pazartesi

Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək istəyənlər konsultasiyalarda iştirak edə bilərlər.

QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
ELAN edir
Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək istəyənlər aşağıda verilmiş tarixlərdə 
keçiriləcək konsultasiyalarda iştirak edə bilərlər.
12 Mart 2013 Saat 11.00-12.00
13 Mart 2013 Saat 11.00-12.00
14 Mart 2013 Saat 11.00-12.00
15 Mart 2013 Saat 11.00-12.00
16 Mart 2013 Saat 12.00-13.00
Konsultasiyaların keçiriləcəyi ünvan:
Qafqaz Universiteti şəhərciyi, QUTECHNOPARK İnkubasiya Mərkəzi
 Konsultasiyada layihələrin yazılması, online qeydiyyat, 
ümumi məlumatlandırma və s. kimi YFM haqqında qarşıya çıxan bütün sulallara cavab veriləcəkdir.
İştirak etmək istətəyənlər əvvəlcədən bizə müraciət 
edərək (e-mail göndərərək və ya zəng edərək) ad və soyadını bildirməlidir.
--
Hörmətlə,
Dos. Isa Qasımov  
Qafqaz Universiteti Texnopark müdiri
Telefon: +994 (12) 4482862/66
Faks: +994 (12) 4482861/67
Mobil: +994 050 6808445, +994 055 7680245
E-Poçt: iqasimov@qu.edu.az
URL: http://www.qu.edu.az
Ünvan:  AZ 0101, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küç. 120, Qafqaz Universiteti


Qafqaz Universiteti ilə Türkiyənin Orta Doğu Texniki Universiteti arasında əlaqələr genişlənir


Bakı, 11 mart (AzərTAc). Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali təhsil ocağının texnoparkında (QUTECHNOPARK) fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə birgə həyata keçirilən səfərin məqsədi Türkiyədə texnoparkların fəaliyyəti ilə tanışlıqdır.
Nümayəndə heyətinin ilk görüşü martın 6-da Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur. Görüşdə Ə.Saniç rəhbərlik universitetin texnoparkının fəaliyyətində ODTU-nun təcrübəsindən yararlandığını bildirmişdir. Bu işdə ODTU-nun yardımına görə təşəkkür edən rektor Ə.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu ifadə etmişdir.
ODTU-nun rektoru, professor Əhməd Acar da münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmiş və informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələrinin ola biləcəyindən danışmışdır.
Sonra görüşlər ODTU-nun texnoparkında davam etdirilmişdir. 

Qafqaz Universitetinin nümayəndələri Türkiyədə

Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olub

“Qafqazinfo” xəbər verir ki, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr aparıblar. Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.

Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.

Xatırladaq ki, QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstrərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.
http://qafqazinfo.az/site/QAFQAZ_UNVERSTETNN_NMAYNDLR_TRKYD-38152-xeber.html

Qafqaz Univerisitetinin nümayəndə heyəti İTU ARI Texnoparkı ilə tanış oldu

 Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış oldular. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr apardılar.
Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar  olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir. 

Xatırladaq ki, QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstrərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.

Dos. Isa Qasımov 

8 Mart 2013 Cuma

QUTECHNOPARK ODTU Texnoparkının təcrübəsinə əhəmiyyət verir.


Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfər məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da   (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

Səfər zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başladı. Görüş zamanı Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirdi. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. ODTU rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirdi və daha çox İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışdı.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və ODTU rektoru prof. Ahmet Acar Qafqaz Universitetinə dəvət edildi.
Daha sonra ODTU Texnoparkında müşahidə və görüşlərə davam etdirildi. Xatırladaq ki, QUTECHNOPARK-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satıç rəhbəri Fədai Abdullayev də iştirak edir.