ARDNŞ təhsil sahəsində fəaliyyətini “Çağ”la birləşdirir


“Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına “Çağ Öyrətim İşlətmələri” MMM də qoşuldu.  Sənədi mərkəzin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov və “Çağ Öyrətim İşlətmələri” MMM-nin idarə heyətinin sədri Ənvər Özərən imzaladı.
Dünən ARDNŞ-in baş ofisində təhsil sahəsində mühüm bir addım atıldı. Bu sahədə uğurlu layihələr həyata keçirən “Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına “Çağ Öyrətim İşlətmələri” MMM də qoşuldu. Mərasimdə ilk çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan təhsil sisteminin inkişafında uğurlu fəaliyyət göstərən “Çağ Öyrətim İşlətmələri” MMM-nin “Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasından öz məmnunluğunu bildirdi: “Bizim “Çağ Öyrətim İşlətmələri” ilə çox yaxın əlaqələrimiz var. Bu şirkət həm olimpiadalarda, həm də bizim təhsil proqlarımızda çox aktiv iştirak edir. Biz belə bir qərara gəldik ki, ARDNŞ-nin təsis etdiyi Beynəlxalq Təhsil Mərkəzi ilə “Çağ Öyrətim İşlətmələri” şirkəti birləşsinlər və vahid bir qurum şəklində Azərbaycanda beynəlxalq təhsilin inkişafını həyata keçirsinlər”.
“Çağ Öyrətim İşlətmələri” MMM-nin İdarə Heyətinin Sədri Ənvər Özərən  ümummilli lider Heydər Əliyevin xeyir duası ilə artıq iyirmi ildir fəaliyyət göstərdiklərini və Azərbaycan təhsilinin inkişafı yolunda ARDNŞ ilə fikirlərinin daim üst-üstə düşdüyünü dilə gətirdi: “Bu gün tarixi bir gündür. Artıq biz Beynəlxalq Təhsil Mərkəzi vasitəsilə Azərbaycanda gördüyümüz beynəlxalq səviyyəli işi bütün dünyaya çatdıracağıq”.
 Dünən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına “Çağ” Öyrətim İşlətmələri MMM- də qoşuldu. ARDNŞ-in baş ofisində keçirilən tədbirdə sənədi “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov və “Çağ Öyrətim İşlətmələri” MMM-nin İdarə Heyətinin sədri Ənvər Özərən imzaladı. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM oldu.
Mərasimdə ilk çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Neft Şirkətinin Azərbaycan təhsilinin inkişafı istiqamətində gördüyü işlərdən, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışdı. O, şirkətin ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirək” sözünü rəhbər tutaraq Azərbaycan təhsilinin inkişafı üçün var güc ilə çalışdığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil məktəbləri tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ-nin təqaüdü, habelə ödənişli “Yay təcrübəsi” və “Yay məktəbi” layihələri gənclər arasında yüksək populyarlıq qazanmışdır. Bundan əlavə, şirkət rəhbəri dünyanın məşhur universitetlərində ARDNŞ hesabına təhsil almış 132 azərbaycanlı məzunun hazırda şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunduğunu qeyd etdi. Beynəlxalq Təhsil Mərkəzinin əhəmiyyətindən bəhs edən Rövnəq Abdullayev bu ictimai birliyin sayəsində Azərbaycanda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil verməyi, fransız, ingilis, alman məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirməyi planlaşdırdıqlarını bildirdi. Şirkət prezidenti kadr çatışmazlığına toxunaraq savadlı, bilikli gənclərin yetişməsinin onların biznes marağına düşdüyünü qeyd etdi: “Biz gələcək beş, on il ərzində qarşımıza böyük məqsədlər qoymuşuq. Azərbaycanda və region dövlətlərdə böyük layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələri həyata keçirmək üçün birinci növbədə şirkətimizə yüksək səviyyəli mütəxəssislər və kadrlar lazımdır. Sizə bir misal çəkim. İsveçrənin Sürix şəhərində yerləşən müəssisəmizdə iki min insan çalışır. İsveçrə qanunlarına görə əgər bizim müəssisədə bir azərbaycanlı işləyirsə, ən azı üç isveçrəli vətəndaş çalışmalıdır. Bu, o deməkdir ki, işçilərin beş yüz nəfəri azərbaycanlı ola bilər. Çox təəssüf ki, mütəxəssis qıtlığı səbəbindən orada heç on azərbaycanlı işləmir”.
“Çağ” Öyrətim İşlətmələri MMM-nin İdarə Heyətinin sədri Ənvər Özərən ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə artıq iyirmi ildir fəaliyyət göstərdiklərini və Azərbaycan təhsilinin inkişafı yolunda ARDNŞ ilə fikirlərinin daim üst-üstə düşdüyünü dilə gətirdi: “Ümummilli lider bütün görüşlərimizdə fəaliyyətlərimizdən razılığını bildirirdi və həmişə bizə bu fəaliyyətləri genişləndirməyi tövsiyə edirdi. Bizim həmişə bir şüarımız olub - “Etimada sədaqətlə neçə illərə”.  Bu gün tarixi bir gündür. Artıq biz Beynəlxalq Təhsil Mərkəzi vasitəsilə Azərbaycanda gördüyümüz beynəlxalq səviyyəli işi bütün dünyaya çatdıracağıq”.
Sonda ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təhsilin inkişafı istiqamətində qarşısında duran vəzifələrdən danışdı, ölkənin təhsil sisteminin tərəqqisində birliyin mühüm rol oynayacağına əminliyini bildirdi. X. Məmmədov imzalanmış sənədin gələcəkdə uğurlu layihələrin həyata keçməsinə bir vəsilə olacağını qeyd etdi.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47701
  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır