“Çağ Öyrətim İşlətmələri” MMM də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçisi olub


01.03.2013

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində “Çağ Öyrətim İşlətmələri” MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, kadr hazırlığı çərçivəsində həyata keçirilən layihələrdən danışdı.  Daha sonra sənədin imzalanma mərasimi keçirildi. Sənədi ARDNŞ tərəfdən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Xaliq Məmmədov, Çağ Öyrətim İşlətmələri” MMM tərəfindən isə Ənvər Özərən imzalayıb.
Tədbir sonda iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
http://sia.az/az/news/education/336894
Elvin Abdulqədirov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır