Məzunlarımız Universitetimizi ziyarət etdi

11 March, 2013, 

Komputer Mühəndisliyi Məzunlarından bir qrup məzun Qafqaz Universitetini ziyarət etdi. Məzun Koordinasiya Şöbəsi tərəfindən qarşılanan məzunlarımız prorektor və müəllim heyəti ilə birgə Universitetimizin yeni açılan labaratoriyalarını gəzdilər, yeniliklər və dəyişikliklərlə tanış oldular. Bunun ardından VİP salonda şam yeməyi verildi. Orada məzunlar iş yerləri, uğurları barədə danışdılar. Prorektor Cihan Bulut Universitetimizin Texnoparkı haqqında məlumat verdi. Məzunlarımıza bu işdə də dəstək dura biləcəklərini söylədilər.

Məzunlarımız ayrılan bu vaxta və diqqətə görə Universitetimizə və Məzun Koordinasiya şöbəsinə təşəkkür etdilər. Universitetdə gedən yeniliklərdən, dəyişikliklərdən, universitetin uğurlarından qürur duyduqlarını söylədilər.
Məzunlarımızla xatirə şəkili çəkdirərək xoş təəssüratlarla ayrıldıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF