Qafqaz Universitetində “Azərbaycan qadını və cəmiyyət “mövzusunda konfrans keçirilib

Bu gün Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Azərbaycan qadını və cəmiyyət” mövzusunda ümumrespublika konfransı keçirilib. 

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Milli Məclis deputatlarıının, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç həyatda, cəmiyyətdə qadınların rolundan danışıb, əlamətdar gün münasibətilə xoş arzularını diqqətə çatdırıb. Ə. Saniç, eyni zamanda, mövzunun əhəmiyyətini vurğulayıb. 
Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq, Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf mərhələlərindən danışıb. 
Ölkəmizdə dövlət qadın siyasətinin əhəmiyyətini qeyd edən H. Hüseynova, eyni zamanda, AQUPDK-nin fəaliyyətindən bəhs edib. 
Təhsil nazirinin müavini Qulu Novruzov qadınlara göstərilən dövlət qayğısından, cəmiyyətdə onların fəaliyyətindən danışıb. 
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib.

Nigar Məmmədli
http://qafqazinfo.az/site/QAFQAZ_UNIVERSITETINDƏ_“AZƏRBAYCAN_QADINI_VƏ_CƏMIYYƏT_“MÖVZUSUND

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF