QUTECHNOPARK ODTU Texnoparkının təcrübəsinə əhəmiyyət verir.


Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfər məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da   (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

Səfər zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başladı. Görüş zamanı Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirdi. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. ODTU rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirdi və daha çox İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışdı.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və ODTU rektoru prof. Ahmet Acar Qafqaz Universitetinə dəvət edildi.
Daha sonra ODTU Texnoparkında müşahidə və görüşlərə davam etdirildi. Xatırladaq ki, QUTECHNOPARK-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satıç rəhbəri Fədai Abdullayev də iştirak edir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF