Yeni Fikir Müsabiqəsi

14.03.2013  |   
yeni fikirBu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Əqli Mülkiyyət bəyanatı
Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.
Yeni fikir müsabiqəsinin təşkilatçıları:
QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
Azərbaycan İEEE Kompyuter şöbəsi
Niyə iştirak edək?(faydaları/mükafatlar)
Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı.
İlk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı.
İrəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı.
Təyin olunmuş biznes rəhbəri alma fürsəti.
Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı.
Necə müraciət etmək olar?
Siz, 15 fevral – 5 Aprel tarixləri arası Qafqaz Universiteti Texnopark onlayn ərizə  sistemində qeydiyyatdan keçməlisiniz.

http://www.yenifikir.az/

http://www.resurs.az/press/1197-yeni-fikir-muesabiqsi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır