29 Nisan 2013 Pazartesi

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsi 28 aprel 2013-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilmişdir.

Müsabiqədə I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.

I YER
Qafqaz Programmers komandası
Rauf Ağayev (Kompyuter Elmləri M1)
Müsaqil Musabəyli (Kompyuter Mühəndisliyi 3)
Məhəmməd Vəliyev (Kompyuter Mühəndisliyi 1)

II YER
Qafqaz U 5 komandası
Vüqar Ağayev (Kompyuter Mühəndisliyi M1)
Əsgər Cavadov (İT Menegment M1)
Fərid Qasımov (Kompyuter Elmləri M2)

III YER
Qafqaz U 3 komandası
Kənan Əsgərli (Kompyuter Mühəndisliyi 3)
Ürfan Həmzəyev (İT və Sistemləri Mühəndisliyi 3)
Elmi Əhmədov (Kompyuter Mühəndisliyi 1)

IV YER
Qafqaz Şahinləri komandası
Xəyyam Quliyev (Kompyuter Mühəndisliyi 4)
Hidayət Soltanzadə (Kompyuter Mühəndisliyi 4)
Ələkbər Vəlizadə (Kompyuter Mühəndisliyi 4)



Olimpiadada ilk 4 yerə layiq görülən komandalar “Azercell” və “Ultra” şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
Olimpiadanın ilk mərhələsi 14 aprel 2013-cü il tarixində Qafqaz Universitetində keçirilmişdir.  Olimpiadanın ilk mərhələsində Respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Olimpiadanın ikinci (final) mərhələsinə 9 ali təhsil müəssisəsindən 28 komanda vəsiqə qazanmışdı.
 - Qafqaz Universiteti – 10 komanda (9 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Bakı Dövlət Universiteti – 9 komanda (7 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Moskva Dövlət Universitetinin Bakı filialı – 5 komanda (5 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Texniki Universiteti – 3 komanda (2 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Bakı Ali Neft Məktəbi – 4 komanda (1 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı – 1 komanda (1 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Gəncə Dövlət Universiteti – 4 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Naxçıvan Dövlət Universiteti – 1 komanda (1 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Lənkəran Dövlət Universiteti – 3 komanda (1 komandafinala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Dövlət Neft Akademiyası – 4 komanda
- Dövlət İdarəçilik Akademiyası – 2 komanda
- Bakı Avrasiya Universiteti – 1 komanda
- Milli Aviasiya Akademiyası – 1 komanda



2007-2013-ci illərdə müsabiqənin statistikası
İl
Qafqaz Universiteti komandaları
Yer
2013
Qafqaz Programmers
Qafqaz U 5
Baku Qafqaz U 3
Qafqaz Şahinləri
I
II
III
IV
2012
Qafqaz Programmers
Baku Qafqaz U 3
Baku Qafqaz U 7
I
III
IV
2011
Qafqaz Programmers
Baku Qafqaz U 3
Qafqaz Şahinləri
Baku Qafqaz U 4
I
II
III
III
2010
Qafqaz Şahinləri
IV
2009
Qafqaz Şahinləri
II
2008
Qafqaz Şahinləri
I
2007
Qafqaz Şahinləri
I




27 Nisan 2013 Cumartesi

13 ölkənin elm adamları Bakıya toplaşıblar


Dünən Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı öz işinə başladı.

13 ölkənin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına da xidmət göstərəcək. Başda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universiteti olmaqla, Türkiyədən Ataturk Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti və Ondokuz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans bu gün də davam edəcək. İngilis, rus, Azərbaycan və türk dillərində Təşkilat Komitəsinə təqdim olunan 900-dən çox tezisin 82-si yuxarıda sadalanan xarici ölkələrdən daxil olub. Məruzələr 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilib. Bəylər Məcidov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action;jsessionid=3F778C820F591852EB577D1C719315ED.nod

AMEC şirkətinin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Bakı, 25 aprel (AzərTAc). “bp”nin podratçı təşkilatı olan AMEC şirkətinin nümayəndələri Qafqaz Universitetində olmuşlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, müvafiq ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdikləri görüşdə şirkət haqqında məlumat verilmişdir. Sonra müvafiq təqaüd proqramının şərtləri açıqlanmışdır.
Təqaüd proqramında iştirak etmək üçün 50-dək tələbə məlumatlarını şirkətin nümayəndələrinə təqdim etmişdir.

Bakıda gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq elmi konfransı keçirilir

Bakı, 26 aprel (AzərTAc). Aprelin 26-da Qafqaz Universitetində gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq elmi konfransı başlanmışdır.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Türkiyənin Atatürk Universiteti və digər universitetlərin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin elmə olan marağını daha da artırmaq, müvafiq sahədə mövcud problemləri müzakirə etməkdən ibarətdir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç müdrik dövlət xadimi Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan professor Ə.Saniç konfransın əhəmiyyətini diqqətə çatdırmışdır.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulamışdır.
Ölkəmizin ayrı-ayrı sahələrində, o cümlədən təhsil sahəsində qazanılan uğurlardan bəhs edən İ.Pirməmmədov bütün nailiyyətləri dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu xatırlatmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan danışmışdır.
A.Mirzəzadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləmiş, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışdır.
Eyni zamanda, məlumat verilmişdir ki, konfransa 13 ölkədən (Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan, Avstriya, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və s.) gənc tədqiqatçıların və alimlərin ümumilikdə 900-dən çox tezisi daxil olmuş, onlardan 600-ə qədəri seçilmişdir.
Sonra məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans aprelin 27-də başa çatacaqdır.
http://www.azertag.com/node/1083481

Tələbələrin "Fab Boya və Kimya Sənayesi"MMC şirkətinə gəzintisi təşkil olundu.

Hər il olduğu kimi bu ildə Qafqaz Universiteti Karyera Planlama Mərkəzi tələbələrin şirkət gəzintilərini təşkil edir.Şirkət gəzintilərinin təşkil olunmasında məqsəd tələbələrimizin iş dünyası və onların fəalliyyəti  ilə tanış olmasıdır.Belə gəzintilərdən biri 25.04.2013-cü il tarixində "Fab Boya və Kimya Sənayesi"MMC-də baş tutdu.Gəzinti zamanı şirkət rəhbərliyi tələbələrimizi şirkətlə daha yaxından tanış etmək üçün iş sektorlarını gəzdirdilər.Tələbələrimiz məhsulun necə və hansı şəraitdə istehsal olunduğunun canlı şahidi oldu.Şirkətlə tanışlıqdan sonra rəhbərlik bizi çay süfrəsinə qonaq etdi.

"Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"

Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilir. "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
Tədbirdə çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman təhsilin, elmin inkişafına xüsusi diqqət yetirib. Qafqaz Universiteti hər zaman bu cür elmi konfransların, seminarların, tədbirlərin keçirilməsində fəal iştirak edib. Rektor tədbirin sponsorlarına da təşəkkürünü bildirib. 
Daha sonra çıxış edən Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov isə vurğulayıb ki, təmsil etdiyi dövlət orqanı bu cür tədbirlərin təşkilində çox maraqlıdır. Çünki belə elmi konfranslar elm adamları, tələbələr və gənc mütəxəssislərin peşəkarlığının artırılmasında mühüm rol oynayır. 
Təşkilat komitəsi adından çıxış edən Altay Məmmədov isə konfrans barədə məlumat verdi. Onun sözlərinə görə, konfrans başda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universiteti olmaqla, Türkiyədən Atatürk Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti və Ondokuz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransa 13 fərqli ölkənin gənc tədqiqatçıları və elm adamları tezislərlə müraciət etmişdir: «Bunlar-Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan, Avstriya, Ukranya, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətidir. Bütünlükdə təşkilat komitəsinə 900-dən çox tezislə müraciət edilmiş, elmi heyətin dəyərləndirilməsindən sonra 600-ə yaxın tezisin qəbul edilməsinə qərar verilmişdir. Nəzərinizə çatdırım ki, tezislərin 82-si adı keçən xarici ölkələrdən daxil olmuşdur ki, onların da yarıdan çoxu bu gün aramızda olmaqla, seksiyalarda məruzələrini təqdim edəcəklər. Konfransda məruzələrin 4 dildə - Azərbaycan, türk, rus və ingilis dilində təqdim edilməsi qəbul edilmişdir. Konfrans 3 seksiya olmaqla 14 istiqamət üzrə öz işini davam etdirəcək. "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı" interdisiplinar mahiyyətdə, yəni fərqli sahələrin eyni anda müzakirə edildiyi bir konfransdır. Təşkilatçılar olaraq bizə də məlumdur ki, müasir dövrdə elmi mühitdə daha çox konkret elm sahələrinə, spesifik istiqamətlərə yönələn konfranslar, seminarlar daha çox tərcih ediləndir. Lakin buna baxmayaraq, bizim bugünkü konfransı interdisiplinar seçməmiz məqsədyönlüdür. Belə ki, məlum olduğu kimi konfrans iştirakçılarının böyük əksəriyyəti gəncdir. Ölkəyə görə dəyişməklə birlikdə bəzən gənclər elmi mühitdə özlərinin elmi ideyalarını ifadə etmədə müəyyən çətinliklər çəkirlər. Biz müxtəlif ölkələrin gənc tədqiqatçılarını bir araya gətirməklə onların konfransda qarşılıqlı şəkildə elmi fikirlərini rahat ifadə edə bilmələrini təmin etmək, elmi diskussiya aparabilmə bacarıq və vərdişlərini artırmaq, elmlə məşğul olan gənclər arasında networkingi artırmaq və bu yolla Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Qara qızılın insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə öz töhfəmizi vermək arzusundayıq...». 
Daha sonra çıxış edən millət vəkili, fəlsəfə elmlər doktoru Aydın Mirzəzadə isə ümummilli lider Heydər Əliyevin zəngin irsə sahib olduğunu vurğuladı. Onun sözlərinə görə, dahi şəxsiyyətin bu irsi geniş elmi araşdırma tələb edir. 
Konfrans öz işini elmi müzakirələrlə davam etdirib.
http://www.hafta-ichi.az/mob/news.php?id=89817

Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilir

26-27 Aprel tarixində Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçiriləcək. 


“Qafqazinfo”nun məlumatına görə, konfransın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
On üç ölkənin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi- tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına da xidmət göstərəcək. İngilis, rus, azərbaycan və türk dillərində təqdim olunacaq tezislər üzərinə geniş müzakirələr aparılaraq müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli konstruktiv təkliflər veriləcək.
http://qafqazinfo.az/site/GƏNC_TƏDQIQATÇILARIN_I_BEYNƏLXALQ_ELMI_KONFRANSI_KEÇIRILIR-41253-xebe

Bakıda gənc tədqiqatçıların birinci Beynəlxalq elmi konfransı keçirilir

Bakı, 26 aprel (AzərTAc). Aprelin 26-da Qafqaz Universitetində gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq elmi konfransı başlamışdır.

Tədbirin məqsədi gənclərin elmə olan marağını artırmaq, müvafiq sahədə mövcud problemləri müzakirə etməkdir.
Konfransda müxtəlif mövzular üzrə məruzələr dinlənilib müzakirə edilir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

24 Nisan 2013 Çarşamba

I Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı işini başa çatdırmışdır

 
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və Kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq Konfrans öz işini uğurla başa çatdırmışdır. ARDNŞ və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə baş tutmuş konfransda dünyanın kimya və kimya texnologiyaları sahəsində aparıcı mövqe tutan 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, İran, Gürcüstan və digər xarici ölkələrdən 80-dən artıq görkəmli elm adamları, şirkət və firmaların nümayəndələri iştirak etmişlər. 
Konfransın keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan nüfuzlu elm xadimlərinın və istehsalat rəhbərlərinin daha sıx və səmərəli elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin perspektivləri, yeni layihələrin reallaşdırılması kimi aktual məsələlər ətrafında müzakirələrin aparılması olmuşdur. 
Dörd gün davam edən konfransın plenar iclaslarında elmi və praktik kimyanın ak-tual sahələri üzrə Azərbaycan və xarici ölkələrin kimya və neft-kimyası sahəsində nüfuz sahibi olan alimlərin, o cümlədən Qafqaz Universitetinin, «Azərikimya» İstehsalat Birliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, «Petkim Petrokimya Holding» A.Ş.-nin, Bakı Dövlət Universitetinin, Türkiyənin Atatürk və Yıldız Texniki Universitetlərinin əməkdaşlarının 70-ə qədər məruzəsi maraqla dinlənilmiş, fiziki və analitik kimyanın mühüm problemləri, müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s. məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Konfransın plenar yığıncaqlarında Neft-kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və başqaları çıxış etmiş, müasir kimya qarşısında duran mühüm məsələlərlə bağlı fikir və mülahizələrini bildirmişlər. 

“Qafqaz Universiteti” üzərində qələbə “Bakı” komandasına baha başa gəlib

“Bakı” hər qola görə 100 manat ziyana düşüb

Futbol üzrə Azərbaycan kubokunun ilk 1/8 final matçında “Qafqaz Universiteti”nin qapısından keçirdiyi hər bir qol “Bakı” komandasını 100 manat ziyana salıb. Lent.az-ın məlumatına görə, AFFA-nın Nizam-İntizam Komitəsi paytaxtın eyniadlı klubunu 1000 manat məbləğində cərimələyib.

Səbəb “Qafqaz Universiteti” üzərində 10:0 hesabı ilə qalib gəldiyi görüşdə “Bakı”nın 4 futbolçusunun sarı vərəqə alması olub. “Neftçi” isə MOİK-lə ölkə kuboku qarşılaşmasında eyni sayda oyunçusuna xəbərdarlıq edilməsi ilə bağlı 1000 manat itirib. 

Asiya İnkişaf Bankı hesabatını Qafqaz Unversitetində təqdim etdi

24 April, 2013, Qafqaz Universitetində Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi keçirilib. Bu barədə Publika.Az-a Qafqaz Unversitetindən məlumat verilib. 

Tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri - Olly Norojono, Nail Vəliyev və bankın baş iqtisadçısı David Oldfieldə, Qafqaz Universitetindən isə təşkilatçı qismində Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti  və eyni zamanda universitetin tələbələri iştirak ediblər.
Tədbir David Oldfieldin“Azərbaycan İqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər” mövzusudakı tədqimatı ilə başlayıb. Təqdimatda Oldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışıb, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd edib və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Daha sonra “Asiya İnkişaf Bankının 2013 hədəfləri” mövzusunu tələbələrlə müzakirə aparan Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırıb. 

Bankın iqtisadçısı N.Vəliyev də öz növbəsində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan proqramlardan bəhs edib. O deyib ki, ötən illərdə olduğu kimi, bundan sonra da Bank Azərbaycan iqtisadiyyatının inkişafına layihə və proqramları ilə öz töhfələrini verəcək.

http://www.publika.az/index.php?action=static_detail&static_id=46879

“Azərbaycanda yeni və güclü kimyaçılar nəsli hazırlanmalıdır”

Bakıda keçirilən I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransında kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işini davam etdirir. Konfrans çərçivəsində dünən Qafqaz universitetində də, mövzular üzrə xüsusi dinləmələr keçirilib. Tədbirdə dünyanın bir çox ölkələrini təmsil edən alimlər, Azərbaycanın ali təhsil ocaqlarının rektorları və digər mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində kimya sahəsi üzrə aparılan tədqiqat işləri, alimlər və təhsil ocaqları arasında qarşılıqlı münasibətlərin qurulması müzakirə edilib, təkliflər dəyərləndirilib. Konfrans iştirakçıları belə bir tədbirin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Təhsil naziri Misir Mərdanov: “Uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.
Türkiyənin Ege Universitetinin professoru Zafer Ayvaz: “Kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov: “Azərbaycanda milli elmi məktəblər arasında ilk dəfə kimya elmi məktəbi yaranıb. Bu gün ölkədə artıq IV-V nəsil kimya elmi məktəbləri formalaşıb. Mən arzu edirəm ki, dövlətin verdiyi dəstək hesabına Azərbaycanda yeni və güclü VI nəsil kimyaçılar hazırlansın. Yeni nəsil kimyaçıların hazırlanması üçün ölkədə kifayət qədər potensial var”.
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işinə başlayıb. Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin fəxri sədrliyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kimi bir sıra təşkilat və qurumların dəstəyi ilə təşkil olunub.
Konfransın “Gülüstan” sarayında keçirilən rəsmi açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bu tədbirin əcnəbi, nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan elm adamlarının arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcəyini bildirib. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox mütəxəssisin iştirak etdiyini xatırladan M. Mərdanov uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunmuş bu tip  tədbirlərin keçirilmədiyini, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacağını qeyd edib.
Misir Mərdanov kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (”CCE 2013”) Qafqaz Universitetinin rektoru Ahmet Saniçin Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif olunduğunu bildirib. Nazir bu günlərdə 50 illik yubileyini qeyd edən rektorun Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində ölkənin təhsil sahəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanda kimya sənayesinin və kimya elminin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz bu səbəbdən elmi konfransın dahi öndərin 90 illik yubileyinə həsr edildiyini qeyd edib.
 “Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev konfransın keçirilməsini Azərbaycanın sənaye potensialının inkişafı üçün mühüm bir hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Konfransa dünyanın 13 ölkəsindən kimya və kimya mühəndisliyinin müxtəlif sahələrini əhatə edən 173-ü Azərbaycan və 142-si isə digər xarici ölkələrdən olmaqla 315 məruzə təqdim olunmuşdur.
Türkiyənin Ege Universitetinin professoru, Ekologiyanın Mühafizəsi və Tədqiqatları Fondunun (“ÇEVKOR”) rəsmi nümayəndəsi Zafer Ayvaz kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox, ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var. Qafqaz Universitetinin beynəlxalq səviyyədə təşkil etdiyi bu konfrans elm adına atılmış böyük addımlardan biri olacağına inanıram. Dünya elm adamlarını bir araya toplayıb, diskussiya və müzakirələr üçün şərait yaratdığına görə başda Qafqaz Universiteti olmaqla, konfransın keçirilməsində əməyi olan bütün qurum və təşkilatlara öz minnətdarlığımı bildirirəm”.
Kanadanın Alberto Universitetinin Azərbaycan əsilli professoru Yədulla Maham Azərbaycanda tanıdılmasında bu konfransın mühüm vasitə olacağını bildirib: “Bu konfrans sayəsində kimya və kimya mühəndisliyi sahələrində çalışan elm adamları və mütəxəssislərinin bir araya gəlməsi elm sahəsində çox böyük uğurlar əldə olunacağından xəbər verir. Bu sayda əcnəbi alimin Bakıya gəlməsi Azərbaycanın daha da tanıdılmasına yardım edəcək”. 
Konya Səlcuq Universitetinin professoru Əminə Özcan tədbirin Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsini təqdirəlayiq bir addım kimi dəyərləndirdi: “Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi çox gözəl bir addımdır. Heydər Əliyev dünya səviyyəsində böyük bir lider olub. Mənim fikrimcə, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bir elm kimi öyrənilməli və araşdırılmalıdır”.
Qeyd edək ki, aprelin 21-dək davam edəcək I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq. Plenar iclaslarda yeni əsr kimyasının aktual sahələri - qeyri-üzvi maddələrin və kompleks birləşmələrin kimyası, funksional nanomateriallar və yüksəktəmizlikli maddələrin texnologiyası, üzvi və bioloji kimyanın aktual problemləri, tibbi kimya, bioloji aktiv maddələrin kimyası və texnologiyası, “yaşıl kimya” və ətraf mühitin mühafizəsi, qida və təbii məhsullar kimyası və s. üzrə 70-ə qədər məruzə dinləniləcəkdir. Aprelin 21-də qonaqların Bakı şəhərinin görməli yerləri, tarixi memarlıq abidələri ilə tanışlığı nəzərdə tutulmuşdur.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=48559

YUNESKO tərəfindən 2013-cü il “Bakuvi ili” elan edilib

Bu il Azərbaycanın tanınmış filosof və şairlərindən biri olan Seyid Yahya Bakuvinin 550 illiyi tamam olur. Bununla əlaqədar olaraq, YUNESKO 2013-cü ili “Bakuvi ili” elan edib. Şirvanşahlar Saray Kompleksində Seyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” kitabının təqdimetmə mərasimi keçirilib. Bununla da “Bakuvi ili” çərçivəsində tədbirlərə start verilib. 

Seyid Yəhya Bakuvi 15-ci əsrdən bütün müsəlman aləmində çox geniş yayılmış xəlvətilik təriqətinin qurucularından biri olub. Tanınmış mütəfəkkirin “Şəfa əl-əsrar” kitabı İslam fəlsəfəsinin nadir əsərlərindən hesab olunur. Əsərdə insanın özünü tanımasının, kamilliyə çatmanın 70 yolundan bəhs edilir.
http://anspress.com/index.php?a=2&lng=az&nid=197960

Seyid Yəhya Bakuvi kim idi?

20 April, 2013, Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım tərəfindən hazırlanan Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabında yer alan millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Dr.Qənirə Paşayevanın ön söz məqaləsi

Ustad kitabi: şəfali sirrlər, sirli şəfalar... –
Çağrı və ümid!
Azərbaycan tarixən könül dostlarının yurdu olub. Bəlli olduğu kimi Veysəl Qarani ilə başlayan sevgi bağları sufiliklə məktəbləşmişdir. Sührəverdilik, zahidilik, səfəvilik, xəlvətilik, onun şöbələri rövşənilik, gülşənilik və nəqşibəndliyin qafqaz qolu Azər­baycanın hansı sevgi mirasına sahib olduğunu göstərir.
Dünyanın tolerantlıq, dialoq, xoşgörü və sevgidən tez-tez danışdığı son illərdə bizim də dönüb keçmişimizə yenidən nəzər salmağımız lazımdır. Bu gün dünyanın hər qitəsinə məhz Azərbaycandan, Lənkərandan, Şamaxıdan, Bakıdan yayılan xəlvətilik məktəbini, onun yaradıcılarını və sevənlərini nə qədər tanıyırıq? 40-dan çox qola, yüzlərcə şöbəyə malik Azərbaycan əsilli xəlvətilik məktəbi yüzillərlə Qafqaz, Anadolu, Balkanlar, Misir, Əlcəzair, Mərakeş, Sudan, hətta İtaliya, Braziliya, ABŞ və başqa ölkələrdə, bölgələrdə öyrədilmişdir, öyrədilməkdədir..!
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO 2013-cü ili Seyid Yəhya Bakuvi ili elan etməklə bizə bu dəyərlərimizə yenidən nəzər salmaq, sahiblənmək və yaymaq imkanı vermiş, bizi öz dəyərlərimizə yenidən – daha dərindən baxmağa sövq etmişdir.
Bu anlamda, tarixçi alim, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Dos.Dr. Mehmet Rıhtımın araşdırmalarını özəlliklə və şükranlıqla qeyd etmək gərəkdir. Ayrıca, onun öz tədqiqatlarına zaman keçdikcə yeni gözlə baxması, əldə etdiyi yeni qaynaqlardan, yeni bilgilərdən yararlanaraq, əsərlərini yenidən işləməsi, zənginləşdirməsi oxucunun həm onun özünə, həm də ilk növbədə tədqiqatlarına diqqət və marağını artırır. Hörmətli alimimizin tədqiqatları bir daha sübut edir ki, “bəşəriyyətin formalaşdırdığı dəyərlər sistemi içərisində Azərbaycan türklərinin öyünüləsi dərin izləri vardır” fikri güclü əsaslara malikdir. Bu izlər bizi millətlər içərisində var edən, İslam ümmətinin böyüməsində və yayılmasında böyük önəm daşıyan izlərdir. Zaman-zaman fərqli quruluşlarda, fərqli rejimlərdə yaşasaq da, yad təsirlər bu izlərdən bizi tam qopara bilməyib. Etiraf edirik ki, uzaq düşmüşük o dəyərlərdən, amma üzülməmişik, necə deyərlər, “haqq nazilər, üzülməz”...
Pak və təmiz bir soydan gələn, özümüzdən olan, sevgiyi, məhəbbəti, mərhəməti, şəfqəti əsas götürən, əsərlərinin bəzisini şirin Azərbaycan türkcəsində qələmə alan Seyid Yəhya Bakuvinin XV yüzildə yazdığı və kamil insan modelini işlədiyi “Şəfaül-Əsrar” (“Sufiliyin sirləri”) əsərini oxuduqca necə böyük mənəvi-mədəni irsə sahib olduğumuzu bir daha – belə deyək, kitabı ilə-dəftəri ilə əyani şəkildə görürük.
Əziz oxucu, əlinizdəki kitabı uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan Dos.Dr. Mehmet Rıhtım əsərin çevirisi ilə yanaşı, onun yorumunu da sizlərə təqdim edir. Seyid Yəhyanın üslubu sax­lanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edildiyi aydın görünür. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib, etməkdədir. Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görmüş, habelə alban və ingilis dillərinə çevrilməsinə başlanmışdır.
“Şəfaül Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın yetişməsi üçün yetmiş məqam müəyyənləşdirmiş, onları bütün əsəri boyunca sıralamışdır.
Əsər “Quran” ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.) hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edil­mişdir. Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə aldığı “Şəfaül-Əsrar” əsəri Azərbaycanın təsəvvüf tarixində özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir.
Mən yaranmış bu tarixi şəraitdən istifadə edib, Azərbaycanın uyğun profilli dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, xeyirxah insanları babalarımızın maddi və mənəvi mirası olan xəlvətilik məktəbi və onun Azərbaycandakı qalıqlarının üzə çıxarılması, qorunması, yayılması yönündə çalışmalarını artı­r­mağa və birləşdirməyə çağırıram.
Yazımı da elə bu çağrı, bu ümidlə qurtarmaq istəyirəm. Necə ki, bütün kitablı dinlərdə, təriqətlərdə də çağrı var, ümid var!...
Haqq çağrıya cavab verilər, haqq yolda yürünər!
Aqibətimiz xəyr olsun!
http://azxeber.com/news/32048.htm

I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı

20 April, 2013, Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işini davam etdirir. Konfrans çərçivəsində dünən Qafqaz universitetində də, mövzular üzrə xüsusi dinləmələr keçirilib. Tədbirdə dünyanın bir çox ölkələrini təmsil edən alimlər, Azərbaycanın ali təhsil ocaqlarının rektorları və digər mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində kimya sahəsi üzrə aparılan tədqiqat işləri, alimlər və təhsil ocaqları arasında qarşılıqlı münasibətlərin qurulması müzakirə edilib, təkliflər dəyərləndirilib. Konfrans iştirakçıları belə bir tədbirin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Təhsil naziri Misir Mərdanov: “Uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.
Türkiyənin Ege Universitetinin professoru Zafer Ayvaz: “Kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov: “Azərbaycanda milli elmi məktəblər arasında ilk dəfə kimya elmi məktəbi yaranıb. Bu gün ölkədə artıq IV-V nəsil kimya elmi məktəbləri formalaşıb. Mən arzu edirəm ki, dövlətin verdiyi dəstək hesabına Azərbaycanda yeni və güclü VI nəsil kimyaçılar hazırlansın. Yeni nəsil kimyaçıların hazırlanması üçün ölkədə kifayət qədər potensial var”.
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işinə başlayıb. Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin fəxri sədrliyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kimi bir sıra təşkilat və qurumların dəstəyi ilə təşkil olunub.
Konfransın “Gülüstan” sarayında keçirilən rəsmi açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bu tədbirin əcnəbi, nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan elm adamlarının arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcəyini bildirib. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox mütəxəssisin iştirak etdiyini xatırladan M. Mərdanov uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunmuş bu tip  tədbirlərin keçirilmədiyini, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacağını qeyd edib.
Misir Mərdanov kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (”CCE 2013”) Qafqaz Universitetinin rektoru Ahmet Saniçin Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif olunduğunu bildirib. Nazir bu günlərdə 50 illik yubileyini qeyd edən rektorun Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində ölkənin təhsil sahəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanda kimya sənayesinin və kimya elminin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz bu səbəbdən elmi konfransın dahi öndərin 90 illik yubileyinə həsr edildiyini qeyd edib.
 “Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev konfransın keçirilməsini Azərbaycanın sənaye potensialının inkişafı üçün mühüm bir hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Konfransa dünyanın 13 ölkəsindən kimya və kimya mühəndisliyinin müxtəlif sahələrini əhatə edən 173-ü Azərbaycan və 142-si isə digər xarici ölkələrdən olmaqla 315 məruzə təqdim olunmuşdur.
Türkiyənin Ege Universitetinin professoru, Ekologiyanın Mühafizəsi və Tədqiqatları Fondunun (“ÇEVKOR”) rəsmi nümayəndəsi Zafer Ayvaz kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox, ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var. Qafqaz Universitetinin beynəlxalq səviyyədə təşkil etdiyi bu konfrans elm adına atılmış böyük addımlardan biri olacağına inanıram. Dünya elm adamlarını bir araya toplayıb, diskussiya və müzakirələr üçün şərait yaratdığına görə başda Qafqaz Universiteti olmaqla, konfransın keçirilməsində əməyi olan bütün qurum və təşkilatlara öz minnətdarlığımı bildirirəm”.
Kanadanın Alberto Universitetinin Azərbaycan əsilli professoru Yədulla Maham Azərbaycanda tanıdılmasında bu konfransın mühüm vasitə olacağını bildirib: “Bu konfrans sayəsində kimya və kimya mühəndisliyi sahələrində çalışan elm adamları və mütəxəssislərinin bir araya gəlməsi elm sahəsində çox böyük uğurlar əldə olunacağından xəbər verir. Bu sayda əcnəbi alimin Bakıya gəlməsi Azərbaycanın daha da tanıdılmasına yardım edəcək”. 
Konya Səlcuq Universitetinin professoru Əminə Özcan tədbirin Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsini təqdirəlayiq bir addım kimi dəyərləndirdi: “Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi çox gözəl bir addımdır. Heydər Əliyev dünya səviyyəsində böyük bir lider olub. Mənim fikrimcə, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bir elm kimi öyrənilməli və araşdırılmalıdır”.
Qeyd edək ki, aprelin 21-dək davam edəcək I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq. Plenar iclaslarda yeni əsr kimyasının aktual sahələri - qeyri-üzvi maddələrin və kompleks birləşmələrin kimyası, funksional nanomateriallar və yüksəktəmizlikli maddələrin texnologiyası, üzvi və bioloji kimyanın aktual problemləri, tibbi kimya, bioloji aktiv maddələrin kimyası və texnologiyası, “yaşıl kimya” və ətraf mühitin mühafizəsi, qida və təbii məhsullar kimyası və s. üzrə 70-ə qədər məruzə dinləniləcəkdir. Aprelin 21-də qonaqların Bakı şəhərinin görməli yerləri, tarixi memarlıq abidələri ilə tanışlığı nəzərdə tutulmuşdur.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=48559

22 Nisan 2013 Pazartesi

"Yaşıl Kampusdan Yaşıl Bakıya" Yaşıl Həftə aksiyası



Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin üzvü olan tələbələrdən təşkil olunmuş "Yaşıl Kampusdan Yaşıl Bakıya" layihəsi çərçivəsində 17-23 Aprel tarixləri arasında  Yaşıl Həftə aksiyası keçirilir.
Layihənin əsas məqsədi Universitetimizdə və Mərkəzimizlə əməkdaşlıq edən şirkətlərdə kağız yənidən emalı sistemini (Paper Recycling System) formalaşdırmaqdır.Bu layihədə Universitetimizlə yanaşı bir neçə şirkət iştirak edirlər.
Bu aksiya İİBF, Rektorluq və Hazırlıq binalarında tələbələrimiz tərəfindən təqdim edilməkdədir.Bu aksiya haqqında əlavə məlumat məktuba əlavə edilmişdir.Layihə haqqında daha geniş məlumat üçün aşağıda göstərilən vaxtlarda məlumat stendlərinə yaxınlaşa bilərsiz.

18 Aprel  İİBF
19 Aprel Əsas Bina
23 Aprel Hazırlıq Binası

Hormetle,

Adiljan Abdurazzak
Director of the Center for
Entrepreneurship Development & Research
Senior Lecturer of Strategic Management

21 Nisan 2013 Pazar

Rıhtım: Bakuvi’s legacy opportunity to promote Azerbaijan worldwide

Mehmet Rıhtım
21 April 2013 /FERİDE ALİYEVA, BAKU
UNESCO declared 2013 to be the Year of Seyyid Yahya Bakuvi in Azerbaijan. Mehmet Rıhtım, the director of Caucasus Research Institute and an associate professor at Qafqaz University, talked to Sunday’s Zaman about Bakuvi, a genius Sufi who played a significant role in the development of Azerbaijan’s history and culture, and described his religious order, Halvetiye.
Can you talk about the first Sufi schools established in Azerbaijan?
Azerbaijan is historically one of the unique places where Islamic Sufism first took shape. The first school established here was the Sühreverdiye order, systematized by Ebu’n-Necip Abu Hafs Sühreverdi in the 12th century. Sühreverdi was not only a saint or sufi, he also acted as an advisor to the Abbasid Caliph and he even had a diplomatic mission to conduct peace negotiations. The Sufi school he established became popular in the Muslim world beginning in the 12th century. Azerbaijani Sufi followers of this school then founded the Ebheriye order in the 13th century and the Zahidiye, Safeviye and Halvetiye orders in the 14th century.
What is the Halvetiye order? How was it established in Azerbaijan?
The word “halvet” etymologically means “solitude” or “privacy,” and in the Sufi terminology, it means a period of solitude when a dervish retires into seclusion in a Sufi lodge or mosque with the permission of his Sufi master in order to dedicate his daily life to worship and self-questioning in order to attain inner purification. This period generally lasts for 40 days. During this period, a dervish eats and sleeps very little, allocating as much time as possible to worship, reflection, remembrance (of God) and contemplation. The founder of the Halvetiye order, Pir Ömer, was fond of performing halvet and he would frequently retire into halvet.
The Halvetiye order is a special and major school of spiritual knowledge, established in the spiritual atmosphere of Azerbaijan in the 14th century. The succession of Sufi masters of the Halvetiye order goes back to Şihabeddin Sühreverdi and his uncle and tutor, Ebdülkahir Sühreverdi. These two Sufi scholars are from the Sohrevard village of the Zanjan province of historical Azerbaijan.
These scholars, as representatives of scholarly Sufism, symbolize the heavenly aspects of Islam and they acted as the vanguards of a civilization built upon spiritual knowledge that stretched from India to Anatolia and from Azerbaijan to Africa.
The cultural geography of Azerbaihan/Shirwan has historically been a source of knowledge, art and culture for Anatolia. Azerbaijan comes close to Khorasan in acting as a source of inspiration for the Seljuk and Ottoman Sufism. Indeed, distinguished sufis and saints who left their marks on our Sufi history such as Şems-i Tebrizi, Ahi Evran, Geyikli Baba, Nimetullah Nahcuvani, Gülşehri, Sinaneddin Erdebili, Nakkaş Baba, Abdülmecid Şirvani, İsmail Şirvani, and Mir Hamza Nigari migrated to Anatolia from this region.
Who is Seyyid Yahya Bakuvi? What is his place in the Halvetiye order?
Seyid Yahya Bakuvi, known as the “Pir-i Sani” or the Second Founder of the Halvetiye order had met Sadreddin, the Sufi master of the Halvetiye order, in Shamakhi in the early 15th century. Bakuvi’s father, Bahaeddin, was a reputable and rich man in Shamakhi, and he was also an important official at the Shirvanshah state. He wanted his son to follow in his footsteps and take over his legacy. But under the influence of a dream, Bakuvi joined the Halvetiye order. Then, he started to attend the order’s lodge and learn and practice the Sufi tradition. About a century after Pir Ömer, Bakuvi re-systematized the Halvetiye order and played a major role in promoting the order. Before he died, Sufi master Sadreddin told his pupils to elect Bakuvi as their master. But the dervishes elected Pirzade, who was older than Bakuvi. Therefore, Bakuvi left Shamakhi and went to Baku upon an invitation from Shirvanshah Halilullah. With his coming, Baku emerged as the new center of the Halvetiye order. If the Halvetiye order still survives in our time, this is because of Bakuvi’s efforts.
What urged you to study the Halvetiye order and Bakuvi?
I came to Azerbaijan in 1997 and started to work at Qafqaz University. I was curious to learn more about Azerbaijan’s culture, history, literature, etc. I particularly showed close interest in religious literature which was previously a less studied field. I wanted to work on a topic that was not studied before. But where should I start to work? Some incidents urged me to study Bakuvi. When I paid my first visit to the palace of the Shirvanshah, a tomb caught my attention. The palace and the tomb betrayed two contradictory architectural styles. In principle, there shouldn’t be a tomb in the palace. But when I learned that the tomb belonged to a dervish, I grew more curious, as Sufi people would abandon their worldly affairs and focus on the otherworldly matters. A palace, on the other hand, represents the paragon of worldly affairs. It seemed quizzical to see two diverse poles sit side by side. This contradiction led me to learn more about the Sufi. He must have been a very extraordinary person for his tomb is located in a respectable location. This dervish couldn’t be someone ordinary. Eventually, I learned it was Seyyid Yahya Bakuvi who was resting in that tomb. Then I was attracted to study more about the life and work of Bakuvi. I found out that he had written some books. So I started to search for them.
You found and published them. Can you talk about these books?
My preliminary efforts took me to several books by Bakuvi in the Süleymaniye library in Turkey. When I first took them in my hands and read them, I was very surprised to find that they were great works of Sufism, philosophy and literature. Much had changed between the time when I entered the library and the time when I left it. I had found a great topic to study. Then I decided to change the topic of my thesis and started to study Bakuvi’s works.
I started to work on Bakuvi and the Halvetiye literature. I took copies of the books I had examined in the library and commenced to translate them and simplify their wording. Then, I published a book titled “Seyyid Yahya Bakuvi ve Halvetilik” (Seyyid Yahya Bakuvi and Halveti Order). The sources I used were mostly the ones I found in Turkey. Later I found a pamphlet containing Bakuvi’s Persian manuscripts in the Fuzuli Manuscripts Institute in Azerbaijan. We also published Bakuvi’s “Şifaü’l Esrar,” -- which I discovered in the Süleymaniye library in İstanbul -- in 2010 in Baku and in 2011 in Turkey, after a seven-year work. Both publications were very popular. Now, their second and third editions are being prepared. We are also working on a good supplication book by Bakuvi. Working in cooperation with Nezaket Memmedova, a distinguished scholar from Azerbaijan’s Institute of Manuscripts, I intend to publish Persian works by Bakuvi.
Weren’t there any previous studies on Bakuvi?
There were references previously made to Bakuvi. A. Bakıhanov, Feridunbey Köçerli, M.A. Terbiyet, and S. Mümtaz wrote about him. Aliejder Seyitzade, Zakir Memmedov, Azade Musabeyli, Sara Hanım Aşurbeyli, S. Veliyev, C. İbrahimov and M. Mahmudbeyov, too, showed close interest in him. And Samet Vurgun had referred to him in his poem “Bakü Destanı.” I should make a special mention of Seyitzade. About 40-50 years ago, Seyitzade had intended to study Bakuvi in depth, but the political atmosphere of the time was unfavorable for such studies. With the exception of some errors, he was generally able to obtain accurate information about Bakuvi.
But it wasn’t possible to study him in depth. There were several reasons for this. First, there were restrictions on the study of religious/Sufi topics during the Soviet era. Second, expertise on Sufism was very limited. This topic could be examined either in philosophy or in literature. Yet, someone intending to study him should be knowledgeable about Islamic sciences and Sufism and be able to read and write in Azerbaijani, Arabic and Persian.
Without these skills, it was impossible to conduct reliable studies on this topic. By the way, I must note that there is still much to do in this area. Other academics should make contributions to the study of Bakuvi’s ideas, his school, his influence in Azerbaijan and around the world and his literary style, etc.
UNESCO declared 2013 as the Year of Seyyid Yahya Bakuvi in Azerbaijan. What are your plans for this year?
The declaration of 2013 as the Year of Seyyid Yahya Bakuvi was important. This represents a historic opportunity for studying Bakuvi in depth as a scholar who played an indispensable role in the shaping of Azerbaijan’s history and culture. Research into Bakuvi’s legacy is a major opportunity for promoting Azerbaijan worldwide. The Philosophy Institute will organize an international symposium on Bakuvi on July 2-3. There will be conferences as well. We are making preparations to publish books on his life and literary style both in Azerbaijan and Turkey. We intend to publish all of Bakuvi’s 18 works. A documentary about Bakuvi is being prepared. Exhibitions and symposiums will be held in Algeria and Turkey.
How should a Sufi/scholar like Bakuvi be promoted? What has survived from his school?
I, as a scholar, am interested in Bakuvi’s personality, views, ideas and his contribution to our culture and how we can benefit from his heritage. In Turkey, Azerbaijan or other Muslim countries, such Sufi personalities are not studied in depth. Emphasis is not placed on their ideas or works. This is wrong both from a religious and logical perspective. This unfortunately causes their true identities to remain concealed and religion to be perceived as a bag of superstitions.
Bakuvi was -- and still is -- an intellectual who was equipped with knowledge and insight. In the institute he established in Baku, he studied advanced scientific matters. His school was famous across the Muslim world and people would come from everywhere to pursue studies here, and they would return to their countries to open branches of this school. I managed to trace some of these people. Bakuvi’s school had spread as far as Anatolia, the Balkans, Iran, North Africa, India, Indonesia and Malaysia. Bakuvi’s influence can even be found in the US, Canada and Italy. In other words, Bakuvi’s school did not get lost in history. His path and philosophy is still alive. His path is paved with love and affection. It will bring people closer together.
http://www.todayszaman.com/news-313220-rihtim-bakuvis-legacy-opportunity-to-promote-azerbaijan-worldwide.html