13 ölkənin elm adamları Bakıya toplaşıblar


Dünən Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı öz işinə başladı.

13 ölkənin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına da xidmət göstərəcək. Başda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universiteti olmaqla, Türkiyədən Ataturk Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti və Ondokuz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans bu gün də davam edəcək. İngilis, rus, Azərbaycan və türk dillərində Təşkilat Komitəsinə təqdim olunan 900-dən çox tezisin 82-si yuxarıda sadalanan xarici ölkələrdən daxil olub. Məruzələr 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilib. Bəylər Məcidov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action;jsessionid=3F778C820F591852EB577D1C719315ED.nod

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır