Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı keçiriləcək

Bakı. Könül Kamilqızı - APA. Aprelin 17-dən 21-dək Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı (CCE2013) keçiriləcək.


Qafqaz Universitetindən APA-ya verilən xəbərə görə, konfransın rəsmi açılış mərasimi aprelin 17-də Gülüstan sarayında təşkil olunacaq.

5 günlük beynəlxalq konfrans Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə baş tutacaq. CCE2013 beynəlxalq konfrans kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. CCE2013 həm akademik, həm də sənaye institutlardan olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə ilə keçirilir. Burada onlar son tədqiqatlar barədə öz fikirlərini bildirəcək, mövcud olan problemləri, tədqiqatları və innovasiyalı ideyaları müzakirə edəcəklər. Konfrans çərçivəsində beynəlxalq natiqlər kimya və kimya mühəndisliyi sahələrində mövcud olan nailiyyətləri plenar leksiyalarda təqdim edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfrans çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq. Tədbirin sonunda qonaqların Dövlət Bayraq Meydanı, Şirvanşahlar Sarayı, Miniatür Muzeyi və digər tarixi yerlərə səyahəti gözlənilir.
http://az.apa.az/news/294793

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır