Bakıda VII “İnepo Avrasiya” Olimpiadası açılır

Bakıda VII “İnepo Avrasiya” Olimpiadası açılır<b style="color:red"></b>Ənvər Özərən: «Azərbaycanda ekoloji təmizlik və ətraf mühiti yaxşılaşdırma istiqamətində böyük işlər görür»

Aprelin 5-6-da Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO) keçiriləcək. 525.az-ın məlumatına görə, bu barədə dünən keçirilən mətbuat konfransında Azərbaycan - Türkiyə Özəl Liseyləri baş idarəsinin rəisi Məsut Kurnaz məlumat verdi. O bildirdi ki, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ Öyrətim” İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Onun sözlərinə görə, olimpiadanın keçirilməsi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirmək və digər məqsədlərə xidmət göstərir: “Bu il VII “İnepo Avrasiya” Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı 45 xarici ölkədən 625, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Yeri gəlmişkən, xarici ölkələlərdən verilən layihələrdən 56-sı, Azərbaycan iməktəblərindən verilən layihələrdən isə 78-i növbəti mərhələyə keçib.
“Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən isə çıxışında bildirdi ki, bu olimpiada hər il artan sayla inkişaf edir. Onun sözlərinə görə, olimpiada dünyada Türkiyədən sonra Azərbaycanda keçirilir: “Bu gün dünyada ekologiya sahəsində mövcud olan problemlər və onların həlli daima müzakirə olunan əsas məsələlərdən biridir. Sənaye və texnologiya inkişaf etdikdə onun yaratdığı problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Bu gün xəstəliklər dünənə nisbətən daha çoxdur. Buna qarşı tədbirlərin görülməsi, ətraf mühitin qorunması hər ötən gün aktuallığını artırır. Azərbaycanda da hər kəs buna özünəməxsus formada layiqli töhfələr verməyə çalışırlar. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası da şagirdləri ətraf mühitin qorunması sahəsində lazımi işlər görməyə təkan verir”.

Ə.Özərən vurğuladı ki, artıq 7 ildir bu cür layihələr həyata keçirilməkdədir. Bildirdi ki, hazırda Azərbaycanda da ekoloji təmizlik və ətraf mühiti yaxşılaşdırma istiqamətində böyük işlər görür. Onun sözlərinə görə, hökumət gəmilər vasitəsilə bölgələrdən qaratorpaqlar daşıyaraq Bakıya gətirir, geniş bağ və parklar salır.

Ə.Özərən Azərbaycanda təhsilin yüksək səviyyəsindən də söz açdı. Dedi ki, son vaxtlar Azərbaycanda çox sayda beynəlxalq tədbirlər keçirilməkdədir. Onun fikrnincə, əgər ölkədə təhsilin səviyyəsi yüksək olmasaydı, belə möhtəşəm tədbirlər Azərbaycanda keçirilməzdi. Ə.Özərən əlavə etdi ki, beynəlxalq tədbirlərin Azərbaycanda təşkili bu ölkənin və xalqın mədəniyyəti, məişəti, tarixi və malik olduğu zənginliklər barədə beynəlxalq aləmdə məlumatın yayılmasına şərait yaradacaq. Çünki Bakıya gələn əcnəbilər burada gördüklərini vətənlərində danışacaqlar. Onun sözlərinə görə, həmin qonaqlar hətta öz ölkələrinə qayıdandan sonra oradakı Azərbaycan diaspor təşkilatlarına dəstək də verə bilərlər.  

Qeyd edək ki, 2012-ci ildə keçirilən olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı  qatılıb. Azərbaycan məktəblərində 200-dən artıq layihə arasında 70 layihə, xarici ölkələrdən isə 48 layihə seçilib.
http://525.az/site/?name=xeber&news_id=6884

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF