“Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilmişdir

Bakı, 3 aprel (AzərTAc). Qafqaz Universitetinin mədəniyyət şöbəsinin dram dərnəyi Xalq Şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərini səhnələşdirmişdir.
AzərTAc xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunmuşdur.
Əsər qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Burada türklərin minillik tarixi keçmişindən söz açılsa da, şair minilliklər əvvəl baş verən hadisələrə yeni təfəkkürlə yanaşmışdır. Başımıza gələn faciələri və onları doğuran səbəbləri məharətlə açıb göstərmişdir.
Dram dərnəyinin üzvləri ümummilli lider Heydər Əliyevin yüksək qiymətləndirdiyi bu əsərlə Vətən tarixini öyrənməyin vacibliyini nümayiş etdirmişlər.
Əsərdə təsvir olunan hadisələr tamaşaçını sona qədər həyəcan içində saxlayır.
Səhnə əsərinə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova quruluş vermişdir.
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin türk birliyinə səsləyən ideyalarını məharətlə çatdıran gənc aktyorların oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
http://www.azertag.com/node/1073363

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF