“Qafqaz Universiteti” üzərində qələbə “Bakı” komandasına baha başa gəlib

“Bakı” hər qola görə 100 manat ziyana düşüb

Futbol üzrə Azərbaycan kubokunun ilk 1/8 final matçında “Qafqaz Universiteti”nin qapısından keçirdiyi hər bir qol “Bakı” komandasını 100 manat ziyana salıb. Lent.az-ın məlumatına görə, AFFA-nın Nizam-İntizam Komitəsi paytaxtın eyniadlı klubunu 1000 manat məbləğində cərimələyib.

Səbəb “Qafqaz Universiteti” üzərində 10:0 hesabı ilə qalib gəldiyi görüşdə “Bakı”nın 4 futbolçusunun sarı vərəqə alması olub. “Neftçi” isə MOİK-lə ölkə kuboku qarşılaşmasında eyni sayda oyunçusuna xəbərdarlıq edilməsi ilə bağlı 1000 manat itirib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır