Qafqaz Universitetinin rektoru Ahmet Sanıç mükafatlandırılıb

Qafqaz Universitetinin rektoru Ahmet Sanıç mükafatlandırılıb

20:11 17-04-2013


Təhsil Nazirliyi Azərbaycanın ali məktəb rektorlarından birini xüsusi mükafata layiq görüb. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov Bakıda keçirilən Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (“CCE 2013”) məlumat verib. O bildirib ki, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif olunub. Nazir deyib ki, bu günlərdə 50 illik yubileyini qeyd edən rektor fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın təhsil sahəsinə mühüm xidmətlər göstərib.
 
Qeyd edək ki, mükafatı rektora təhsil naziri Misir Mərdanov təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır