Qönçə açılarmı bahar olmasa...

19 April, 2013, Qafqaz Universitetinin Mədəniyyət şöbəsi Sənət Mərkəzinin tələbələri yeni bir sərgiyə imza atdılar.  “Çiçəklərin portreti” adlı rəsm əsərlərindən ibarət sərgi universitet tələbələrinin və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Texnologiyalarının aktual problemləri konfransı iştirakçılarının marağı ilə qarşılandı.

Təbiətdəki çiçəklər gözəldir. Bahar fəslini  rənglərlə yenidən kətan üzərinə işləmək  çox zövq və esttik həzz verən bir işdir. Müxtəlif  bölümlərdə təhsil alan tələbələrin,  dr. Arzu Məmmədovanın rəhbərliyi ilə   rəsm sənətinə marağı, bir- birindən maraqlı rəsm mövzuları göz oxşadı.  Bu tələbələri  sənət işığına toplayan da elə rəsm sənətinə böyük maraq idı.
 İqtisadiyatın huquqi tənzimlənməsi bölümü  V kurs tələbəsi Eşqin Şükürovun çəkdiyi yasəmənlər – “Uca təravət”, Kimya müəllimliyi bölümü II kurs tələbəsi Sevinc Yaqubovanın “Magnolya”, Gülzadə Vəlizadənin “Qırmızı”, Mahinur Məhərovanın “Yaşıl çizgilər”, Fizika miəllimliyi II kurs tələbəsi Tünzalə Fərhadovanın “Sarı gül”, Türk Dili və Ədəbiyatı Ikurs tələbəsi Cihad  Özdəmirin “ Bülbülü-Şeyda”, Riyaziyyat və İnformatika müəllimliyi III kurs tələbəsi Lamiyə Yaqublunun “Liliya” tablosu, Mehmet Emin Doğantürk, Xəyalə Abdullayeva, Vüsalə Əliyeva, Şəhla Musayeva,  Nərgiz Abdullayeva, İbrahim Öztürk, Aysel Abdullayeva, Günay Həsənova, Ayşən Məmmədova, Səbinə Mustafazadə, Ülkər Qəhrəmanlı, Gülsüm Seyidova,  Ülkər Zuqanova, Gülər Dəmirli, Günay Omarova, Afaq Seyidova, Gülşən Qasımova,Nərmin Babazadə kimi rəsm həvəskarlarının  30- a qədər rəsm əsəri  sərgiləndi. Akril, quaş, yağlı boyalarla kağız və  kətan üzərinə işlənən çiçəklər izləyənlərə xoş ovqat bəxş elədi.
Mədəniyyət şöbə müdirliyi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF