YUNESKO tərəfindən 2013-cü il “Bakuvi ili” elan edilib

Bu il Azərbaycanın tanınmış filosof və şairlərindən biri olan Seyid Yahya Bakuvinin 550 illiyi tamam olur. Bununla əlaqədar olaraq, YUNESKO 2013-cü ili “Bakuvi ili” elan edib. Şirvanşahlar Saray Kompleksində Seyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” kitabının təqdimetmə mərasimi keçirilib. Bununla da “Bakuvi ili” çərçivəsində tədbirlərə start verilib. 

Seyid Yəhya Bakuvi 15-ci əsrdən bütün müsəlman aləmində çox geniş yayılmış xəlvətilik təriqətinin qurucularından biri olub. Tanınmış mütəfəkkirin “Şəfa əl-əsrar” kitabı İslam fəlsəfəsinin nadir əsərlərindən hesab olunur. Əsərdə insanın özünü tanımasının, kamilliyə çatmanın 70 yolundan bəhs edilir.
http://anspress.com/index.php?a=2&lng=az&nid=197960

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır