“Bakcell”in “3G” şəbəkəsi üç dəfədən çox artıb



Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin “3G” şəbəkəsi son bir il ərzində əhəmiyyətli dərəcədə genişlənib.

“Bakcell” şirkətinin korporativ əlaqələr üzrə şöbəsinin mətbuat ilə iş üzrə baş mütəxəssisi Süheylə Cəfərovanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda şirkətin “3G” şəbəkəsi ölkə ərazisinin 55%-ni əhatə edir. “Hazırda bizim ölkə ərazisində artıq 1000-dən çox “3G” baza stansiyamız 65 müxtəlif şəhərdə quraşdırılıb. “3G” xidmətlərindən istifadə edən abunəçilərimizin sayı isə 1,7 milyon nəfər təşkil edir”,- deyə o bildirib.

Nəzərə alsaq ki, ötən ilin may ayına olan məlumata görə, şirkət tərəfindən ölkə ərazisində 300 “3G” stansiya quraşdırılmışdır, son bir ildə “Bakcell”in “3G” şəbəkəsində, demək olar, üç dəfədən çox artım baş verib. Şirkətin “3G” xidmətlərindən istifadə edən abunələrin sayı isə ümumi abunələrin 35%-ni təşkil edir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır