Bakıda Mehmet Akif Ersoy və Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb


Bakı, 16 may, SalamNews, K.Orxan. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqaz Universiteti və Mehmet Akif Ersoy fikir və sənət vəqfinin təşkilatçılığı ilə Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid adlı beynəlxalq elmi konfrans işə başlayıb.

SalamNews-un məlumatına görə, konfransda Azərbaycan və Türkiyə deputatları, rəsmi dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Misir, Makedoniya, Serbiya, Rusiya və sairədən 100-dən çox alim iştirak edib.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc deyib ki, Mehmet Akif Ersoyun və Hüseyn Cavid zəngin yaradıcılıqları ilə bütün türk dünyasını işıqlandırıblar.

Şərqşünaslıq İnstitutunun direktoru, deputat Gövhər Baxşliyeva XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə mədəni həyatına əsərləri ilə möhürünü vuran şairlər arasında fikirləri və əsərləri ilə millətin yolunu işıqlandıran və qəlbində taxt quran iki böyük sənətkarın olduğunu vurğulayıb.

Çıxış edənlərə Qafqaz Universiteti və Mehmet Akif Ersoy fikir və sənət vəqfinin plaketləri təqdim edilib. İşini bölmələrdə davam etdirən konfransa sabah yekun vurulacaq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır