Qafqaz Universiteti daha bir yeniliyə imza atıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti Məmməd Musayev və bir qrup əməkdaş Qafqaz universitetində  təhsil müəssəsinin maddi-texniki bazası ilə tanış olublar. Lent.az-ın məlumatına görə, görüşdə ASK-nın prezidenti M. Musayev konfederasiyanın fəaliyyəti  haqqında ətraflı  məlumat verərək bildirib ki, ASK-nın 5000 –dən çox üzvü olan  konfederasiyanın əhatə dairəsi tək  ölkə sərhədləri ilə məhdudlaşmır, xarici ölkələrlə də işgüzar əlaqələr yaradılır. Türkiyə ilə, xüsusilə də TÜSİAB-la olan işbirliyini örnək göstərən M.Musayev yaxın zamanlarda Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılmasını da təqdirə layiq hal hesab edib.
 Qafqaz Universiteti haqqında ətraflı məlumat verən universitetin rektoru Ahmet Saniç isə  qeyd edib ki, təhsil müəssisəsi fəaliyyət göstərdiyi vaxtdan bu günədək  daim qabaqcıl təhsil texnologiyalarını tətbiq edib və  bir çox vacib yeniliklərə imza atıb. Görüş zamanı rektor ASK ilə əməkdaşlığa önəm verdiklərini, Qafqaz Universitetinin konfederasiya ilə  birgə əməkdaşlığa hazır olduğunu dilə gətirib.
 Sonda ASK ilə Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
http://m.lent.az/?c=show&id=123674

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır