Qafqaz Universiteti “ilin adamı”nı seçib



Qafqaz Universitetinin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci Gənclik Şənliyi” adlı tədbir keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətindənGün.Az-a verilən məlumata görə, tədbirdə universitetin rektoru, professor Ahmet Saniç Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci Gənclik Şənliyi”nin adının belə qoyulmasını ulu öndərin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” deməsi ilə əlaqələndirib.

“Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi”.

Rektor, təhsil sahəsində Qafqaz Universiteti gəncləri üçün də əlverişli imkanların açılmasından danışıb.

Sonra Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş “ilin adamları” mükafatı verilib. Səsvermədə 3000-dən çox tələbə iştirak edib.

Tədbir münasibətilə universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunub.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır