Qafqaz Universitetində Almaniyada tədqiqat institutları və maliyyələşdirmə imkanları barədə təqdimat keçirilmişdir



Bakı, 13 may (AzərTAc). Alman Akademik Mübadilə Xidməti (DAAD) Qafqaz Universitetində Almaniyada tədqiqat institutları və maliyyələşdirmə imkanları barədə təqdimat keçirmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, azərbaycanlı doktorantlar və gənc alimlər üçün reallaşdırılmış tədbirdə DAAD-ın nümayəndəsi Nicola Ullisch Almaniyada tədqiqat institutları və maliyyələşdirmə imkanları barədə məlumat vermişdir.
Eyni zamanda, alman alimləri öz tədqiqat sahələri (sosial, iqtisadi və hüquq elmləri) üzrə təqdimatlarını, azərbaycanlı iştirakçılar tədqiqat layihələrini təqdim etmişlər.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır