Qafqaz Universitetində “Türk Dünyasını İşıqlandıranlar: Mehmət Akif Ersoy, Hüseyn Cavid“ mövzusunda Beynəlxalq Konfrans keçirilir





16 May 2013-cü il tarixində Qafqaz Universiteti AMEA Şərqşünaslıq İnstitutu, TİKA, Yunus Emre Enstitüsü, Mehmet Akif Ersoy Fikir ve Sanat Vakfı, T.C. Bağcılar Bələdiyəsi, AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə birlikdə, "Türk Dünyasını İşıqlandıranlar: Mehmət Akif Ersoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans öz işinə başladı. "Türk Dünyasını İşıqlandıranlar: Mehmet Akif Ersoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans 16-18 May tarixinə kimi davam edəcək. Konfrans Qafqaz Universitetində keçirilir. Konfransı Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç və AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva giriş sözləri ilə açdılar. Hər iki məruzəçi konfransın keçirilmə qayəsi haqqında nitq söylədilər.Natiqlərin çıxışlarında hər iki dahi haqqında insanlığa istiqamət verən əhəmiyyətli fikir və sənət adamları olduqlarını vurğuladılar. Türkiyə və Azərbaycan tarixində belə tanınmış şəxsiyyətlər çoxdur. Əsərləri ilə zamanının aynası olan hər iki şəxsiyyətin Azərbaycan və Türk cəmiyyətinə daha yaxından tanıdılması lazımdır. Bunlardan biri 1873-1936-ci illər arasında yaşamış böyük Türk şairlərindən olan Mehmet Akif Ersoy, digəri isə 1882-1941-ci illər arasında yaşamış Azərbaycanın böyük şairlərindən biri olan Hüseyn Caviddir. Hər iki şair ölkəsinin ən ağır günlərində yaşamışdır. M. Akif Türkiyə tarixinin ən böhranlı dövründə ədəbi fəaliyyətə başlamış, Osmanlı dövlətinin dağıldığı və Türkiyə Respublikasının qurulduğu kompleks bir zamanda millətinin duyğularına tərcüman olmuş, milli mübarizə illərinin canlı şahidi olaraq şəxsən mübarizələrin içərisində omuşdur.H. Cavid də eynilə M. Akif kimi ölkəsinin çətin hadisələr yaşadığı bir dövrdə yazmış, ömürünü və ədəbi fəaliyyətini xalqı və milləti uğrunda fəda etmişdir. Həyat və fəaliyyətləri bənzər bu şəxsiyyətlərin qədərləri də bir-birinə bənzərdir. H. Cavid inandığı dəyərləri tərənnüm etdiyi üçün həbs olunur, vətənindən, millətindən uzaqlaşdırılar və qürbətdə ömrünü 
başa vurur. Mehmət Akif Ersoy və Hüseyn Cavid Türkiyə və Azərbaycanda əhəmiyyətli təsirə malik şair və düşüncə sahibidir. Bu iki şəxsiyyət eyni dövrdə, lakin fərqli məkanda yaşamış olsalar da eyni duyğu və düşüncəyə sahib iki şəxsiyyətdir.. Bu şəxsiyyətlər iki ölkə arasında mədəni körpünün inkişafında böyük əhəmiyyətə sahibdirlər. Konfrans zamanı Qafqaz Universiteti və İstanbul Bağcılar bələdiyəsi arasında birgə əməkdaşlığa dair memorandum da imzalandı.Konfransda 11 fərqli ölkədən, 100-dən artıq elm və mədəniyyət xadimi iştirak edirdi. Konfransı təşkil edənlərə Qafqaz Universitetinin rektoru tərəfindən xatirə plaketi təqdim olundu.

Bəhruz


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır