Qafqaz Universitetində «Xalqlar» günü adlı tədbir təşkil olunub


Universitetin beynəlxalq münasibətlər ofisinin direktoru Saleh Akçay bildirib ki, belə bir tədbirin təşkilində başlıca məqsəd universitetdə təhsil alan xarici tələbələrin özlərini tənha hiss etməsinə yol verməməkdir. 

Universitetin rektoru Ahmet Saniç isə vurğulayıb ki, Qafqaz Universiteti Azərbaycandakı özəl universitetlər arasında ən öncül yerlərdən birini tutur. Məhz bunun nəticəsində xarici ölkələrdən bu təhsil ocağında təhsil almaq istəyən tələbələrin sayı durmadan artır. Hazırda Qafqaz Universitetində 17 ölkədən tələbələr təhsil alır. «Xalqlar günü» adlı tədbirdə həmin ölkələri təmsil edən tələbələr özlərinin milli mədəniyyətlərini, mətbəxlərini nümayiş etdirmək imkanı qazanırlar. Bundan əlavə, həmin tələbələr Azərbaycanın tarixi yerlərinə, o cümlədən, Quba məzarlığına aparılır. Məqsəd təhsillərini başa vurduqdan sonra onların ölkələrinə qayıdarkən Azərbaycan barədə dolğun məlumata malik olmasını təmin etməkdir.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri də iştirak edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır