Qafqaz Universitetinin təşkilatçılığı ilə II İqtisadi Forum keçirilib


Bakı. Könül Kamilqızı – APA. Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlar mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda II İqtisadi Forum keçirilib. Universitetin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, forumun açılışında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən konfransın işinə uğurlar arzulayıb. Tədbirdə bildirilib ki, bu ilki forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib.Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin, maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb. Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub.Forumun sonunda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tərəfindən iştirakçılara xatirə plaketi verilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF