Xaçmazda iqtisadi forum başlayır


Bu gün mayın 13-də Xaçmaz rayonunda Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlar Mərkəzinin təşkil etdiyi II İqtisadi forum öz işinə başlayıb.
Universitetin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, forumun açılışında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən konfransın işinə uğurlar arzulayıblar. Tədbirdə bildirilib ki, builki forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib.
Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. Burada əsasən, qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, muasir istehlak cəmiyyəti və onun müasir iqtisadi böhranların yaranmsında rolu, eləcə də müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilib.
İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb.
Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub. Burada milli-mənəvi dəyərlərin iqtisadi davranışlara təsiri, alternativ bankçılıq və ticarət əxlaqı kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF