30 Eylül 2013 Pazartesi

“İKT ili”ndə aparılan işlər çərçivəsində ali təhsil müəssisəsinin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb

“İKT ili”ndə aparılan işlər çərçivəsində ali təhsil müəssisəsinin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır.
Yeni tədris ilində “Suret Eyitim A.Ş” tərəfindən universitetin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb. Bu barədə məlumat verən universitetdən bildirilib ki, “ağıllı” lövhələr bir sıra üstünlüklərə malikdir: “Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır, dərsdən sonra istəyən tələbə həmin dərsin videoyazısını özünə götürə bilir”.“Ağıllı” lövhənin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəssis Onur Şahin tərəfindən seminar da keçirilib. Mütəxəssis qeyd edib ki, interaktiv lövhələr dərs prosesində interaktiv şəklə çevrilir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa, yeni lövhələrdən görüntülü istifadə etmək də mümkündür. İstənilən dərs vəsaitinin, proqramların elektron versiyası yüklənir və dərs prosesində istifadə olunur.
Qafqaz Universitetinin ingilis dili müəlliməsi Vüsalə Hüseynovanın sözlərinə görə, interaktiv lövhələrdən istifadə ilk növbədə vaxtdan daha səmərəli istifadə etməyə şərait yaradır: “Eyni zamanda dərslər daha maraqlı və rəngli olur. Xüsusən qrammatika dərslərində lövhənin rəng imkanlarından istifadə etmək tələbələrin dərsi yaxşı mənimsəməsini təmin edir”.
Qeyd edək ki, interaktiv lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter faylları qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir. İstifadəsi olduqca rahat olan elektron lövhənin digər müsbət cəhətlərinə gəlincə, o, animasiya imkanı yaradır, real vaxtda çəkilən şəkillərə baxmaq və mühazirələri yazmaq olur.
Bütün interaktiv elektron lövhədə yazılan fikirlər kompüterdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilər. Ümumiyyətlə, interaktiv texnologiyalar təhsildə, təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər fəaliyyət sahələrində öz tətbiqini tapır.

Kafkas-Selcuk işbirliği

Kafkas Selçuk işbirliği
Selçuk Üniversiteli iki rektör protokol imzaladı.Azerbaycan’daki Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel’i makamında ziyaret etti. Ziyarette iki üniversite arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi. Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç’in de Selçuk Üniversitesi’nden mezun olduğu öğrenildi.Protokol imza töreninde Selçuk Üniversitesi Rektör Yardımcısı Prof. Dr. Mehmet Musa Özcan ve Kafkas Üniversitesi Mütevelli Heyeti Başkanı Doç. Dr. Enver Özeren de hazır bulundu.
“SELÇUK DİPLOMASI BÜYÜK BİR ŞEREFTİR”
Kendisinin de Selçuk Üniversitesi’nden mezun olduğunu belirten Prof. Dr. Ahmet Saniç, “20 yıl sonra tekrar Konya’da olmaktan çok mutluyum. Selçuk Üniversitesi’nin diplomasını aldım ve asistanlığımı da yine burada tamamladım. Bu benim için büyük bir şereftir. Mezun olduğum üniversiteye gelip bu anlaşmayı yapmaktan da büyük bir onur duyuyorum.” dedi.
Azerbaycan-Türkiye’nin ilişkilerinin önemine değinen Prof. Dr. Saniç, “Sayın Haydar Aliyev’in de söylediği gibi Azerbaycan ve Türkiye bir millet iki devlettir. Biz aynı milletin insanlarıyız. Bu iki milletin bir arada tutulması ve beraber iş yapması çok önemli. Türkiye’den Azerbaycan’a ya da Azerbaycan’dan Türkiye’ye ne kadar çok öğrenci gelirse bu birliktelik o kadar artacaktır. Aynı zamanda Mevlana Değişim Programı Türkiye’nin de önünü açmıştır. Türk öğrencilerin Azerbaycan’da daha geniş iş olanaklarına sahip olacaklarına inanıyorum ve bu anlaşmanın da bu yüzden çok faydalı olacağını düşünüyorum. ”dedi.
“35 YILLIK DOSTLUĞUN PROJELERLE DEVAM ETMESİNDEN MEMNUNUM”
İki üniversite arasındaki ilişkilerin daha iyi seviyelere geleceğine inandığını söyleyen Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel ise, “Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç’i burada görmekten çok memnunum. Kendisiyle zaten 35 yıllık bir dostluğumuz var. Aramızdaki dostluğun iki üniversitenin arasında imzalanan bu güzel projelerle devam etmesinden ayrı bir memnuniyet duyuyorum. Kendileriyle aramızda daha önceden imzalamış olduğumuz anlaşmanın devamını Mevlana Değişim Programı ile daha da geliştireceğiz. İki üniversite arasındaki ilişkilerin öğrenciler ve akademisyenler seviyesinde de en iyi şekilde devam etmesini dilerim” dedi.

Kafkas ve Selçuk Üniversitesi arasında değişim imzalandı

 

KONYA- Selçuk Üniversitesi ve Azerbaycan'daki Kafkas Üniversitesi arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi. Azerbaycan'daki Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel'i makamında ziyaret etti. Ziyarette iki üniversite arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi.Protokol imza töreninde Selçuk Üniversitesi Rektör Yardımcısı Prof. Dr. Mehmet Musa Özcan ve Kafkas Üniversitesi Mütevelli Heyeti Başkanı Doç. Dr. Enver Özeren de hazır bulundu.Kendisinin de Selçuk Üniversitesi'nden mezun olduğunu belirten Prof. Dr. Ahmet Saniç, "20 yıl sonra tekrar Konya'da olmaktan çok mutluyum. Selçuk Üniversitesi'nin diplomasını aldım ve asistanlığımı da yine burada tamamladım. Bu benim için büyük bir şereftir. Mezun olduğum üniversiteye gelip bu anlaşmayı yapmaktan da büyük bir onur duyuyorum." dedi.Azerbaycan ve Türkiye'nin ilişkilerinin köklü olduğuna dikkat çeken Prof. Dr. Saniç, "Sayın Haydar Aliyev'in de söylediği gibi Azerbaycan ve Türkiye bir millet iki devlettir. Biz aynı milletin insanlarıyız. Bu iki milletin bir arada tutulması ve beraber iş yapması çok önemli. Türkiye'den Azerbaycan'a ya da Azerbaycan'dan Türkiye'ye ne kadar çok öğrenci gelirse bu birliktelik o kadar artacaktır. Aynı zamanda Mevlana Değişim Programı Türkiye'nin de önünü açmıştır. Türk öğrencilerin Azerbaycan'da daha geniş iş olanaklarına sahip olacaklarına inanıyorum ve bu anlaşmanın da bu yüzden çok faydalı olacağını düşünüyorum. "dediİki üniversite arasındaki ilişkilerin daha iyi seviyelere geleceğine inandığını söyleyen Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel ise, "Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç'i burada görmekten çok memnunum. Kendisiyle zaten 35 yıllık bir dostluğumuz var. Aramızdaki dostluğun iki üniversitenin arasında imzalanan bu güzel projelerle devam etmesinden ayrı bir memnuniyet duyuyorum. Kendileriyle aramızda daha önceden imzalamış olduğumuz anlaşmanın devamını Mevlana Değişim Programı ile daha da geliştireceğiz. İki üniversite arasındaki ilişkilerin öğrenciler ve akademisyenler seviyesinde de en iyi şekilde devam etmesini dilerim." dedi (İlyas Yavuz - İLKHA)


27 Eylül 2013 Cuma

Türkiyənin gömrük və ticarət naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur


Bakı, 25 sentyabr (AzərTAc). Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) 21-ci konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin prorektoru Cihan Bulut təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayan Fatih Metin, eyni zamanda, müasir dünyada təhsilin mühüm rolundan danışmışdır. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iştirak etmişdir. Sonra qonaqlar universitetin tədris şəraiti ilə tanış olmuşlar.

Qafqaz Universiteti iş dünyası ilə əlaqələr şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında olmuşlar


Bakı, 23 sentyabr (AzərTAc). Qafqaz Universiteti iş dünyası ilə əlaqələr şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında olmuşlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə Gilan Tekstil Parkı barədə məlumat verilmişdir.
Sonra nümayəndələr Gilan Tekstil Parkı ilə tanış olmuşlar.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır







Təhsil naziri: “Biznes dünyası peşə təhsilinə dəstək verməlidir”

















Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Hyatt Regency” otelinin “Quba” zalında işgüzar görüş keçirilib.
 

Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirib. Nazir qeyd edib ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir: “İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür”. Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunub, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirib. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış edib. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini söyləyib. Təhsil naziri deyib ki, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanılıb: “Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır. Biznes qurumları ilə əməkdaşlığa cəlb olunan insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir. /Rəcəb Rza
 http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=52129

Qafqaz universitetinin komandası Meksikada Ölkəmizi təmsil edəcək

27 September, 2013,
Gənclər və İdman Nazirliyinin dəstəyi ENACTUS  Azərbaycan şırkətinin təşkilatcılığı ilə Qafqaz Universitetinin komandası Meksikanın Kankun şəhərində keçiriləcək yarışmada Ölkəmizi təmsil edəcək. 

37 ölkənin iştirak edəcəyi yarışmaya  29 sentyabrda iştirakcı ölkələrin mədəniyyət günlərinin keçirilməsi ilə start veriləcək.sentyabrın son günü və oktyabr ayının ilk günü layihə yarışması keçiriləcək.

     Komandamız yarışmaya  “Əl-ələ”, ”Lokal düşün qlobal hərəkət et” və ”Yaşıl şəhərcikdən yaşıl Bakıya” adlı üç layihə ilə qatılacaq. Qafqaz universitetində bu layihələrin təqdimetmə mərasimi keçirilib. Holdinq və şirkətlərin nümayəndələrinin  elm adamlarının və tələbələrin qatıldığı mərasimdə komandamıza uğurlar arzulayiblar.

Qafqaz universitetindən daha bir yenilik


Ölkəmizdə  bu ilin  İKT ili elan olunması bu sahəyə olan diqqəti dahada artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır. 

 

Yeni tədris ilində Suret Eyitim A.Ş tərəfindən universitetin 50 dərs otağına “Ağıllı lövhə” quraşdırılıb. Köhnə yazı lövhələrini əvəzləyən ağıllı lövhələrin üstünlüklərini saymaqla bitmir.Lövhənin yaddaşına kitablar, videolar  və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır dərsdən sonra istəyən tələbə həmin dərsin video yazısını özünə götürə bilir.

“Ağıllı lövhə”nin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəsis Onur Şahin tərəfindən seminar verilib.Mütəxəsis qeyd edibki interaktiv lövhələr dərs prosesinidə interaktiv şəklə çevirir. Əvvəl  lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa yeni lövhələrdən  görüntülüdə istifadə etmək olur.İstənilən dərs vəsaitinin,proqramların elektron versiyası yuklənir və dərs prosesində istifadə olunur.
Qafqaz universitetinin ingilis dili  müəlliməsi Vüsalə Hüseynova – İnteraktiv lövhələrdən istifadə ilk növbədə vaxtdan daha səmərəli istifadə etməyə şərait yaradır.Eyni zamanda dərslər daha maraqlı və rəngli olur.Xüsusən qramatika dərslərində lövhənin rəng imkanlarından istifadə etmək  tələbələrin dərsi yaxşı mənimsəməsini təmin edir.
Qafqaz universitetinin 1-ci kurs tələbəsi Rəşad Yunusov –Əvvəllər belə bir lövhənin olmasını eşitmişdim.Burada əyani gördüm.Nəinki ağıllı lövə ümumiyyətlə universitetdə təhsil almaq üçün hər şərait yaradılıb.
Qafqaz universitetinin tələbəsi Kəmalə Dadaşova –Əvvəllər bu lövhə haqda məlumatım olmayıb. Qafqaz universitetinin tələbəsi oldum və burada gördüm.  Lövhədən istifadə dərs prosesimizi sürətli və maraqlı edir. Video çarxlar izləyirik.Musiqilər dinləyirik.Bir sözlə mükəmməldir.

http://www.qu.edu.az/az/news/Qafqaz-universitetind%C9%99n-daha-bir-yenilik-3832.html

Qafqaz Universitetində Türkiyəli yazıçı ilə görüş keçirilib

27 September, 2013,
   Sentyabr ayının 23-də Qafqaz Universitetində Pedaqogika Fakültəsi Dil və Ədəbiyyat müəllimliyi kafedrasının tələbələri Türkiyəli yazıçı Ömər Sevinçgül ilə görüş keçirib. Bu görüşdə həmçinin Avrasiya Yazıçılar Birliyinin sədri, "Qardaş qələmlər" dərgisinin redaktoru Doç.Yakup Öməroğlu və Timaş nəşriyyatının editoru Cüneyt Dalqakıran da iştirak ediblər.Tədbirin açılışında Ömər Sevinçgülün tərcümeyi-halı oxunaraq onun haqqında tələbələrə məlumat verildi. Gənçlərin yazıçısı kimi tanınan Ömər  Sevinçgül tələbələrlə söhbət edərək onları maraqlandıran suallara cavab verib. Digər qonaqlar da çıxış edərək tələbələrin suallarını cavablandırdılar. Bu tədbirdə yazıçı Ömər Sevinçgüllə tələbələr arasında maraqlı dialoq yaşanıb. Tədbirin sonunda qonaqlara Fakültə dekanı tərəfindən universitetimizdən xatirə olaraq təşəkkürnamə verilib. 

Qafqaz univeristetində olmaqdan qürur duyuram

25 September, 2013,    Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyyəti və Türkiyə cümhuriyyətinin Azərbaycandakı səfiri  Alper  Coşqun Qafqaz universitetində olublar. Qonaqları qarşılayan universitetin prorektoru Cihan Bulud təhsil ocağı haqda geniş məlumat verib,tədrislə bağlı sualları cavablandırıb.Universitetin maddi texniki bazası və dərs prosesi ilə tanış olan nümayəndə heyyəti yaradılmış şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.Sonda qonaqlar universitetə plaket hədiyyə edib və xatirə şəkli çəkdiriblər.
     Fatih Metin (Türkiyənin gömrük və ticarət nazirinin müavini )– Qafqaz universitetinin ziyarətimdən məmnun qaldım.Azərbaycan gəncliyinin gözlərindəki parıltl və sevinc ifadələri Türkiyə Azərbaycan qardaşlığının bir ifadəsi kimi qəbul edirəm.Əsrimizin Modern təhsil sisteminin bütün yönlərini əhatə edən   təhsil müəsisəsinin qurulmasında əməyi keçən hər kəsə təşəkkür edirəm.

25 Eylül 2013 Çarşamba

Qafqaz Universitetinin Rektoru İTU Texnoparkında



 


Məktəb şagirdləri arasında robort hazırlama olimpiadası keçiriləcək


Qafqaz Universitetinin İKT elmi tədqiqat mərkəzi Azərbaycanda texnologiyalara həvəsi olan orta məktəb şagirdləri arasında robot hazırlama olimpiadası təşkil edəcək. Mərkəzin rəhbəri Xəyyam Məsiyev olimpiadanı keçirməkdə məqsədin istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması olduğunu deyib.

Mini knowledge competition at the translation dept


Share on tw

Mini knowledge competition at the translation dept
There has been held mini knowledge competition among translation dept students at the Reading and writing-1 subject conducted by Polad Poladov. In the competition seslisozluk.com web page has extensively been used. Students' word count has been checked during the game as it is vital for improving reading and writing skills. Some students have very much been distinguished

24 Eylül 2013 Salı

Türkiyəli mütəxəssislər Qafqaz Universitetində olmuşlar


AA
Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti və Atatürk Universitetinin pedaqogika fakültələrinin mütəxəssisləri Qafqaz Universitetində olmuşlar.

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, qonaqlar bu ali məktəbdə müvafiq sahələr üzrə araşdırmalar aparmış, tələbələrlə görüşmüşlər.

Sonra Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ilə türkiyəli mütəxəssislər arasında təhsillə bağlı fikir mübadiləsi olmuşdur.
Mənbə: azertag.com 

Fizika İnstitunun professoru Universitetimizə gözəl təklif etdi.



Bu gün Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr Şöbəsi Fizika İnstitunun Professoru Emil bəy və onun köməkçisi Rüfət bəyi qəbul etdi. Şöbəmizin təşkil etdiyi görüşdə Prof. Emil bəy Fizika müəllimliyi və Kimya Mühəndisliyində oxuyan tələbələrimizə gözəl təkliflər etdi. Belə ki, qonaqlarımız Almaniya , Yaponiya və İngiltərədən gətirilən yeni texnalogiyalarından istifadə etmək üçün bizim tələbələrin orada təcrübə keçmələri və işlə təmin olunmalarına daima hazır olduqlarını qeyd etdilər. Hörmətli Prorektorumuz Prof. Dr. Niftalı Qocayevində iştirak etdiyi görüşdə bütün bu təkliflərin rektor bəylə görüşülüb  müqavilə bağlanılması təklifi olundu. Sonda Şöbəmiz qonaqları Universitetimizin dərs şəraitiylə yaxından tanış etdi və xatirə şəkili çəkdirdi.
KPM: İlkin Məcidov

23 Eylül 2013 Pazartesi

Qafqaz Universitetinin əməkdaşı Tallin universitetində təcrübə proqramında iştirak edir


Qafqaz Universitetinin əməkdaşı Sahib Kazımov Avropa İttifaqının Erasmus Mundus layihəsi çərçivəsində ALRAKİS II proqramı vasitəsilə Estoniya Respublikası, Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə mübadiləsi keçmək hüququnu qazanmışdır. 01-30 sentyabr 2013-cü il tarixləri arasında reallaşan təcrübə mübadiləsi zamanı ona Tallinn Universitetinin dünya səviyyəsində tanınmış professorlarından biri olan Prof. Sirje Virkus rəhbərlik edəcəkdir.
İştirakçılara Avropa Birliyinə üzv ölkələrin ən qabaqcıl universitet və tədqiqat mərkəzlərində tədqiqat aparmaq imkanı yaradan bu proqram çərçivəsində əməkdaşımız informasiya cəmiyyətinin inkişaf problemləri, elektron dövlət quruculuğu, regionlar arasındakı rəqəmsal fərqlərin qiymətləndirilməsi və s. kimi məsələlər üzrə tədqiqat aparacaqdır. Eləcə də, Qafqaz Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Tallin Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılır. Avropa təcübəsinin ölkəmizə gətirilməsi və müvafiq olaraq İKT ilini qeyd etdiyimiz Azərbaycanda dinamik inkişaf edən informasiya cəmiyyəti, elektron dövlət quruculuğu sahəsində qazanılmış təcrübənin Avropada aşılanması nöqteyi nəzərindən bu təcrübə mübadiləsinin çox əhəmiyyətli olacağına inanır əməkdaşımıza işlərində müvəffəqiyyətlər arzulayırıq. 
Xatırladaq ki, “ALRAKIS II” Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi çərçivəsində Cənubi Qafqaz və Ukraynadan akademik təcrübə mübadiləsinin həyata keçirilməsi üçün maliyyələşdirilən ikinci proqramdır. Qafqaz Universiteti də bu proqramın Azərbaycandan olan tərəfdaş universitetlərindən biridir. Ümumilikdə “ALRAKIS II” proqramı 2012-ci ilin 15 iyulundan 2016-cı ilin 14 iyul tarixinədək davam edəcəkdir. 
Proqram haqqında əlavə məlumat almaq istəyənlər bu keçiddən istifadə edə bilərlər:    http://www.alrakis2.eu/index.asp     

   



Qafqaz Universiteti ilə Qafqaz Leasing şirkəti arasındakı mövcuq əlaqələr inkişaf edir.


Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr Şöbəsi Karyera Planlama Mərkəzi "Qafqaz Leasing" - in Biznes İnkişaf Şöbəsinin Müdiri və Biznes Lizing Şöbəsi Müdir Müavinini qəbul etdi. Görüş zamanı şirkət nümayəndələri uzun müddətdən bəri davam edən əməkdaşlığımızın dahada inkişaf etdirilməsi üçün tələbələrimizlə bir daha görüşmək arzusunda olduqlarını bildirdilər.Bir neçə məzunumuzun həmin şirkətdə yüksək vəziyfələrdə işləməsi və işlərinin öhdəsindən laiqincə gəldiklərini bildirən qonaqlarımız  Qafqaz Universitetinin tələbələrinə həmişə önəm verdiklərini vurğuladılar.Bunun bəhrəsi olaraq sonda şirkət rəhbərləri bizə öz vakansiyalarını təqdim etdi və hər zaman məzunlarımızla işləmələrindən məmnun qaldıqlarını bildirdilər.

KPM İlkin Məcidov

Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr Şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında qonaq oldu.


Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr Şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında iş görüşməsində oldu. Karyera Planlama Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətlə tanış olduqdan sonra bizə  mövcud vakansiyalar haqqında ümumi məlumat verildi. Yeni qurulmuş şirkətdə bizim məzunlarımızında işləmələrindən məmnun olduqlarını bildirən İnsan Resursları Şöbəsi Müdiri Rəna xanım Universitetimizlə əlaqələrin daha da, möhkəmlənməsində maraqlı olduqlarını qeyd etdi. Daimi İnkişaf Mərkəzinin verdiyi kurslarla yaxından tanış olan şirkət nümayəndəsi sonda görüşdən məmnun qaldıqlarını vurğuladı .

KPM İlkin Məcidov

Hyundai Auto Azerbaijan-nin nümayəndələri Qafqaz Universitetinin qonağı oldu.


Hyundai Auto Azerbaijan-nin nümayəndələri universitetimizin qonağı oldu.Qafqaz Universiteti Karyera Planlama Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətlər arasında mövcud əlaqələrin daha da,

möhkəmlənməsindən danışılıb.Şirkət nünayəndələri mövcud vakansiyalar haqqında bizə məlumat verdikdən sonra Daimi İnkişaf Mərkəzi təlimçilərimiz tərəfindən verilən kurslar barəsində şirkət nümayəndələrinə məlumat verdi.Sonda Şirkət nümayəndələri Universitetimizlə daha yaxından tanış edildi.

17 Eylül 2013 Salı

Qafqaz Universitetində Bilik Günü


Qafqaz Universitetində 16 sentyabr  Bilik Günü münasibətilə 2013-2014 tədris ilinin açılış proqramı keçirilib. Tədbirdə Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri cənab Ənvər Özərən bəy, millət vəkili Ziyad Səmədzadə, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər. Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla, ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib.

Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Ahmet Saniç vurğulayıb ki, 2013-2014 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 6 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb. Ən yüksək nəticə göstərmiş tələbələr arasında təhsillərini Qafqaz Universitetində davam etdirmək istəyənlər də var:  “Bizim üçün sevindirici haldır ki, onlardan biri Sumqayıt Texniki və Təbiət elmləri təmayüllü liseyinin məzunu Flora Qafarova və  Bakı şəhəri 277 saylı məktəbin məzunu 2 qrup Respublika Birincisi Kənan Səfərli Universitetimizi seçmişdir”.  Rektor Qafqaz Universitetinin fəaliyyəti barədə də danışaraq vurğulayıb ki, bu işdə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri var. Məhz təhsil ocağı onun xeyir-duası ilə fəaliyyətə başlayıb. A.Saniç Azərbaycanın mövcud təhsil siyasətinə də toxunaraq prezident İlham Əliyevin bu sahəyə böyük diqqət ayırdığını, Azərbaycan təhsilinin sürətlə inkişaf etdiyini də söyləyib. Daha sonra bildirib ki, bu il  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirmiş olduğu qəbul imtahanında  600-dən  yuxarı bal toplayan 185 tələbə, həmçinin 19 prezident təqaüdçüsü Qafqaz Universitetində təhsil alacaqlar.

Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədri Dr.Ənvər Özərən çıxış edərək Türkiyə və Azərbaycan arasında təhsil sahəsində yüksək əməkdaşlığın mövcud olduğunu dedi. Onun sözlərinə görə, bu əməkdaşlığın əsasının qoyulması və daha da inkişaf etdirilməsi təbii ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək, tələbələri və onların valideynlərini, müəllimləri yeni tədris ilinin başlanması münasibətilə  təbrik edərək, yeni-yeni uğurlar arzuladı. Ona universitetin fəxri plaketi təqdim edildi. 

Daha sonra səhnəyə bu il keçirilən qəbul imtahanlarında uğurla iştirak edən 52 tələbəyə universitet tərəfindən Notebook və digər qiymətli hədiyyələr təqdim edildi. Tələbələrin iştirakı ilə konsert proqramı təqdim edildi.
S.Qarayeva

Qafqaz Universitetində Bilik Günü qeyd edildi


Qafqaz Universitetində Bilik Günü qeyd edildi

Qafqaz Universitetində 16 sentyabr Bilik Günü münasibətilə 2013-2014 tədris ilinin açılış proqramı keçirilib. Tədbirdə Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri cənab Ənvər Özərən bəy, millət vəkili Ziyad Səmədzadə, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər. Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla, ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib. 

Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Ahmet Saniç vurğulayıb ki, 2013-2014 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 6 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb. Ən yüksək nəticə göstərmiş tələbələr arasında təhsillərini Qafqaz Universitetində davam etdirmək istəyənlər də var: “Bizim üçün sevindirici haldır ki, onlardan biri Sumqayıt Texniki və Təbiət elmləri təmayüllü liseyinin məzunu Flora Qafarova və Bakı şəhəri 277 saylı məktəbin məzunu 2 qrup Respublika Birincisi Kənan Səfərli Universitetimizi seçmişdir”. Rektor Qafqaz Universitetinin fəaliyyəti barədə də danışaraq vurğulayıb ki, bu işdə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri var. Məhz təhsil ocağı onun xeyir-duası ilə fəaliyyətə başlayıb. A.Saniç Azərbaycanın mövcud təhsil siyasətinə də toxunaraq prezident İlham Əliyevin bu sahəyə böyük diqqət ayırdığını, Azərbaycan təhsilinin sürətlə inkişaf etdiyini də söyləyib. Daha sonra bildirib ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirmiş olduğu qəbul imtahanında 600-dən yuxarı bal toplayan 185 tələbə, həmçinin 19 prezident təqaüdçüsü Qafqaz Universitetində təhsil alacaqlar. 

Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədri Dr.Ənvər Özərən çıxış edərək Türkiyə və Azərbaycan arasında təhsil sahəsində yüksək əməkdaşlığın mövcud olduğunu dedi. Onun sözlərinə görə, bu əməkdaşlığın əsasının qoyulması və daha da inkişaf etdirilməsi təbii ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək, tələbələri və onların valideynlərini, müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, yeni-yeni uğurlar arzuladı. Ona universitetin fəxri plaketi təqdim edildi. 

Daha sonra səhnəyə bu il keçirilən qəbul imtahanlarında uğurla iştirak edən 52 tələbəyə universitet tərəfindən Notebook və digər qiymətli hədiyyələr təqdim edildi. Tələbələrin iştirakı ilə konsert proqramı təqdim edildi. 

Bəhruz
http://www.hafta-ichi.az/news.php?id=100330

13 Eylül 2013 Cuma

YAP-ın Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib

Bakı. Rami Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq gənclərin bu sahəyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın bu sahə ilə bağlı fəaliyyəti və strategiyası haqda danışıb. O deyib ki, dövlətin bu sahədəki islahatları və yenilikləri gənclərin yeni iş yeri ilə təmin olunmasına şərait yaradacaq. İ. Məmmədov xatırladıb ki, hazırda Azərbaycan öz peyki olan azsaylı ölkələrdən biridir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ən ucqar kəndlərimizdə belə yüksək meqabitlik internet şəbəkəsi formalaşdırılacaq. Azərbaycanda şəhərlə kənd arasında bu istiqamətdə uçurumun olmaması üçün ciddi addımlar atılır. Bütün bölgələr optik kabellərlə təchiz olunub. Bu, regionların inkişafına dəstək xarakteri daşıyır”.Bakı Ali Neft Məktəbin rektoru Elmar Qasımov Azərbaycanın inkişafında yeni fəaliyyətə başlayan ali məktəblərin roluna toxunub. Onun sözlərinə görə, bununla da prezident İlham Əliyev ölkə təhsilinin yeni simasını formalaşdırır. E. Qasımov qeyd edib ki, onun təmsil etdiyi ali məktəbdə də təhsilin səviyyəsinin qaldırılması üçün müasir maddi-texniki baza yarıdılmaqdadır. Azərbaycanda sənayenin inkişafının yerli mütəxəssislərə ehtiyacı artırdığını söyləyən rektor tövsiyə edib ki, gənclər mühəndislik peşəsinə daha çox maraq göstərməlidir.Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Azərbaycan ali məktəblərində təhsil sisteminin inkişafı və gənclərin tədrisə marağının artırılması üçün görülən işlərdən danışıb.Sonda YAP Gənclər Birliyi adından yüksək balla ali məktəblərə daxil olan tələbələrə hədiyyələr verilib.
: http://m.apa.az/?c=show&id=313360&l=az

12 Eylül 2013 Perşembe

Hansı Azərbaycan universiteti dünya reytinqinə düşdü?


Onların arasında ikisi özəl universitetlərdir.
ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu  (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.
Oxu.Az Azadlıq Radiosuna istinadən xəbər verir ki bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.
İlk onluqda Britaniyanın 4 məktəbi var.  Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.
Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.
İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.
Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb. 
Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib.
Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir.
İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.

Dünya miqyaslı siyahıda - 3 Azərbaycan universiteti

Share on faceboShare on twitterABŞ-dakı Massaçusets Texnologiya İnstitutu  (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.
Bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.İlk onluqda Britaniyanın 4 məktəbi var.  Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.

Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.

 Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib.

Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir. İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.

http://www.xezerxeber.com/XeberOxu.aspx?id=71143#.UjFv2tJHJFZ

11 Eylül 2013 Çarşamba

Qafqaz Universiteti QS reytinqində

Bu hefte  açklanan QS reytinkine göre Universitetimiz İstanbul Universiteti
ve Hazar Universiteti  ile birlikte 650-700 yerde yer almışdır.Bu sıralamada
Azerbaycandan yer alan 3.universitet BDU 701. yerdedir.

http://www.topuniversities.com/node/3286/ranking-details/world-university-rankings/2013

Eyni zamanda bu ay açıqlanan SSRN Top 1,600 Entrepreneurship Research &
Policy Network Organizations sıralanmasında 264. Yerde yer almışdır.

http://hq.ssrn.com/rankings/Ranking_display.cfm?RequestTimeout=5000&TMY_gID=2&TRN_gID=27&runid=40868

9 Eylül 2013 Pazartesi

Qafqaz Universiteti Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır


Bakı, 5 sentyabr (AzərTAc). Qafqaz Universiteti 2013-cü ildə növbəti Erasmus Mundus layihəsi seçimlərində Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır.

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, layihənin əlaqələndiricisi Estoniyanın Tallinn Universitetidir. Layihədə 14 ölkədən 19 tərəfdaş universitet yer almaqdadır. HUMERIA layihəsi müvafiq universitetlər arasında əməkdaşlığın stimullaşdırılması, xüsusilə də Avropa İttifaqı və qonşu ölkələri arasında humanitar, təhsil, incəsənət, regional və beynəlxalq əlaqələr sahəsində təhsil müəssisələrinin tələbə və müəllimlərinin təhsil, təlim və təcrübə proqramlarını hədəfləməkdədir. HUMERIA layihəsi 2013-2016-cı illəri əhatə edəcəkdir.
Bundan əvvəl Erasmus Mundus ALRAKIS I, ALRAKIS II, BACKIS proqramları ilə Qafqaz Universitetindən 4 tələbə artıq təhsil almaqdadır. Universitetin akademik və administrativ heyətindən 3 nəfər də proqramlarda iştirak etmiş, 9 nəfər isə iştirak edəcəkdir.
Xatırladaq ki, Erasmus Mundus layihələri Avropa universitetləri ilə tərəfdaş ölkələrin universitetləri arasında tələbə və müəllim mübadiləsini artıran, bilik və təcrübələrin paylaşdırılmasını hədəfləyən layihələrdir.

Qafqaz Universitetinin tələbələri İstanbul Birjasında


Qafqaz Universiteti və İstanbul Birjasının tədris razılaşmasına əsasən, 4-5 Sentyabr tarixlərində Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin bir qrup tələbəsi  Borsa İstanbulda "Türkiyə Sərmayə Bazarları" adlı 2 günlük təlimdə iştirak etdilər. 4 Sentyabrda tələbələri qarşılayan Borsa İstanbulun İnsan resursları bölməsinin müdür müavini Dr. Taşkın Subaşı tələbələrimizə Birjanın təlim-təcürbə proqramları və universitet seminarları haqqında məlumat verdi. Daha sonra Təlim proqramı Birjanın müxtəlif sahələr üzrə mütəxəssisləri tərəfindən davam etdirildi. Birjanın xarici əlaqələr bölməsinin əməkdaşı Bengi Kadığolu Türk sərmayə bazarları və birjanın tarixi haqqında giriş məlumatlarını verdi. Kotirovkalar bölməsindən Yahya Sayman IPO-lar və birjada listinq haqqında praktik seminarla şirkətlərin birjaya necə daxil olması, birjada əməliyyat aparılma şərtləri və qaydalarını izah etdi. Təlimin 1-ci gününün son seminarını İnkişaf etməkdə olan bazarlar bölməsindən Filiz Seyman verdi.  "İnkişaf etməkdə olan bazar əməliyyatları" mövzusunda təqdimat edən Filiz xanım kiçik və orta sahibkarlıqların (KOS) hissə sənədləri bazarlarındakı fəaliyyətləri haqqında tələbələrimizə məlumat verdi və suallarını cavablandırdı. Birjanın 2-ci seansının sonunda tələbələrimiz birjanın əməliyyat salonunu gəzib, brokerlərin fəaliyyətlərinə tamaşa etdilər.

Təlimin 2-ci günü İndeks və Məlumatlar bölməsindən Fatih Saz tələbələrimizə Birja indeksləri, sərmayə artırımı və divident ödəmələrində qiymətin müəyyən edilməsi mövzularında seminar verdi. Təlim daha sonra Nəzarət və Təftiş Bölməsindən Erdoğan Acarın "Bazar nəzarəti" mövzulu seminarı ilə davam etdi. Təlimin son dərsi Törəmə Alətlər Bazarı bölməsindən Tüğçe Tokemin "törəmə alətlər bazarı və opsion əməliyyatları" mövzusu ilə yekinlaşdı. 2 günlük təlimin sonunda Borsa İstanbulun İnsan Resursları Bölməsinin müdürü Faik Köklü tələbələrimizlə görüşərək təlim haqqında təəssüratlarını dinlədi və Borsa İstanbul Qafqaz Universiteti əməkdaşlığından məmnun qaldığını qeyd etdi. Maliyyə bölməsinin müdürü Elçin Süleymanov təlimdən çox razı qaldıqlarını, əməkdaşlığın davam etməsini arzuladığını qeyd etdi. Seminarın sonunda Faik Köklü tələbələrimizə təlimdə iştirak etmələri haqqında sertifikat təqdim etdi.
2 günlük seminarda maliyyə ixtisasından Səbuhi Əbilhəsənli, Təmraz Rzayev, Səmra Talışinskaya, Aydan Cəfərli, Samir Abbasov və Orxan Əsgərli; dünya iqtisadiyyatı ixtisasından Sürəyya Hacızadə, Fidan Rzazadə, Nurlan Cəbrayılov, Vüqar Nəzərli, Təbriz Məmmədli, Nicat Həsənli, Amil Askerov və Xalis Məmmədov; biznesin idarəedilməsi ixtisasından Cəmilə Vəliyeva, Araz Novruzov və Sərxan Feziyev iştirak etdilər.

5 Eylül 2013 Perşembe

Qafqaz Universiteti Texnoparkının Türkiyədə təcrübə proqramı başa çatıb



Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatıb.
Universitetdən Trend-ə verilən məlumata görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib. Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olub.
Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin ən yaxşı iş fikirlərinin müəllifləridir.
Türkiyədə Texnopark Təcrübəsi Proqramı avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti Texnoparkı, İstanbul Texniki Universiteti Texnoparkı və Orta Doğu Texniki Universiteti Texnoparkında həyata keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı



Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTP) başa çatdı. Qafqaz Universitetinin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin sözlərinə görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib:

“Proqram 12-31 avqust tarixlərində Yıldız Teknik Universiteti (YTU) Texnoparkı, İstanbul Teknik Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında reallaşıb. Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilən proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi.

Proqramın iştirakçıları “QUTechnopark”ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir”.
R.Rzayev TTP iştirakçılarının Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış olduqlarını deyib:

“YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarından faydalanaraq, böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazandılar. İştirakçılar  təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTP iştirakçıları “QUTechnopark”ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq, “QUTechnopark” İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar. Yıldız Teknik Universiteti Texnoparkında YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirilib. Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət göstərən “CGM”, “FİNTEK”, “UYUMSOFT”, “YAZ BİLGİ”, “İPERA”, “TTO”, “NUKLEON”, “NEUTEC” və s. şirkətlərdə qrup və ya fərdi olaraq  şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı”.


İstanbul Teknik Universitetinin Texnoparkında isə 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçilib: “İştirakçılar İTU-nin zəngin laboratoriya şəraiti ilə tanış oldular. Orta Doğu Texniki Universiteti Texnoparkında İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirilib. Seminarda azərbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət nümayəndələri də iştirak edirdilər”.
 
Həqiqət İSABALAYEVA

Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır



Bakı, 3 sentyabr (AzərTAc). Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, sahibkarlığın inkişafına dəstək proqramlarından olan Türkiyədə texnopark təcrübəsi proqramı gənc təşəbbüskarların iştirakı ilə qardaş ölkədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilmişdir.
Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olmuşdur.
Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi yeni fikir müsabiqəsinin ən yaxşı iş ideyalarının müəllifləridir.
Türkiyədə texnopark təcrübəsi proqramı bu il avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universiteti texnoparklarında həyata keçirilmişdir. Bununla belə, Türkiyədə texnopark təcrübəsi proqramının iştirakçıları Fatih Universitetində də görüşlər keçirmiş, bu ali təhsil ocağının uğurları ilə tanış olmuşlar.
Türkiyədə texnopark təcrübəsi proqramının iştirakçıları müxtəlif şirkətlərdə təcrübə qazanmışlar. Onlar təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Koreyanın Arirang televiziyasının prezidenti Qafqaz Universitetini ziyarət etdi.


Sentyabrın 4-də Xəzər tv-nin sədri Hüseyin Dinləməzin təşkilatçılığı ilə  Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn və koreyada fəaliyyət göstərən Arirang televiziyasının prezidenti Jie-Ae Sohn  Qafqaz Universitetini   ziyarət etdilər. Rektor professor Ahmed Saniç Koreyanın Ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn salamladı və universiteti ziyarət etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi. Sonra söz cənab səfirə verildi. Səfir  Qafqaz Universitetinə gəlişindən çox məmnun olduğunu söylədi. Səfir daha sonra öz çıxışında Qafqaz  Universiteti barədə  çox eşitmişdim  ziyarət məndə  xoş izlər buraxdı. Onun üçün də növbəti dəfə yenə dəvət edilsəm  heç bir tərəddüt etmədən yenidən bu təhsil ocağına qonaq gələrəm dedi. Səfir çıxış nitqini başa çatdırdıqdan sonra müəllimlərin təhsillə əlaqəli  suallarına cavab verdi.  Sonra günun xatirəsinə şəkil çəkildi və gələn heyyətə rektor Ahmet Saniç tərəfindən  xatirə plaketi təqdim olundu.

                                                                                                     Qafqaz Universitetinin mətbuat xidməti.

4 Eylül 2013 Çarşamba

Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı.




Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatdı.  
Sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların (girişimçilərin) iştirakı ilə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirildi. Təcrübə Proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi.
Təcrübə Proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir.
Türkiyədə Texnopark Təcrübəsi proqramı 12-31 Avqust 2013 tarixinlərində Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında həyata keçirildi. Bununla belə, TTTP iştirakçıları Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış oldular. Fatih Universitetində TTTP iştirakçılarını həmin universitetin Mühəndislik Fakülətisinin dekanı professor Cevdet Meriç bey qarşıladı.
YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarında faydalanaraq böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazandılar.
TTTP iştirakçıalrı təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTTP iştirakçıları QUTechnopark-ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq QUTechnopark İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar.
QUTechnopark-ın təşkil etdiyi TTTP Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirildi.

Yıldız Texniki Universiteti (YTU) Texnoparkında
Təcrübə proqramının iştirakçıları YTU Texnoparkının rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılandı. Əvvəlcə, YTU Texnoparkının genel müdiri Dr. Mahmud Karaman proqram iştirakçıları ilə görüşərək, texnoparkın ümumi fəaliyyəti haqqında məlumat verdi. İş fikri profilinə uyğun firma müəyyənləşdirilməsindən sonra, texnoparkla ümumi tanışlıq gəzintisi təşkil edildi.
Proqramın ikinci günündə YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirildi. Seminar-təlim Proqram işçtirakçılarının xüsusi marağına səbəb oldu. Seminar-təlimdə Azərbaycanda və Türkiyədə təşəbbüskarlıq imkanları da müqayisəli təhlil edildi və gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlər haqqında müzakirələr aparıldı.
Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət gösətərən CGM, FİNTEK, UYUMSOFT, YAZ BİLGİ, İPERA, TTO, NUKLEON, NEUTEC və s. şirkətlərdə qrup və ya fərdi olaraq  şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı.

İstanbul Teknik Universitetinin (İTU) Texnoparkında
YTU Texnoparkından sonra, TTTP iştirakçıları İTU ARI Texnoparkında 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçdilər.
Proqramın birinci günündə İTU ARI Texnoparkı İş Gəlişdirmə üzrə direktoru Arzu Eryılmazın təqdimtaında “İTU ARI Texnoparkı və ARI Çekirdek” mövzusunda seminar keçirildi. Daha sonra isə İTU Texnoparkı ARI Çekirdek-də müşahidələr aparıldı. Müşahidələr zamanı Ön Kulucka və Kuluçka Mərkəzləri ilə tanışlıq maraqla qarşılandı. Ön Kuluçka Mərkəzində şirkətləşməkdə olan layihələr üzrəində iş aparılarkən, Kuluçka Mərkəzində isə artıq şirkətləşmiş layihələr üzrəində təcrübə mübadiləsi aparıldı.
TTTP iştirakçıları ARI Çekirdek Kuluçka Mərkəzində fəaliyyət göstərən ABIDOS, İMONA, BELLUM, BUNSAR, TVY DƏNIZCILIK şirkətlərinin qurucuları ilə tək-tək görüşərək təcrübə mübadiləsi apardılar.
TTTP iştirakçıları İTU-nin zəngin laboratoriya şəraiti ilə də yaxından tanış oldular.
İTU Texnoparkında təcrübə zamanı ABC Danışmanlıq Tanıtım və Eğitim Ltd. Şirkətinin qurucusu, tanınmış təlimçi Yekta Özözerin təqdimatında keçirilən “İNNOVASİYA” seminar xüsusi marağa səbəb oldu. Seminar gənc təşəbbüskarlar üçün çox faydalı oldu.

 Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında
İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirildi.
            TTTP iştirakçıları Ankarada,  əvvəlcə, ODTU Texnoparkında oldular. İlkin tanışlıqdan sonra ODTU texnoparkının vitse-prezidenti Dr. Ufuk Batumun təqdimatında seminarda iştirak etdilər.
Seminarda azəbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət nümayəndələri də iştirak edirdilər. Liviyadan gəlmiş nümayəndə heyəti ODTU texnoparkı ilə iş birliyi məqsədi ilə görüşlər keçiridilər. Görüş zamanı Liviya nümayəndə heyəti ilə ODTU arasında memorondum da imzalandı.
Təcrübə proqramının ikinci günü TTTP iştirakçıları ODTU-nin dəstəyi ilə Ankara Kalkınma Ajansı və KOSGEB Ankara Ostim İşlətmə Gəliştirmə Mərkəzlərində görüşlər keçirdilər.
ODTU texnoparkında müxtəlif şirkətlərdə təcrübə mübadiləsi aparan TTTP iştirakçıları, həmçinin  Kazım Yalçınoğlu, Hürsel Kendir və Emek Kepenek kimi təcrübəli mütəxəssislərdən təlimlər də aldılar.  

TTTP iştirakçıları İstanbul və Ankaranın görməli yerlərində
Təcrübə Proqramının iştirakçıları boş vaxtlarında İstanbul və Ankaranın tükənməz turizm potensialındam fayadlandılar.

Türkiyədə Texnopark Təcrübəsi Proqramının iştirakçıları

Adı ve Soyadı
Təhsil aldığı Universitet
Layihə  adı
Layihənin profili
  1. 1.        
İsa Qasımov (QUTechnopark-ın müdiri)
Təcrübə ProqramınınRəhbəri


  1.  
Bəşirzadə Nəcməddin


Qafqaz Universiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Kənan Şıxəliyev

Qafqaz  Universiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Nazim Nağızadə

QafqazUniversiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Farahim Alili
Az.Texniki Univer
İvanna
Mobile web-app
  1.  
Nərmin Ismayılova

Bakı Dövlət Universit
İvanna
Mobile web-app
  1.  
Nadir Hajiyev

Qafqaz Universiteti
İvanna
Mobile web-app
  1.  
Sama Belyani
Qafqaz Universiteti
Hyper buyer
e-satış
  1.  
Sina Belyani

Qafqaz Universiteti
Hyper buyer
e-satış
  1.  
HamedMohammadpour
Bakı Dövlət Universit
Hyper buyer
e-satış
  1.  
Tofiq Hidayətzadə


Xezri
elektromobil
  1.  
Məhəmməd Əliyev

T.C.İstanbulUniversiteti
Callidus
biletlerin e-satışı
  1.  
Balaşirin Əhmədov


Az.Döv.İqtisadUniversi

Robotteknikler
manyetik motor
  1.  
Nərmin Əliyeva
Qafqaz Universiteti
Azshop
e-satış malzemeleri)