Tempus ENERGY layihəsi üzrə 3-cü menecment və Workshop 2-3 görüşləri Rumıniyanın "Dunarea de Jos" Qalati Universitetində keçirildi.


Tempus ENERGY layihəsi üzrə 3-cü menecment və Workshop 2-3 görüşləri Rumıniyanın "Dunarea de Jos" Qalati Universitetində keçirildi.
25-26 sentyabr 2013-cü il tarixlərində Tempus ENERGY layihəsinin növbəti, 3-cü menecment və Workshop 2-3 görüşləri Rumıniyanın "Dunarea de Jos" Qalati Universitetinin Mexanika mühəndisliyi fakültəsində keçirilmişdir.Görüşün ilk günündə layihənin inkişaf mərhələləri, nəzərdə tutulmuş metodik vəsaitlərin hazırlanma mərhələləri, layihə üzrə təqdim olunmuş və olunacaq hesabatlar haqqında təqdimat verilmiş və müzakirələr aparılmış, layihənin loqosu seçilmişdir.Görüşüm müddətində "Dunarea de Jos" Qalati Universitetin əməkdaşı layihə üzrə nəzərdə tutulan “İstilik nasosları” və Riqa Texniki Universitetinin əməkdaşı tərəfindən isə “Enerjiyə qənaət texnologiyaları” metodik vəsaitlərinin təqdimatları keçirilmişdir. Təqdimatlardan sonra görüş iştirakçıları tərfindən metodik vəsaitlər müzakirə edilmişdir.Müzakirələrdən sonra görüş iştirakçılar "Dunarea de Jos" Qalati Universitetinin Mexanika mühəndisliyi fakültəsinin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış oldular.Görüş çərçivəsində həmçinin Qaqfaz Universiteti "Dunarea de Jos" Qalati Universiteti (Ruminiya) və Priştina Kosovska Mitrovica Universiteti (Serbiya) ilə iki tətfli memorandum imzalamışdırlar. Layihənin digər tərəfdaşları ilə də memorandumların imzalnması nəzərdə tutulmaqdadır.2012-ci ilin oktyabr ayından etibarən fəaliyyətə başlayan Tempus ENERGY (Development of Training Network for Improving Education in Energy Efficiency (ENERGY) layihəsi 2012-2015-ci illəri əhatə etməkdədir. Layihənin koordinatoru Riqa Texniki Universitetidir (Latviya). Layihənin məqsədi enerji səmərəliliyinin artırılması və yenilənəbilən enerji resursları sahəsində ali təhsil müəssisələrində tədris proqramının inkişaf etdirilməsidir. Bu sahədə tədris proqramlarının və metodik vəsaitlərin hazırlanması, istifadə olunacaq digər ədəbiyyatların müəyyən edilməsi, kitabxana imkanları və e-portalın, laboratoriya işlərində təcrübələrin aparılması üçün ali təhsil müəssisələrinin (Avropa İttifaqına daxil olmayan tərəfdaşlar) lazımi avadanlıqıarla təsis edilməsi, tədris proqramında iştirak edəcək akademik heyətə təlimlərin keçirilməsi, layihənin qabaqcıl məqsədlərindəndir.
Layihədə tərəfdaş universitetlər aşağıdakılardı:
Riqa Texniki Universiteti / Latviya
Qafqaz Universiteti / Azərbaycan
Xəzər Universiteti / AZərbaycan
Azərbaycan Milli Aviasiya Akademiyası / Azərbaycan
Tallin Texnologiya Universiteti / Estoniya
Vilnus Universiteti / Litva
Lublin Texnologiya Universiteti / Polşa
Koszalin Texnologiya Universiteti / Polşa
Bruges-Ostend Katolik Universiteti / Belçika
"Dunarea de Jos" Galati Universiteti / Rumıniya
Belarusiya Dövlət Universiteti / Belarusiya
Belarusiya Milli Texniki Universiteti / Belarusiya
Belarusiya Dövlət Aqrar Texniki Universiteti / Belarusiya
Priştina Kosovska Mitrovica Universiteti / Sebiya
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF