İqtisadiyyat və Beynəlxalq münasibətlər üzrə təhsil alanlar üçün Beynəlxalq konfrans


QLOBALLAŞMA PROSESİNDƏ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA
IV BEYNƏLXALQ KONGRES
2-4 May 2014
2-4 May 2014-cü ildə dördüncüsü keçiriləcək “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresində xüsusilə regionun iqtisadi və beynəlxalq əlaqələri müzakirə olunacaq.
Konqresin məqsədi qlobal dünya şərtlərində ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya cəmiyyətlərinin müxtəlif universitet, akademiya və institutlarında faəliyyət göstərən elm adamlarını bir araya gətirmək, bu sayədə yaşadıqları cəmiyyətin və ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunun mövcud şərtlərini, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflər irəli sürülməsini təmin etməkdir.
Konqresdə iştirak etmək arzusunda olanlar, regionun muasir problemlərini həll etməyə yönəlmiş, nəzəri və metodoloji baxımdan müstəqil elmi məqalənin xülasəsi ən gec olaraq 15 Yanvar 2014-cu ilə qədər konqres katibliyinə electron poçt vasitəsilə göndərilməlidir. Iqtisadiyyatla əlaqədar tezislərcongress_economy2014@qu.edu.az, beynəlxalq münasibətlərlə əlaqədar tezislər congress_ir2014@qu.edu.azadresinə Word formatında göndərilməlidir.Daha sonrakı qiymətləndirmədə yazıları qəbul edilmiş araşdırmacılardan məqalələrinin tam mətni istəniləcəkdir.
Konqresə İqtisadiyyat bölməsi ilə bağlı təqdim olunacaq tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində, beynəlxalq münasibətlər bölməsi ilə bağlı tezislər isə sadəcə ingilis dilində olmalıdır.

KONGRES MÖVZULARI
A. İQTİSADİYYAT BÖLMƏSİ MÖVZULARI:
A1. Maliyyə qloballaşması, sərmayə hərəkətləri, iqtisadi böhranlar və bunların Qafqaz və Mərkəzi Asiyaya təsirləri
A2. Qafqaz və Mərkəzi Asiya enerji resursları, layihələri və dünya iqtisadiyyatındakı yeri
A3. Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişaf problemləri
A4.Yeni çağda Qafqaz və Mərkəzi Asiya ölkələrində Sahibkarlıq, Bankçılıq və Sığortacılıq fəaliyyətləri
B. BEYNƏLXALQ MÜNASIBƏTLƏR BÖLMƏSI MÖVZULARI:
B1. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Avrasiya məkanının enerji təhlükəsizliyini təmin etməsində rolu
B2. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində mövcud və mümkün olan inteqrasiya prosesləri
B3. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində münaqişələr və hal-hazırki vəziyyət
 KONGRES TƏQVİMİ
 
Tezislərinin son göndərilmə tarixi: 15 Yanvar 2014
Tezislərin qəbulunun bildirilməsi:15 Fevral2014
Məruzələrin son qəbul tarixi:15 Aprel 2014
Konqresin keçirilmə tarixi: 2-4 May 2014
 YAZI QAYDALARI

1. Məruzənin adı, müәllifin adı-soyadı, elmi dərəcəsi, vәzifәsi, iş yeri və elektron üvanı bildirilmәlidir.
2. Məruzənin həcmi 10 (A4), tezisin mətni 2 səhifədən çox olmamalıdır. Məruzə və tezislər 12 ölçüdə font ilə Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır. Məruzələrə ingilis dilində xülasə də əlavə olunmalıdır. Iqtisadiyyatla əlaqədar tezislərcongress_economy2014@qu.edu.az, beynəlxalq münasibətlərlə əlaqədar tezislər congress_ir2014@qu.edu.azadresinə Word formatında göndərilməlidir.
3. Məruzələrdə yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konqresə göndərilən tezislər Məsləhət Şurasıtərəfindən qiymətləndirilərək seçiləcəkdir.
4. Konqresə İqtisadiyyat bölməsi ilə bağlı təqdim olunacaq tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində, beynəlxalq münasibətlər bölməsi ilə bağlı tezislər isə sadəcə ingilis dilində olmalıdır.
5. Qəbul olunmayan tezislər müəllifinə geri qaytarılmayacaqdır.
6. Son müraciət tarixindən sonra göndəriləcək tezislər  diqqətə alınmayacaq.
7. Tezislər mövzulara görə qeyd olunmalıdır.
8. Tezislərin  qəbulu haqqındakı məlumat müəlliflərə göndəriləcəkdir.
ƏLAQƏ MƏLUMATLARI 
Ünvan: Qafqaz Universiteti AZ0101 Xırdalan-Bakı Azərbaycan
Telefon: (+994) 12 448 28 62 / 66
Faks: (+994) 12 448 28 61 / 67

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF