Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək 3-cü Sənaye Şurasında Qafqaz Universitetinin nümayəndəsi çıxış edəcəkdir

"Yeni Fikir Müsabiqəsi 2014" Layihəsi başlayır.Noyabrın 20-22-də Türkiyənin paytaxtı Ankara şəhərində 3-cü Sənaye Şurası keçiriləcəkdir.

Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnoloji Nazirliyi tərəfindən təşkil ediləcək tədbirdə müvafiq qurumların nümayəndələri, nüfuzlu şirkətlərin rəhbərləri, alim və mütəxəssislər iştirak edəcəklər.

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbin Texnoparkının müdiri, dosent İsa Qasımov 3-cü Sənaye Şurasında "Azərbaycanda universitet - iş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili" mövzusunda çıxış edəcəkdir.

Dosent İ.Qasımov, eyni zamanda, tədbir çərçivəsində təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsi üçün səmərəli ola biləcək görüşlərdə olacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır