Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub   zaman.az

Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2014-cü il münasibətilə “Var xalqımın imzası imzalar içində” adlı tədbir keçirilib. 
 
Tədbirdə Millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Musiqi Akademiyasının dosenti Mübariz Əliyev və universitetin müəllim - tələbə heyəti iştirak edib. Dövlət himnimizin səslənməsindən sonra tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç ümummilli lider Heydər Əliyevin xalqı üçün gördüyü işlərdən, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən  geniş danışıb. Rektor zalda əyləşənlərə xaricdə yaşayan qohum-əqrabalarını,  dostlarını bayram münasibətilə telefon və internetdən istifadə edərək təbrik etmələrini də tövsiyə edib.  Millət vəkilləri Tahir Rzayev, Azər Badamov çıxış edərək xalqımızın həmrəyliyi sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən və əldə olunan uğurlardan danışıblar. Millət Vəkilləri Qafqaz universitetinin kollektivinə belə bir tədbir keçirdikləri üçün minnətdarlıqlarını bildiriblər. Bayram əhval -ruhiyyəsində keçən tədbirin bədii hissəsində Azərbaycan Musiqi akademiyasının dosenti Mübariz Əliyevin rəhbərliyi ilə Qafqaz İniversitetinin tələbələrinin ifasında saz havaları,  Sevda Yəhyayevanın  və Qafqaz Universitetinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, universitetin tələbələri tərəfindən  milli  rəqslər ifa olunub. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır