“Təhsilimizin ulduzları” adlı tədbir keçirilib 525-ci qezet

“Təhsilimizin ulduzları” adlı tədbir keçirilib 525-ci qezet

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi müəssisələrinin 2012-2013-cü dərs ilinin yekunlarına həsr olunmuş  “Təhsilimizin ulduzları” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Qafqaz Universitetinin Akt zalında keçirilib.
Tədbirə respublikanın dövlət, hökümət nümayəndələri, millət vəkilləri, ictimai təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələri, valideynlər dəvət ediliblər. 
Tədbirdə İctimai Birliyin  liseyləri  şagirdlərinin 2012-2013-cü tədris ilində  xarici ölkələrdə keçirilən beynəlxalq fənn, layihə və respublika olimpiadalarında əldə etdikləri yüksək nəticələrə görə, Türk liseylərdən, Araz Hazırlıq kurslarından ali təhsil müəssisələrinə qəbulda 600-dən çox bal toplayaraq ayrı-ayrı universitetlərə qəbul olunmuş məzunların təbrik edilməsi və onlara xatirə hədiyyələri verilib.
Eyni zamanda Qafqaz universitetinə yüksək balla qəbul olmuş və prezident təqaüdünə layiq görülmüş tələbələr mükafatlandırılıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva gələcəyimiz olan gənclərin belə uğurlarının şahidi olmaqdan fərəh hissi keçirdiyini bildirib.
Beynəlxalq Təhsil Mərkəzinin idarə şurasının sədri Ənvər Özərən geniş çıxış edərək Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində fəaliyyətini davam etdirən Cağ şirkətinin təhsil müəsisələrindən məzun olan gənclərin istər ölkə daxilində istərsə də xaricdə Azərbaycan diasporundakı fəaliyyətlərindəndə bəhs edib.

“Təhsilimizin ulduzları” adlı tədbir keçirilib<b style=

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır