30 Aralık 2014 Salı

“Azərbaycan müəllimi” mükafatlandırıldı


Qafqaz Universitetində “Azərbaycan müəllimi” qəzetinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Təhsil Şurası tərəfindən “Azərbaycan müəllimi” qəzeti ilin ən yaxşı mətbu orqanı seçilib və diploma layiq görülüb. Azərbaycan Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Azərbaycan müəllimi qəzetininin redaksiya heyətinin üzvləri və Qafqaz Universiteti müəllimlərinin iştirak etdiyi tədbirdə universitet - qəzet əməkdaşlığından da geniş söhbət açılıb.
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşlarının əvvəllər də universitetin qonağı olduqlarını bildirən rektor, professor Ahmet Saniç bu əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirdi: “Azərbaycan müəllimi qəzeti ilə uzun müddətdir əməkdaşlıq edirik. Bu qəzet həqiqətən də üzərinə düşən vəzifənin öhdəsindən çox yüksək səviyyədə gəlir. İllər keçdikcə yaşlanmır, əksinə daha da gəncləşir və əhatə dairəsi genişlənir”. Rektor “Azərbaycan müəllimi” qəzetinə universitetin tələbələrinin əl işi olan “Ebru “ rəsm əsərini hədiyyə etdi.
Qafqaz Universiteti Pedaqoji fakültəsinin Pedaqogika və İbtidai sinif müəllimliyi bölümünün müdiri, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev qəzet haqqında öz fikirlərini belə bölüşdü: “Mən Azərbaycan müəllimi qəzetini və onun əməkdaşlarını təbrik edirəm. Görülən heç bir iş mükafatsız qalmır. Mən inanıram ki, bu qəzet daha çox uğurlar qazanacaq. Qəzetin Azərbaycan təhsilinin inkişafında əməyi danılmazdır. Bu yolda da sizə uğurlar arzulayıram.”
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynov Prezident İlham Əliyevin mətbuatın inkişafına olan dəstəyindən danışıb. O, qəzetə olan diqqətə görə Təhsil Şurasının üzvlərinə və Qafqaz Universitetinin rəhbərliyinə də minnətdarlığını bildirib: “Qafqaz Universitetində təhsil sahəsində gedən inkişaf göz önündədir. İstər tələbələrə yaradılan geniş imkanlar baxımından olsun, istərsə də müəllim tələbə münasibətləri qəzetimiz tərəfindən müsbət qiymətləndirilir. Mən hesab edirəm ki, bizim əməkdaşlığımız daha da möhkəmlənməlidir.”
Tədbirdə eyni zamanda Azərbaycan Təhsil Şurasının üzvləri, professor Kazım Kazımov, akademik Hüseyn Əhmədov və Akif Orucov da çıxış edərək öz təbriklərini çatdırdılar.
Sonda isə tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir- birini təbrik etdilər.
İlkin

29 Aralık 2014 Pazartesi

Nərminə xanımın növbəti böyük qələbəsi...

Son günlərdə yalnız Tərcümə bölümü deyil, həm də bütün Qafqaz Universiteti  ailəsinin fəxr və sevinc hissinə səbəb olan daha bir xoş hadisə baş verib. Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin sərəncamı ilə Qafqaz Universiteti Tərcümə bölümü rəhbəri, dosent Nərminə xanım Əliyeva 2013-2014 ili üçün "İlin ən yaxşı müəllimi" nominasiyasına layiq görülüb. Artıq ikinci dəfə bu ada layiq görülən Nərminə xanım ilk dəfə seçildiyi 2009-cu ildən etibarən öz üzərində daha böyük məsuliyyət hiss edərək daha çox çalışdığını qeyd etmişdir. O vurğulamışdır ki, bu ada layiq görülmək məqsədi vətənə xidmət, vətən övladlarının yüksək səviyyəli təhsil əldə etməsi, həmçinin öz elmi fəaliyyət və müəllimlik peşəsinin inkişafı olan hər bir müəllimin arzusudur. Bu cür mükafatlandırılmaq öz əməyinin qarşılığını görmək cəhətdən əvəzolunmazdır. Nərminə xanım həmçinin Qafqaz Universitetinin bu sahədəki böyük rolunu vurğulayaraq, "Qafqaz Universiteti təkcə tələbələri yox, həm də müəllimləri yetişdirir" demişdir. Nərminə xanımı yeni uğuru münasibətilə bölümümüz adından təbrik edir və onu daim zirvələrdə görməyi arzulayırıq. 
Əsmər 

26 Aralık 2014 Cuma

SOCAR I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisində iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası-İnformasiya Resursları Mərkəzində I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi keçirilmişdir. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun təşkil edilmişdir. Sərgidə AMEA-nın institutları ilə yanaşı, SOCAR, ''Azərenerji'' ASC, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və s. təşkilatların, özəl sektor təmsilçilərinin pavilyonları nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərgidə ayrıca pavilyonla iştirak etmişdir. Son illər elmi-innovativ sahədə şirkətin əldə etdiyi nailiyyətlər barədə videoçarx göstərilmiş, müxtəlif fəaliyyət sahələri üzrə maket, albom, buklet və posterlər vasitəsilə məlumatlar nümayiş etdirilmiş və qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

25 Aralık 2014 Perşembe

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

“İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisində Qafqaz Universitetinin e-Universitet layihəsini təqdim olunub.
Layihənin əsas məqsədi ali təhsil müəssisələrinin tədris və idarə proseslərinin tətbiqini avtomatlaşdıran məlumat idarəetmə sisteminin təkmilləşdirilməsidir.
Məlumatı Xeberler.az-a QUTechnopark-ın idarə heyətinin sədri Şahin Durmaz verib.
Şahin Durmaz elektron sistemin əsas hədəfinin universitet idarə bölmələri personalı və tələbələrinin işinin asanlaşdırmaq olduğunu bildirib. “Sistemin funksionallağı nəticəsində universitetdə baş verən yeniliklərdən və tələbələrə aid elanlardan xəbərdar olmaq, keçirilən soğularda iştirak etmək imkanlar var. Sistem üzərindən tələbələrin qiymətləndirilməsi və davamiyyəti sistemə daxil edilə bilər”.
Jalə Şahinqızı

http://xeberler.az/site/shownews.php?news_id=8113

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip”

“BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir.
Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür.
Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.
Jalə Şahinqızı

http://xeberler.az/site/shownews.php?news_id=8111

“İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzində “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisi işə başlayıb. Sərgi iki gün davam edəcək.
Tədbirin açılışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli sərəmcamı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında 2014-cü ilin “Sənaye ili” bağlı Tədbirlər Planı”na müvafiq olaraq həyata keçirildiyini qeyd edib.
Sərginin keçirlməsinin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə sərginin Azərbaycanda ilk dəfə keçirildiyini bildirib.
Açılış mərasimində iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da çıxış edərək sərginin sənayenin inkişafında mühüm əhəmiyyəti olduğunu vurğulayıblar.
Xeberler.az məlumat verir ki, sərgidə AMEA-nın institutları, Milli Aviasiya Akademiyası, "Azərenerji" ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahələrində fəaliyyət göstərən özəl sektorun nümayəndələri öz sərgi pavilyonları ilə təmsil olunub.
 Sərgi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası təşkil edib.













Jalə Şahinqızı
http://xeberler.az/site/shownews.php?news_id=8107

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip”

“BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir.
Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür.
Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.

21 Aralık 2014 Pazar

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi
      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.
       20 Dekabr 2014-cü il tarixində keçirilən seminar Əyyub Hüseynzadə tərəfindən "Mənim xəyalım, Mənim şirkətim" mövzusunda  təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.
     Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:
Nədir bu Startup dedikləri
Azərbaycanda və Dünyada Startuplar
Şəxsi Biznesə sahib olma yolları
Biznesdə Problemlər
     Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

18 Aralık 2014 Perşembe

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

 Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.
            MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnologiyaları (İT) və  texnoloji transfer potensialı və əhəmiyyəti haqqında müzakirələr aparıldı.
            prof. Ahmet Saniç Qafqaz Universitetinin sənaye ilə əməkdaşlığına əhəmiyyət verdiyini vurğulayaraq, bununla bağlı universitetdə formalaşdırılmış struktur və digər potensial imkanlardan bəhs etdi. Qonaqlara Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektorluğunun, həmçinin Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi layələr haqqında qısa məlumat verildi.
            MTİ şirkətinin təmsilçiləri isə səfərin məqsədi və maraqlı olduqları sahə haqqında informasiya verdilər.
            Müzakirələr və fikir mübadiləsi Qafqaz Universiteti Texnoparkında davam etdirildi. Qonaqlar  burada texnoparkın həyata keçiridyi Yeni Fikir Müsabiqəsi (YFM) və şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. YFM iştirakçılarına verilən dəstək, eləcə də əldə edilən nailiyyətlər  MTİ şirkətinin nümayəndələrinin marağına səbəb oldu.
            Görüşün sonunda əməkdaşlıqların davam etdirilə bilcəyi istiqamətlər üzrə gələcəkdə təkrar görüşlərin mümükünlüyü müzakirə edildi.
Qeyd edək ki, Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edən MTİ şirkəti Mançester Universitetində son 5 ildə yaradılan startap layihələrinə 150 milyon funt sterlinqdən artıq vəsait cəlb etmişdir. MTİ şirkəti tərəfindən təsis olunmuş “TransTech Capital” (TTC) fondu Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradılmışdır. Türkiyənin aparıcı universiteti olan Orta Doğu Texniki Universiteti ilə tərəfdaşlıqda Fond Avropa İnvestisiya Bankının dəstəyilə universitetlərdə yaradılan startapların dəstəklənməsi üzrə fondun idarə edilməsini həyata keçirir. MTİ şirkəti bu sahədə olan təcrübəsinin Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır. 

http://qutechnopark.az/en/news/2014/12/Boyuk-Britaniyanin-meshhur-MTi-shirketinin-numayendeleri-QUTechnopark-da-317.html

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da
 Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.
MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnologiyaları (İT) və  texnoloji transfer potensialı və əhəmiyyəti haqqında müzakirələr aparıldı.
 Prof. Ahmet Saniç Qafqaz Universitetinin sənaye ilə əməkdaşlığına əhəmiyyət verdiyini vurğulayaraq, bununla bağlı universitetdə formalaşdırılmış struktur və digər potensial imkanlardan bəhs etdi. Qonaqlara Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektorluğunun, həmçinin Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi layələr haqqında qısa məlumat verildi.
MTİ şirkətinin təmsilçiləri isə səfərin məqsədi və maraqlı olduqları sahə haqqında informasiya verdilər.
Müzakirələr və fikir mübadiləsi Qafqaz Universiteti Texnoparkında davam etdirildi. Qonaqlar  burada texnoparkın həyata keçiridyi Yeni Fikir Müsabiqəsi (YFM) və şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. YFM iştirakçılarına verilən dəstək, eləcə də əldə edilən nailiyyətlər  MTİ şirkətinin nümayəndələrinin marağına səbəb oldu.
 Görüşün sonunda əməkdaşlıqların davam etdirilə bilcəyi istiqamətlər üzrə gələcəkdə təkrar görüşlərin mümükünlüyü müzakirə edildi.
Qeyd edək ki, Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edən MTİ şirkəti Mançester Universitetində son 5 ildə yaradılan startap layihələrinə 150 milyon funt sterlinqdən artıq vəsait cəlb etmişdir. MTİ şirkəti tərəfindən təsis olunmuş “TransTech Capital” (TTC) fondu Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradılmışdır. Türkiyənin aparıcı universiteti olan Orta Doğu Texniki Universiteti ilə tərəfdaşlıqda Fond Avropa İnvestisiya Bankının dəstəyilə universitetlərdə yaradılan startapların dəstəklənməsi üzrə fondun idarə edilməsini həyata keçirir. MTİ şirkəti bu sahədə olan təcrübəsinin Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır. 

15 Aralık 2014 Pazartesi

Uğur karyeranı doğru təyin etməkdən başlar

QUTechnopark "Uğur karyeranı doğru təyin etməkdən başlar" seminarını keçirdi
     Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.
     13 Dekabr 2014-cü il tarixində keçirilən seminar Fərdi İnkişaf & Test Mərkəzinin təsisçisi Samir Məmmədov tərəfindən "Uğur karyeranı doğru təyin etməkdən başlar" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.
     Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

Özünü reallaşdırma
İş seçimində edilən yanlışlıqlar və nəticələr
Uğurmu və Xoşbəxtlikmi?
Xəyal və Hədəf anlayışı
Şəxslərarası Münasibətlər
Çarəsizlik & Tənbəllik
Uğursuzluq qorxusu & Idarə edilməsi
     Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.


10 Aralık 2014 Çarşamba

Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir


“Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  

Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:

“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərgisi gördüyümüz bu işlərin nümayişi üçün böyük bir fürsətdir”.

Mərkəz rəhbəri İKTETM-in “Bakutel”də indiyə qədər iştirakı haqda da məlumat verib:

 “Bakutel” sərgisi Azərbaycanda qeyri-neft sahələrindən biri olan İKT-nin inkişafını, bu sahədəki yenilikləri ortaya çıxarmaq və Xəzər və Qafqaz regionlarında da bu sahənin inkişafını təmin etməkdədir.  “Bakutel-2013” sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizə verdiyi böyük dəstək sayəsində elmi işçilərimiz və tələbələrimizin araşdırdıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirmə fürsəti tapdıq. Ötən il sərgidə “Lego Mindstorm” avadanlıqları, motor və sensorlardan istifadə edərək, tələbələrimizin hazırladıqları robotları nümayiş etdirdik.  Bununla yanaşı, VEX və xətt izləyən robot da tələbələrimizin hazırladığı işlərdir”. Onun sözlərinə görə, “Bakutel- 2013” sərgisində NAO robotu çox böyük diqqət çəkib:

“NAO robotu insana bənzər robotdur. Bu robot universitetimiz tərəfindən elmi araşdırmalar etmək və insana bənzər robotların işləmə prinsiplərini öyrənmək üçün alınıb. NAO robotu üzərində obyekt tanıma, səs tanıma, tarazlıq və bu kimi problemləri həll etmək üçün bir çox fərqli alqoritmlər tətbiq edilməkdədir. Düşündük ki, bu edilən işləri göstərmək sərgidə çox da maraq kəsb etməyəcək. Ondan ötrü NAO robotuna milli Azərbaycan rəqsini öyrətdik və “Bakutel” sərgisində bu rəqsi nümayiş etdirdik. Təbii ki, robotun ifasında milli rəqs çox böyük diqqətə səbəb oldu. Yeri gəlmişkən, keçən il olduğu kimi, bu il də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə böyük dəstək verərək, “Bakutel- 2014” sərgisində iştirakımızı təmin etdi. Bundan ötrü, Rabitə və Texnologiyalar Nazirliyinə böyük təşəkkürlərimizi bildirirəm”. Ü.İlhan mərkəzin “Bakutel- 2014” sərgisində robot texnikası və süni intellekt sahələrində yeni işləri nümayiş etdirdiyini bildirib: “Onların sırasında İstanbul Texnik Universiteti Texnoparkında yerləşən BU texnoloji şirkəti və Boğaziçi Universitetinin elmi işçiləri ilə birlikdə hazırladığımız işlər də var. Sərgi zamanı “Robot qol”u təqdim etdik. Bu, süni intellektdən istifadə edilərək hazırlanan bir qoldur. Qol özü qərar verərək istənilən işi yerinə yetirir. Eyni zamanda sərgidə “ağıllı görən sistem” və tablet robot layihələri də nümayiş etdirilib. Həminin keçən il rəqs edən robot NAO-da bu il etdiyimiz araşdırmaları interaktiv şou halında nümayiş etdirdik”.

İKTETM direktoru mərkəzin gələcək fəaliyyət istiqamətlərindən də söz açıb: “Mərkəzin planlarına elektronika və mexanika sahələrində bacarıqlarımızı inkişaf etdirmək və malik olduğumuz proqramlaşdırma bilikləri sayəsində “Robot qol” layihəsini genişləndirmək, bununla yanaşı, dünyada robot texnikası sahəsində çox istifadə olunan ROS (Robot Əməliyyat Sistemi) və başqa proqramları öyrənərək elmi tədqiqat işləri aparmaqdır”
Həqiqət İSABALAYEVA

Azərbaycanda robot texnikası və süni intellekt sahələri

Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir
“Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  

Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:

“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərgisi gördüyümüz bu işlərin nümayişi üçün böyük bir fürsətdir”.

Mərkəz rəhbəri İKTETM-in “Bakutel”də indiyə qədər iştirakı haqda da məlumat verib:

 “Bakutel” sərgisi Azərbaycanda qeyri-neft sahələrindən biri olan İKT-nin inkişafını, bu sahədəki yenilikləri ortaya çıxarmaq və Xəzər və Qafqaz regionlarında da bu sahənin inkişafını təmin etməkdədir.  “Bakutel-2013” sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizə verdiyi böyük dəstək sayəsində elmi işçilərimiz və tələbələrimizin araşdırdıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirmə fürsəti tapdıq. Ötən il sərgidə “Lego Mindstorm” avadanlıqları, motor və sensorlardan istifadə edərək, tələbələrimizin hazırladıqları robotları nümayiş etdirdik.  Bununla yanaşı, VEX və xətt izləyən robot da tələbələrimizin hazırladığı işlərdir”. Onun sözlərinə görə, “Bakutel- 2013” sərgisində NAO robotu çox böyük diqqət çəkib:

“NAO robotu insana bənzər robotdur. Bu robot universitetimiz tərəfindən elmi araşdırmalar etmək və insana bənzər robotların işləmə prinsiplərini öyrənmək üçün alınıb. NAO robotu üzərində obyekt tanıma, səs tanıma, tarazlıq və bu kimi problemləri həll etmək üçün bir çox fərqli alqoritmlər tətbiq edilməkdədir. Düşündük ki, bu edilən işləri göstərmək sərgidə çox da maraq kəsb etməyəcək. Ondan ötrü NAO robotuna milli Azərbaycan rəqsini öyrətdik və “Bakutel” sərgisində bu rəqsi nümayiş etdirdik. Təbii ki, robotun ifasında milli rəqs çox böyük diqqətə səbəb oldu. Yeri gəlmişkən, keçən il olduğu kimi, bu il də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə böyük dəstək verərək, “Bakutel- 2014” sərgisində iştirakımızı təmin etdi. Bundan ötrü, Rabitə və Texnologiyalar Nazirliyinə böyük təşəkkürlərimizi bildirirəm”. Ü.İlhan mərkəzin “Bakutel- 2014” sərgisində robot texnikası və süni intellekt sahələrində yeni işləri nümayiş etdirdiyini bildirib: “Onların sırasında İstanbul Texnik Universiteti Texnoparkında yerləşən BU texnoloji şirkəti və Boğaziçi Universitetinin elmi işçiləri ilə birlikdə hazırladığımız işlər də var. Sərgi zamanı “Robot qol”u təqdim etdik. Bu, süni intellektdən istifadə edilərək hazırlanan bir qoldur. Qol özü qərar verərək istənilən işi yerinə yetirir. Eyni zamanda sərgidə “ağıllı görən sistem” və tablet robot layihələri də nümayiş etdirilib. Həminin keçən il rəqs edən robot NAO-da bu il etdiyimiz araşdırmaları interaktiv şou halında nümayiş etdirdik”.

İKTETM direktoru mərkəzin gələcək fəaliyyət istiqamətlərindən də söz açıb: “Mərkəzin planlarına elektronika və mexanika sahələrində bacarıqlarımızı inkişaf etdirmək və malik olduğumuz proqramlaşdırma bilikləri sayəsində “Robot qol” layihəsini genişləndirmək, bununla yanaşı, dünyada robot texnikası sahəsində çox istifadə olunan ROS (Robot Əməliyyat Sistemi) və başqa proqramları öyrənərək elmi tədqiqat işləri aparmaqdır”
Həqiqət İSABALAYEVA

8 Aralık 2014 Pazartesi

Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında lahiyələr davamlı olacaq

Qafqaz universiteti, öz tələbələrini iş dünyasına hazır kadrlar kimi yetişdirməyi qarşısına əsas məqsəd qoymuşdur. Bu məqsədi yerinə yetirmək üçün universitet mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərlə sıx əməkdaşılq edərək tələbələrini yüksək ixtisaslı kadrlar olaraq yetişdirilməsində bu qurum və şirkətlərin təcrübələrindən yararlanır. Ölkəmizdə ən böyük özəl şirkətlərdən biri də BP Azərbaycan şirkətidir. BP Azərbaycan, Qafqaz universiteti ilə bir sıra layihələrə imza atmışdır. Bu layihələrdən ən əhəmiyyətlisi Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasında imzalanmış memarondoma əsasən Mühəndislik məktəbinin genişləndirilməsi layihəsidir. Layihə çərçivəsində BP Azərbaycan şirkətinin sponsorluğunda universitetin mühəndislik fakültəsi nəzdində 4-ü kimya mühəndisliyi və 12-si mexanika mühəndisliyi ixtisasında olmaqla toplam 16 adda yüksək texnologiyaya sahib avadanlıqlarla əhatə olunmuş laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir.
Universitet ilə şirkətin əməkdaşlığı çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Qafqaz Universiteti tələbələrinə “BP-nin Azərbaycanın neft və qaz sənayesinin inkişafındakı rolu” mövzusunda seminar vermişdir. Qafqaz Universitetindəki seminarda qonaqları salamlayan Qordon Birrell, BP-nin Azərbaycandakı 20 illik fəaliyyətindən söz açdı. Gələcək planlarından danışan BP-nin prezidenti, Azərbaycanda ilk dəfə 1994-cü ildə işə başladıqlarını 1997-ci ildə isə artıq böyük nəticələrə nail olduqlarını bildirdi. Qordon Birrellin sözlərinə görə 3 il ərzində bu işləri görmək böyük möcüzə idi. Ancaq BP bunu həyata keçirə bildi. Bunun əsas səbəbi isə Azərbaycan hökümətinin apardığı uğurlu siyasətin nəticəsidir. Bakı-Tibilisi-Ceyhan magistiral xətti haqqında söhbətinə davam edən Qordon Birrell, boru xəttinin keçdiyi marşurutun ərazi  quruluşundan da danışıb. BP-nin prezidenti Qordon Birrell: “Bakı-Tibilisi-Ceyhan xəttinin keçdiyi ərazilər çox mürəkkəbdir. Azərbaycanda suyun altı ilə, Gürcüstanda dağların arasından neft borusunu keçirtmək elə də asan deyil.
” BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, bu regionda layihələri həyata keçirmək üçün ümumilikdə 45 milyard dollar vəsait xərclədiklərini bildirdi. Q. Birrell BP-nin, Azərbaycan, Gürcüstan və Türkiyədə elmi araşdırmalar və tədqiqat üçün hər il 500 milyon dollar ayrıldığını bildirdi. BP-nin prezidenti Qordon Birrell: “TANAP layihəsində yeni texnologiyalardan yararlanmağı düşünürük. Bundan başqa biz TANAP layihəsi çərçivəsində Gürcüstanda iki böyük qaz kompressoru stansiyası tikməyi planlaşdırırıq. ”Xəzər dənizində yeni qazılacaq iki neft yatağında da, BP ən son texnalogiyadan istifadə edəcəkdir. 
Q. Birrellin verdiyi məlumata görə, yeni texnika sayəsində yataqlardan 40 faiz deyil 60 faiz xam neft  əldə etmək mümkün olacaq. Sonda tələbələrin suallarını cavablandıran BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell səmimi qəbula görə Universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç  qonağa Universiteti ziyarət etdiyi üçün və təcrübələrini tələbərlə bölüşdüyü üçün təşəkkür etdi. Daha sonra professor A. Saniç: “Biz bir daha şahid olduq ki, BP Azərbaycanda əhəmiyyətli işləri böyük uğurla həyata keçirir. Bu günə qədər biz BP ilə birgə çox önəmli təhsil layihələri həyata keçirmişik. BP tərəfindən Universitetimizdə açılmış kimya və mexanika labaratoriyaları savadlı mütəxəsisslərin yetişməsində önəmli rol oynayır. Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında belə lahiyələrin davamlı olacağına inanıram”.

http://www.qu.edu.az/az/news/Projects-between-BP-and-Qafqaz-University-will-continue-6007.html

1 Aralık 2014 Pazartesi

Memorandum of Understanding was signed between Qafqaz University and VGTU

International Relations Office at Qafqaz University and International Relations at Vilnius Gedimino Technology University (VGTU) of Lithuania organized several projects during the last summer. The main purpose of those projects was developing the relationships between the two universities. Additionally, memorandum of understanding was signed between Qafqaz University and VGTU. According to the memorandum, the two universities will improve educational and social relations and exchange student and staff to share their experiences.
It should be noted that, VGTU has been operating since 1959. Additionally, the university is one of the two well known universities on Engineering in the country.

30 Ekim 2014 Perşembe

AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.


Qida sahəsində tanınmış şirkətlərdən sayılan Avrora Şirkətinin şöbə müdiri Oğuz Heydərov Yüksək yerli vakansiyalara tələbə və məzun qəbul etmək üçün qonağımız oldu. Şirkət keçən il universitetimizdən 8 tələbə alıb ödənişli təcrübə keçib sonda işlə təmin etmişdir. Bu il keçirilən görüşdə isə şirkət tərəfindən 10 vakansiya təqdim olundu və 23 tələbə və məzun ilə görüşüldü. Görüşdə iştirak edən tələbə və məzunlardan- 7-si məzun, 7 tələbə Pedaqoji, 9 tələbə isə Sənaye Mühəndisi Fakultəsində təhsil alan tələbələr idi. Qeyd edək ki, “Avrora” firması 13 aprel 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur.

Sənayenin İnkşafına dair Dövlət Proqramı

Məşğulluq və təhsil barəsində bir sıra təkliflər
Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO), 2013-cü il hesabatı Məşğulluğun Dayanıqlı Artımı və emalat sənayesi sektorunun bu sahədəki rolunu əks etdirən bir sərlövhə ilə hazırlanmışdır. Hesabatda qeyd edilən statistiki göstərici, 1970 - 2009 illəri ərzində, emalat sənayesində məşğulluğun, illik 1,6 faiz artaraq bütün dünyada 388 milyona çatdığını ifadə edir. Sənaye ilə əlaqəli xidmətlər sektorunda meydana gətirilən məşğulluqla, bu sayı 2009-cu ildə 470 milyon olmuşdur ki, bu da bütün dünyada iqtisadi fəal olan 2,9 milyard əmək qüvvəsinin 16 faizinə bərabərdir. 2014-cü ilin “Sənaye ili” elan edilməsi ( http://www.president.az/articles/10793 ) ilə bağlı Tədbirlər planında (http://www.president.az/articles/11178 ) Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması haqqında təkliflərin hazırlanması barəsində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixində elan etdiyi Sərəncama bu prizmadan yanaşmaq vacibdir. Yəni, Azərbaycan sənaye strategiyası, əhalinin məşğulluq imkanlarını regionlarda artırmaq məqsədindədir, bu isə, regional inkişafa da təkan verən bir amildir.
Sərəncam çərçivəsində təkliflərin hazırlanması əsnasında, dünya nümunəsinə nəzər yetirmək daha da məhsuldar tədbirlərin ortaya çıxmasına zəmin hazırlayacaqdır. Xüsusilə, neft resursu baxımından zəngin olan İndoneziyanın tətbiq etdiyi sənaye siyasətinin təhlil edilməsi, Azərbaycan iqtisadiyyatına xas strategiyanın zənginləşdirilməsinə xidmət edəcəkdir. 1970-ci illərdə neft yataqlarını kəşf edən İndoneziyada adı çəkilən sektor, 1990-cı illərin əvvəllərində ÜDM- nin 25 faizini təşkil edəcək qədər xüsusi əhəmiyyətə malik olmuşdur. Vyetnam və Hindistanın sənaye sektorunda məşğulluqla bağlı əldə etdiyi nəticələr isə Cədvəl 1-də verilən rəqəmlərdən bariz şəkildə müşahidə edilir. Sənaye sektorunun ixracatda diversifikasiya siyasətinə müsbət təsir etməsinə isə Cənubi Koreya nümunəsi əsasında təkliflər vermək olar. Bu ölkə üçün, 1990-cı ildə xalis sənaye sektoru ixracatının həcmi 8,2 milyard dollar ikən, 2011-ci ildə 181,2 milyard dollara yüksəlmişdir. Bu məhsuldarlıq diqqəti cəlb edir; ölkə 21 il ərzində öz ixracatında 100 milyard dollarlıq bir nəaliyyət əldə etmişdir. Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması ilə bağlı tədbirlər planında qeyd edilən məqamları, bu kimi nümunələrin strategiyada diqqətə alınacağının əlamətləri kimi qəbul etmək olar. İlkin olaraq, məşğulluq məsələsinə toxunmağımızın səbəbi, Azərbaycan - 2020, İnkişaf Konsepsiyasında orta təbəqə əhalinin genişləndirilməsi barəsində elan edilən hədəfdir. Sənaye strategiyası və tədbirlər planı, yoxsulluğun uğurla azaldıldığı Azərbaycanda geniş orta təbəqə əhalinin meydana gəlməsi üçün çox müvafiq bir addımdır. 
Bundan Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında nəzərə alınması məqsədi ilə əlavə digər təkliflərimizi belə sıralamaq olar.
1. Azərbaycan, Hasilatın Pay Bölgüsü Sazişlərini (HPBS) neft sektorunda tətbiq edərək, kifayət qədər sağlam bir iş mühiti meydana gətirəbilmişdir. Azərbaycanın beynəlxalq investorlara təklif etdiyi HPBS-ləri, dünya iqtisad ədəbiyyatında adı nümunə kimi çəkilən bir model halına gəlmişdir. Eyni təcrübənin sənaye sektoruna uyğunlaşdırılması bu mövzuda da məhsuldar nəticələrin əldə edilməsinə imkan verəcəkdir.
2. Təhsil müəssisələrinə qəbul planında, sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması da çox düzgün bir maddədir. Cədvəl 2.-də Azərbaycan ali məktəblərinin məzunların sayısı və faiz nisbəti verilmişdir. Humanitar və sosial, Maarif, İqtisadiyyat və idarəetmə ixtisaslarından məzun olanlar, cəmi məzunların 71 faizini təşkil etməkdədir. Bu mənzərənin mühəndislik ixtisasların lehinə dəyişdirilməsi, əmək bazarının tələblərinə uyğun olacağı kimi, kadr təklifinə də öz töhfəsini verəcəkdir. Mühəndislik tədrisini, Qafqaz Universiteti kimi laboratoriya şəraitində reallaşdırmağı üstün tutan universitetlərə, mühəndislik ixtisaslarında daha çox tələbə qəbul etmək imkanı verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında bu mövzunun daha da konkretləşdirilməsi çox vacib bir məsələdir.
3. Tədbirlər planında yer alan sənayenin inkişafı sahəsində aparılan elmi tədqiqatların və araşdırmaların dəstəklənməsi hissəsində, mühəndislik və sənaye fakültələrindən məzun olacaq tələbələrin diplom işlərinə xüsusi yer ayırmaq olar. Bakalavr və Magistratura diplom işlərinin və Doktorantura dissertasiyalarının sənayedə tətbiq edilməsi barəsində stimulun (əsasən qrant layihələri, təqaüdlər və müsabiqələrlə) meydana gətirilməsi kadr potensialının və elmi təminatın gücləndirilməsinə xidmət edəcək bir amil olacaqdır. Bu məqsədin reallaşması üçün, həm təhsil, həm də tədqiqata şərait yaradan laboratoriyaların qurulmasına ehtiyac hiss olunacaq. Bakalavr diplom işlərinin sənayedə tətbiq edilməsinin uğurunu qiymətləndirən müsabiqələrin keçirilməsi, elmi tədqiqatların geniş kadr kütləsinə yayılması ilə nəticələnəcəkdir.

Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi

YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “Bayquş” layihəsi Seulda təqdim olunacaq

Cari ilin 3-14 noyabr tarixlərində Koreyanın Seul şəhərində "İdeya, ixtira, innovasiya və əqli mülkiyyət üzrə Beynəlxalq Təhsil Proqramı – Toxum layihəsi 2014" adlı tədbir keçiriləcək.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkil etdiyi tədbirdə Azərbaycan layihəsi də təqdim olunacaq. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı - YT Park" MMC-nin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizi YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Bayquş" layihəsinin rəhbəri Təmleyxa Piriyev təmsil edəcək.
Qeyd edək ki, azərbaycanlı mühəndislərin hazırladığı "Bayquş" adlı kiçik həcmli təyyarə 80 dəqiqə havada qala bilir.
Xüsusi optimizasiyalar ilə olan "Bayquş"un, eyni zamanda 3D xəritə çıxartma funksiyaları da var.
Hələlik yerli investor tapa bilməyən layihə xarici investorlar tərəfindən diqqətdə saxlanılır.
Həqiqət İSABALAYEVA

“Çoxlu Türkiyə və Azərbaycan bələdiyyələrinin qardaş elan olunmasına nail olmuşuq”

Səbuhi Yusifov: “Mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq”
Qafqaz Universitetinin ilk tədqiqat mərkəzlərindən biri olaraq 1998-ci ildən fəaliyyət göstərən Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzinin sədri Səbuhi Yusifov mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı belə cavablandırdı.
- Səbuhi müəllim, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq istərdik.
- Qafqaz Universitetində bir çox elmi tədqiqat mərkəzi fəaliyyət göstərir. Bunlardan biri də universitetdə Bələdiyyə Tədqiqatları Mərkəzi adı ilə fəaliyyətə başlayıb, sonralar isə adı dəyişərək Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzi kimi fəaliyyətini davam etdirən tədqiqat mərkəzidir. Mərkəzin qurulmasındakı məqsəd, yerli özünüidarəetmə, bələdiyyə sahəsində araşdırma aparmaq, dünya ölkələrinin yerli özünüidarəetmə sahəsindəki təcrübələrini araşdırmaq, Azərbaycanda bələdiyyələrin inkişafına elmi töhfələr vermək və tövsiyyələr hazırlamaq, eyni zamanda bələdiyyə idarəçiliyi sahəsində araşdırma aparan universitetlər, mərkəzlər və tədqiqatçılarla əməkdaşlıq etməkdir. Bu sahədə uğurlara gələndə isə onu deyə bilərəm ki, Azərbaycanda bələdiyyəçilik sahəsində hazırlanan qanunvericiliyin ərsəyə gəlməsində mərkəzimizin rolu böyükdür. Atılan addımların inkişafı üçün beynəlxalq seminarlar, konfranslar təşkil edilir, eyni zamanda Türkiyənin bir çox bələdiyyələri ilə əlaqələr qurulur. Bu addımlar sayəsində isə Azərbaycanda çox sayda bələdiyyələrin qardaş bələdiyyələr elan olunmasına nail ola bilmişik. Digər tərəfdən də işimizin əsas məqsədi, bu sahədə elmi tədqiqat işləri aparmaqdan, Azərbaycanda bələdiyyə sahəsində aparılacaq islahatlara işıq tuta biləcək qaynaqlar və materiallar hazırlamaq, eləcə də mövcud ədəbiyyatları əldə etməkdən ibarətdir. Bu baxımdan da Türkiyə ilə əlaqələrimiz çox genişdir.
- Bələdiyyə sahəsində Türkiyə təcrübəsinin artırılması ilə bağlı universitet tərəfindən araşdırma aparıldığı haqda məlumatım oldu. Bu haqda nə deyərdiniz? Araşdırmanın nəticəsi nə oldu?
- Bəli. Belə bir araşdırma apardıq. Belə ki, Mərkəzimiz Milli Məclisin Regional siyasət komitəsi ilə sıx əlaqələrə malikdir. Bunun nəticəsidir ki, keçən il İstanbul Böyükşəhər Bələdiyyəsinə Komissiyanın üzvü olan bir qrup millət vəkili ilə bir səfərimiz oldu. Bu səfər çərçivəsində Türkiyədə bələdiyyəçiliyin tarixi mərhələlərdə keçdiyi inkişaf yolu, mövcud vəziyyəti, bələddiyyələrin strukturu, fəaliyyət prinsipləri, dövlət və ictimaiyyətlə qarşılıqlı münasibətləri, icra etdikləri layihə və programlar, eləcə də onların maliyyə əsasları haqqında geniş məlumat əldə etdik. Əldə olunan məlumatlar əsasında hesabat hazırlanaraq Milli Məclisə təqdim olundu. Eyni zamanda “Türkiyədə Bələdiyyəçilik Təcrübəsi” adlı kitabımız da hazırlanıb və yaxında çapa göndəriləcək. Ümid edirik ki, bu fəaliyyətlərin gələcəkdə yerli aparılacaq islahatlara faydası olacaq. Bundan əlavə Türk Dünyası Bələdiyyələr Birliyi ilə əməkdaşlıq memorandumu imzalamışıq. İlkin addımlardan biri olaraq mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq. Hal- hazırda bu istiqamətdə işlər gedir.
- Əməkdaşlıq etdiyiniz başqa təşkilatlar varmı?
- Əməkdaşlıq etdiyimiz təşkilatlar içərisində qeyri-hökumət təşkilatları (QHT), xüsusilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı var ki, biz onlarla da geniş şəkildə görüşlər təşkil edirik. Hazırda təşkilatla işbirliyi içərisində Qafqaz Universiteti, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Prezident Yanında Azərbaycan Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ilə ortaq bələdiyyə qulluqçuları üçün təlim kurikulumunun hazırlaması üzərində işləyirik. Kurrikulum hazırlandıqdan sonra onun əsasında bələdiyyə qulluqçuları üçün strateji planların hazırlanması, maliyyə resurslarından istifadə, ictimaiyyətlə münasibətlər və bu kimi başqa mövzular üzrə təlim kursları keçirilməsi nəzərdə tutulur. Bundan əlavə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə hər il Gürcüstanda iki ölkənin də yaxından iştirakı ilə Cənubi Qafqazda yerli özünüidarəetmə sahəsində baş verən yeniliklərin müzakirəsi, tətbiqi və ortaya çıxan problemlərin həlli yolları, Avropa təcrübəsi və s. mövzularda yay məktəbi təşkil olunur. Bu il də dördüncü yay məktəbi keçiriləcək ki, bunu da noyabr ayında planlaşdırırıq.
- Xaricdə bələdiyyələr sahəsində gördüyümüz təcrübə ölkəmizdə də tətbiq olunurmu?
- Bizim tələbələrimizin, xüsusilə bələdiyyə kafedrasının tələbələrinin təcrübə keçməsi üçün lazımi şərait yaratmağa çalışırıq. Belə ki, Türkiyənin bir çox bələdiyyələri ilə qurduğumuz münasibətlər nəticəsində ölkəmizdə də bu istiqamətdə inkişaf üçün təcrübələr həyata keçiririk. Eyni zamanda hər il bu kafedranın tələbələrindən bir neçəsini təcrübə üçün xaricə göndəririk. Nəticədə, Azərbaycandakı problemlərin dünya təcrübəsində necə həllolunması ilə bağlı təcrübəyə malik olurlar. Əksmərkəzləşdirmənin isə ölkə iqtisadiyyatına təsiri sahəsində tədqiqatlarla tanış olurlar. Məlumat üçün qeyd edim ki, Gürcüstanda keçirilən yay məktəbi çərçivəsində də biz planlaşdırırıq ki, yerli özünüidarəetmə sahəsində təhsil şəbəkəsi quraq. Bununla da bu sahədə təhsil verən universitetlərin, professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi, bələdiyyə işçilərinə seminarlar keçirilməsi və maarifləndirici tədbirlərin aparılması planlarına nail olaq. Hal hazırda bu sahədə fikir mübadilələri aparırıq.
- Bu sahə ilə bağlı dərsliklər nəşr olunurmu? Tələbələr hansı vəsaitlərdən faydalanırlar?
- Hal hazırda bununla bağlı kitab çalışmaları üzərində işləyirik. Hazırda “Yerli özünüidarəetmə” adlı kitab nəşrə hazırlanır. Bundan əlavə “Türkiyə Cümhuriyyətinin bələdiyyəçilik təcrübəsi” kitabı üzərində işləyirik. Bu fəaliyyətlər də müntəzəm olaraq davam edəcək,
- Şəhər və ya bölgə bələdiyyələri ilə əlaqələriniz varmı?
- Bəli. Hətta biz keçən il belə bir tədqiqat aparmışdıq. Bu tədqiqat xüsusilə Abşeron bölgəsini əhatə etmişdir. Bölgədə fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti ilə bağlı əhalidən “Bələdiyyə xalqın gözü ilə” adlı sorğu apardıq. Bu sorğuda əhalinin bələdiyyələr haqqında biliklərini, onların problemlərində bələdiyyələrin iştirakını öyrənmiş olduq. Digər tərəfdən əksmərkəzləşmənin iqtisadi inkişafa təsiri və s bir çox tədqiqat işləri üzərində çalışırıq. 

İlkin Ağayev

27 Ekim 2014 Pazartesi

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər. Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər layihə və proqramlarda birgə iştirak və s. məsələlər də sənəddə yer alıb. Hər iki ali məktəbin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar professor Aqiyə Naxçıvanlı və professor Əhməd Sanıç memorandumun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildirərək gələcək işlərdə uğurlar arzulayıblar.


Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb

Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil və proqnazlaşdırılma” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, türkiyəli tədqiqatçılar da iştirak edirlər. Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən konfrasda çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, məqsəd hüquqi dövlətin müasir şəraitdə inkişafına elmi dəstək olmaqdır. Direktor qeyd edib ki, müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Azərbaycanda həyata keçirilən təhsil islahatlarından danışıb. Vurğulayıb ki, bu istiqamətdə ölkəmizdə qəbul olunan proqram və sənədlər təhsil sferasının yeni inkişaf mərhələsinin əsasını qoyub. Digər çıxışlarda da bildirilib ki, həyata keçirilən islahatlar - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Tədbirdə Vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun Azərbaycan Respublikası Konstitusiyasında təsbiti, Sahibkarlığın hüquqi təmzimlənməsinin təkmilləşdirilməsi problemləri və digər mövzularda məruzələr dinlənilib. Konfrans oktyabrın 24-nə kimi davam edəcək.


24 Ekim 2014 Cuma

Polimer Məmulatları Zavodu ilə Görüş


Polimer Məmulatları Zavodu ilə görüş.
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Polimer Məmulatları Zavodunun direktoru İntiqam Əliyev arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Qeyd edək ki, Polimer Məmulatları Zavodu təyinatına görə müxtəlif məhsullar istehsal edən iki istehsal sahəsindən ibarətdir. İntiqam Əliyev zavodun ikinci istehsal sahəsi ilə bizi tanış edərək bildirdi ki, burada ev daxili kanalizasiya boruları, 20 atmosfer təzyiqinə dözən isti və soyuq su boruları, drenaj boruları, telefon, elektrik enerjisi xətlərinin mühafizəsi üçün kommunikasiya boruları və aksesuarları (dirsəklər, keçidlər və s.) istehsal olunur. Xırda diametrli su boruları, kompozit borular və aksesuarlar “STP” ticarət nişanı ilə satışa göndərilir.

Saipem Şirkəti ilə Görüş

Saipem şirkəti ilə görüş.

Şahdəniz 2 layihəsinin başladılması ilə əlaqəli olaraq Azərbaycanda Neft və Qaz istismarı sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin rolu getdikcə artır. SAIPEM şirkəti Azərbaycanda neft və qaz sənayesi, mühəndislik və qazıntı sahəsində kifayət qədər tanınmış şirkətlərdən biridir. İş bazarının artan tələblərinə uyğun olaraq keyfiyyətli kadrların cəlb edilməsi universitet və sənaye arasında olan işbirliyinin artmasına təkan verən amillərdən biridir. Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Saipem şirkətinin Davamlı İnkişaf üzrə Məsul şəxs Rəşad Xanlarov arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. və SAIPEM arasında keçirilən görüş əsnasında tələbələrin işlə təmini və staj keçmə imkanları müzakirə edilmişdir. Buna əlavə olaraq şirkətlər arasında olan əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi mövzuları  və daimi inkişaf mövzuları əhatəsində danışıqlar aparılmışdır.

23 Ekim 2014 Perşembe

Bakıda II beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir









Oktyabrın 20-də Bakıdakı “Modern hotel”də Türkiyənin Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli din xadimi və sufi şairi Seyid Həmzə Nigarinin həyat və yaradıcılığının öyrənilməsinə həsr olunmuş II beynəlxalq Həmzə Nigari simpoziumunun açılış mərasimi oldu.
İki gün davam edəcək simpoziumun əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufi ədəbiyyatı, sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən 80-dən çox alim və tədqiqatçının çıxışı nəzərdə tutulub.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun hazırladığı sərgiyə tamaşa etdilər.
Simpoziumu giriş sözü ilə Seyid Nigarinin nəslindən olan, onun oğlunun adını daşıyan Siracəddin Həmidov açaraq, görkəmli şəxsiyyət haqqında qısa məlumat verdi. Bildirildi ki, Mir Həmzə Nigari ilə eyni soydan olan və şeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddin əfəndinin oğlu Mustafa Fəxrəddin Ağabalinin Seyid Nigarinin həyat və fəaliyyətini bütün təfsilatilə bizə təqdim edəcək “Hümayi-Ərş” kitabı yaxın vaxtlarda işıq üzü görəcək.
Oktyabrın 21-də simpozium öz işini proqram üzrə davam etdirdi. AMEA Tarix Muzeyinin əməkdaşı Səidə Həmzəbəyova, filologiya elmləri doktoru Almaz Ülvi, Dağıstan Dövlət Universitetinin müəllimi Taibə Hacımuradova, Rusiya EA Kabardin-Balkar Elmi Mərkəzinin əməkdaşı Tamara Bittirova, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli Seyiq Həmzə Nigarinin həyat və yaradıcılığı haqqında maraqlı məruzələrlə çıxış etdilər.
Proqrama uyğun olaraq, oktyabrın 22-də simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı türbəsini ziyarət edəcək, Azərbaycanın digər inanc yerləri ilə tanış olacaqlar.
Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiyadan, istərsə də Qarabağ bölgəsindən çoxsaylı tərəfdaşları da dəstək verir. Amasiya, Çorum və Toqatdan simpoziumda iştirak etmək üçün Bakıya geniş tərkibdə nümayəndə heyəti gəlib. Qeyd edək ki, “Qarabağdan Amasiyaya könül körpüsü - I beynəlxalq Həmzə Nigari simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilmişdi.
Məlumat üçün bildirək ki, Mir Həmzə Nigari 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir. O, bir vaxtlar Türkiyənin Anadolu vilayətindən bu kəndə köçmüş Ağa Balim həzrətlərinin altıncı nəslidir. Tədqiqatçı-alim Bəhlul əfəndi Behcətin yazdığına görə, Ağa Balim həzrətləri müridi Sarı Aşıq, Hacı Qaraman və Qara Pirimlə birgə bu kəndə gəlmiş və burada məskunlaşmışdır. Seyid Həmzə Nigari də bu kənddə dünyaya gəlmişdir. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir məmləkətdə gizlənmək və yaşamaq məcburiyyətində qalmışlar.
Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə də, sonra kənddən qaçaraq Qazaxın Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan Hacı Mahmud əfəndinin yanına getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs və xanımı Nigar Həmzə əfəndinin yaşayış və təhsili üçün hər cür yardım göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigari” təxəllüsünü götürmüş, şeirlərini bu təxəllüslə yazmış və divanında da ondan istifadə etmişdir. 1886-cı ildə Türkiyənin Harput şəhərində vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən öz mürşidi İsmayıl əfəndinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada – Şirvan camesindədir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Tələbələr xeyirxah əməlləri ilə başqalarına dərs keçirlər

Bir neçə gün öncə qəzetimizdə “İş adamları bu dəfə kasıb uşaqların təhsilinə sərmayə qoydular” adlı yazı dərc olunmuşdu.
Yazıda bir neçə iş adamının kasıb ailələrdən olan uşaqların təhsil almaları üçün hərtərəfli dəstək göstərdikləri vurğulanmışdı. Bu yazımız da təxminən bu mövzudadır, amma mahiyyət bir qədər fərqlidir. Söhbət Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” dərnəyinin üzvləri olan tələbələrin həyata keçirdikləri xeyriyyə tədbirlərindən gedir. Universitetin dərnəklər koordinatoru Ülvi Babayev deyir ki, Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycan tarixində, onun ictimai-sosial həyatında, eləcə də bütün dünyada bənzərsiz şəxsiyyətdir: “2006-cı ildə biz bu yardımlaşma dərnəyini təşkil edərkən ad seçimi ilə bağlı çox düşündük. Hesab edirəm ki, nəticə çox uğurlu alındı. “İnsanlığa yardım” devizi ilə təşkil olunan dərnəyin fəaliyyəti çox genişdir. Qeyd etmək istərdim ki, hər il davam edən bu fəaliyyətə tələbələr könüllü şəkildə qoşulurlar. Dərnəyin fəaliyyətini, onun təşkilini birbaşa olaraq tələbələrimiz öz üzərinə götürürlər. Ümumilikdə 200 tələbə üzvümüz var. Təbii ki, universitet rəhbərliyinin bu dərnəyə xüsusi qayğısı danılmazdır”.
“30-dan çox ailəyə hər ay yardım olunur”
“Yardım etdiyiniz ailələrlə necə tanış olursunuz?”-sualımıza Ülvi Babayev belə cavab verdi: “Tələbələrimiz vasitəsilə. Onlar həmin ailələrlə əlaqə qurub, evlərinə gedirlər. Maddi vəziyyətləri ilə yaxından tanış olduqdan sonra onlara yardım göstərilməsini nəzərdə tuturuq. Yəni onlara kortəbii şəkildə deyil, vəziyyətlərini araşdıraraq dəstək olmağa çalışırıq. Məlumat üçün qeyd edim ki, hal-hazırda Tağıyev klubunun müəyyən etdiyi 30-dan çox ailə var ki, onlara hər ay yardım olunur. Bəzən bu say dəyişə bilir. Belə ki, müəyyən müddət sonra hər hansı bir ailənin maddi vəziyyəti düzəlirsə, biz bunu başqa bir ailə ilə əvəz edirik”.
“Əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”
Dərnəyin fəaliyyəti barədə məlumat verən koordinator universitet olaraq, ilk növbədə, təhsilə önəm verdikləri üçün bununla bağlı yardımlara daha çox diqqət yetirdiklərini söylədi: “Təhsil almaq istəyən abituriyentlərimizə dərnək tərəfindən kurslar təşkil olunur. Burada iştirak edən, maddi vəziyyəti aşağı abituriyentlərlə isə universitetin pedaqoji fakültələrində təhsil alan təcrübəli tələbələr məşğul olurlar.
Bizim digər bir fəaliyyətimiz də universitetin yeməkxanası ilə bağlıdır. Belə ki, müəllimlər yeməkxanada hər gün dörd çeşiddə yemək yemə imkanına sahibdirlər. Ancaq “Tağıyev” dərnəyi imkansız tələbələrə pulsuz yemək imkanı qazanmaq üçün belə bir üsula əl atıb. Belə ki, müəllimlər istədikləri üç çeşid yemək götürür, qalan digər bir çeşid yeməyin qəbzini həmin qutuya atırlar. Belə olan halda, həm yemək israfının qarşısı alınmış olur, həm də müəllimlərin pulunu ödədikləri yemək qəbzi vasitəsilə ehtiyacı olan tələbələr universitetin yeməkxanasından pulsuz istifadə edə bilirlər. Bundan başqa dərnəyin tərkibində “Üç əl” layihəsi fəaliyyət göstərir. Bu layihə üç gün davam edir. Layihə nədən ibarətdir? Burada ehtiyacımız olmayan kitablar, əşyalar, paltarlar və digər əşyalar “Tağıyev” klubuna təhvil verilir. Bu da klub üzvləri tərəfindən universitetin foyesində təşkil olunur. Burada toplanan əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”.
“Onların könlünü maddi və mənəvi cəhətdən xoş tutmağa çalışırıq”
“Bizim nəzərimizdə olan müəssisələr içərisində uşaq evləri, qocalar evləri və sağlamlıq imkanları məhdud olan şəxslər üçün xüsusi yerlər də var. Onların könlünü həm maddi, həm mənəvi cəhətdən xoş tutmağa çalışırıq. Bizim fəaliyyətimizin geniş olmasının digər bir səbəbi də yardım etdiyimiz insanlarla, sadəcə, maddi ünsiyyət qurulmamasıdır. Belə ki, biz əlimizdən gəldiyi qədər həmin ailələrin mənəvi ehtiyaclarını da qarşılamağa çalışırıq. Bunu da uşaq evlərində müxtəlif oyunlar təşkil etməklə, qocalar evində, fiziki fəaliyyəti məhdud olan şəxslərə konsertlər verməklə, müəyyən tanınmış simaları dəvət etməklə, eyni zamanda onlarla qurduğumuz dialoqlar vasitəsilə yanlarında olmağa çalışırıq. Yeri gəlmişkən deyim ki, universitetin özünün xor kollektivi, dram və rəqs qrupları vasitəsilə pullu konsertlər təşkil edilir və əldə etdiyimiz maddi vəsaitlə ehtiyacı olan şəxslərə yardım edirik”.
Digər təhsil ocaqlarımızda da bu cür dərnəklərə ehtiyac var
Bir universitetin nəzdində belə xoş bir missiyaya xidmət edən dərnəklərin fəaliyyət göstərməsi və tələbələrin də orada aktivlik göstərmələri çox vacib və mühüm bir addımdır. Azərbaycanlılar xeyirsevər bir millətdirlər. Böyükdən kiçiyə əksər insanlarımız çalışırlar ki, imkansızlara, yardıma ehtiyacı olanlara hər cür dəstək göstərsinlər. Bu mənada gənclərimizin də daxilində yaxşılıq həvəsi, istəyi var. Yaxşı olardı ki, digər ali təhsil ocaqlarımızda da bu cür xeyriyyə məqsədli təşkilatlar, dərnəklər açılsın. Bu, imkansızların sevindirilməsindən əlavə, həm də gənclərimizdə paylaşmanın, yardımlaşmanın təşviqinə bir təkan olardı. Üstəlik, universitet həyatında bu işlərə qoşulan gənclərin sonrakı iş və ailə həyatlarında da bu missiyanı davam etdirəcəklərinə ümidlər artır. Bu günün gənci sabahın ailə başçısı, ailənin xanımı deməkdir. Ailədə bir nəfərin bu ruhda olması bütövlükdə ailənin özünün xeyriyyə missiyasına yönlənməsi deməkdir. Kim ailəsində bu düşüncənin, bu amalın hakim olmasını istəməz ki?
NİCAT İNTİQAM