Qafqaz Universiteti ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır

Qafqaz Universiteti ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığa dair müqavilə imzalanmışdırBakı, 24 yanvar (AzərTAc). Yanvarın 24-də Qafqaz Universiteti ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi (GMİİB) arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.Rektor müvafiq ixtisaslar üzrə müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır.“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi idarə heyətinin sədri Polad Rüstəmov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, GMİİB 2008-ci ildə Azərbaycanda gənc mühəndislərin peşəkar inkişafına və maarifləndirilməsinə dəstək verilməsi məqsədilə yaradılmışdır.Ölkəmizdə mühəndislik mədəniyyəti və standartlarının tətbiqinə, inkişaf etdirilməsinə dəstək olmaq və ətraf mühitin qorunmasını ən ümdə vəzifə hesab edən mühəndislər hazırlamaq da qurumun əsas məqsədlərindəndir.P.Rüstəmov GMİİB ilə Qafqaz Universiteti arasında əməkdaşlığın mühəndislik ixtisasının inkişafına töhfə verəcəyinə əminliyini də diqqətə çatdırmışdır.
Sonra müvafiq sahədə əməkdaşlığa dair müqavilə imzalanmışdır.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır