Dünyanın ən böyük dörd audit şirkətlərindən biri Ernst & Young universitetimizdə


Dünyanın ən böyük dörd audit şirkətlərindən biri Ernst & Young universitetimizdə

Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitetimizdə şirkət nümayəndələrinin  Master Klass dərsləri keçirilib. Bildiyimiz kimi müasir iş dünyasının tələbləri ilə birlikdə qloballaşan mürəkkəb şirkət strukturlarının ehtiyac hiss etdiyi sahələrdən biri finans və mühasibat sahələridir. Azərbaycanda daimi olaraq inkişaf edən beynəlxalq əməkdaşlıqlar özü ilə birlikdə yeniliklər gətirməklə yanaşı bir çox sahələrin inkişafının vacib olması haqda öz tövhəsini vermişdir. Bu gün inkişafı zəruri əhəmiyyət daşıyan sahələrdən biri də finans və mühasibatlıq sahəsi olduğu danılmazdır. Məhz bunun nəticəsi kimi Karyera Planlama Mərkəzinin səyi ilə Azərbaycanda fəaliyyət göstərən tanınmış xarici şirkətlərdən biri olan Ernst & Young şirkəti tələbələrlə görüşüb. Master Klass dərsində  Finans hesabatlarının aparılması, " Mühasibatın təməl əsasları və prinsipləri  mövzuları müzakirə olunub. Sonda onuda qeyd edək ki, E&Y şirkəti dünyanın 150 ölkəsində fəaliyyət göstərir və 75.000 işçisi var onunda 167 nəfəri Bakı filialında çalışır.


http://www.qu.edu.az/az/news/D%C3%BCnyan%C4%B1n-%C9%99n-b%C3%B6y%C3%BCk-d%C3%B6rd-audit-%C5%9Firk%C9%99tl%C9%99rind%C9%99n-biri-Ernst-%26amp%3B-Young-universitetimizd%C9%99-4982.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır