QUTechnopark Müdiri İsa Qasımov - "Startup Turkey 2014"un düşündürdüklərindən...

"Startup Turkey 2014"un düşündürdüklərindən...

            Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ proqramı keçirildi. 3 gün davam edən proqramda dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak etdi. Tədbir əsasında seminar-konfranslar, investorlarla startap-çılar arasında müxtəlif görüşlər və s. proqramlar keçirildi.
            Antalyanın “Rixos Hotel”də baş tutan tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olundu, məşhur mentorların iştirakı ilə panellər keçirildi. Biznesin inkiaşfında dünyanın müasir maraqları və reagional potensiallar təhlil edildi.
            “Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkını təmsilən mən də iştirak etdim. Bu proqramda Azərbaycandan  Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də - “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” - iştirak etdi.
            Səmərəli məqamları ilə zəngin keçən proqram heyrətləndirici olmaqla yanaşı, həm də çox səmərəli oldu. Proqramda iştirak edərkən qeyd etmək istədiyim xeyli nüanslar olsa da, bəzilərini qələmə ala bildim. Aşağıda onları Sizinlə bölüşürəm:
  • Hər kəs rastlaşdığı proqblemlərin həlli yolunda irəliləyərkən müxtəlif çözüm yolları tapır. Çözüm yolları geniş kütlənin probleminə həll ola bilirsə ortaya atılan yeni  iddia gələcəkdə iddia sahibinin şirkətini qurmasına vəsilə ola bilir.
  • Girişimçi (təşəbbüskar) xarakterə malik insanda ehtiyac meyarının formalaşması, onda biznesinn qurması istiqamətində ilk qığılcımların ortaya çıxmasına vəsilə olur.
  • Girişimçi xaraketer, həmçinin bu xarakterdən irəli gələn potensilın səmərəli istifadəsi şirkətin (girişmiçiyə aid şirkətin) bazar payının artmasında mühüm rol oynayır.
  • Girişimçi potensialın səmərəlililiyini azaldan amillər - eqo, əqraba, bəzi hallarda valideynlər, bəzi hallarda dostlar və s.
  • Girişimcilikdə mobillik önəmlidir.
  • İş modelini başqasına anlatarkən çətinlik çəkirsənizsə, deməli doğru adam ilə görüşməmisiniz.
  • Davam edilə bilir iş modellərinin seçilməsi önəmlidir.
  • İdeyanın inkişafında ekosistem önəmlidir.
  • Girişimçilik dəstəklənməlidir.
  • Girişimçilik ədəbiyyatımıza girdi, qanunlarımıza da girməlidir.
  • Girişimçi olmayan tərəfdaşların problemlərində təsirlənməmək önəmlidir.
  • İnsanlar nə olursa olsun yeni girişimləri dəsətkləməlidirlər. Referansı yoxdur deye onu dəsətəkləməmək doğru deyildir. İlk olaraq biri dəstəkləməli ki, refearnsı olsun.
  • Yeni girişimçilər formalaşdırılmalıdır
  • Ailə və yaxın çevrə girişimçilik üzrə maarifləndirilməlidir.
  • Texnolojinin sahəyə enməsində mücadələ daha da çətindir.
  • Prosesdə çətinliklər gedərək arta bilər, ancaq vaz keçilməməlidir.
  • Çox insanla məsləhətləşməli və heç kəsin qərarını olduğu kimi qəbul etməməli. Öz bildiyiniz ən doğrusudur. Bu işi sizin qədər bilən yoxdur.
  • İnsanların bir-birini dəstəklər kimi görünüb, reallıqda dəstəklənməyən vəziyyətdən imtina etmək lazımdır. Bu cəmiyyətin məsələsidir. Startup-ların dostu ola bilən cəmiyyət inkişaf edəcəkdir.
  • Tərəflərin məhsullarını istifadə edərək tanımaq lazımdır.
  • Startup-lara investisiyalar qoyulmalıdır.
  • İnnovasiya müxtəlif zamanlarda startup-larda öz  yerini tapacaq.
  • Baılıca "lokomotaiv" istehlakçıdır.
  • Dijital istehlakçıların rolu durmadan artır.
  • e-ticarətin rolu artır və artacaq.
  • Yüksək texnoloji yanaşma sürətlə inkişaf edir. Bu önəmlidir- lokomotividr.
  • 2020-ci ildə e-ticarəti bazar payını təsəvvür etməyə çalışın.
  • istehlakçıların tələbkarlığı artır və artmaqda davam edəcəkdir.
  • Of-line və on-line tərəflərin dəyərləri müqayisə edilsə, bazarın vəziyyətini daha yaxşı təsəvvür etmək olar.
  • Hər gün yeni bir startup - yeni modellər, yeni məhsullar ortaya çıxır. Ancaq bunların nə qədəri uğurludur. Bunlar arasında qatma dəyəri yüksək olanlar uğurlu olacaqdır.
  • Şirkətlər startup-larla işbirliyi edərək böyüyə biləcəklər. Dünya praktikasında bunu müşahidə edirik.
  • Bazar payı böyük olan firmaların startup yanaşmasına olan ehtiyacı daha böyükdür.
  • on-ilne ödəmə zərurəti artır.
  • Güvənsizlk zərərli amillərdəndir.
  • Heç vaxt on-line ödəmə etməyən tərəflərin sıxıntısı daha böyükdür. Ancaq bir dəfə ön-line ödəmə etdikdən sonra bu baxış əksər hallarda dəyirşir.
  • Startup yanaşmanın qazandırdığı təcrübə, insan gücünün dəfələrcə artması deməkdir. Bu səmərəliliyin dəfələrcə artması deməkdir. Kadr hazırlığı işində girişimçi yanaşma səmərələliliyi dəfərlərcə artıracaqdır.
  • Mobillik kartlardan qurtulmağa gətirəcək.
  • Startuplara dəstək artırılmalıdır. Startupçıların rahat bir həyata yoxdur. Onlara dəsək olmalıdır.
  • İstehlakşının sayı və aktivliyi önəmli amildir.
  • Startupları şəffaf ortamada dəstəkləmək, onları "qucaqlamaq" lazımdır.
  • Startupların inkişafı üçün cəsur qərarlar alınmalıdır.
  • Lazım gəldiyi zaman sponsorluq yanaşması əhəmiyyətlidir.
  • Startup-ın inkişafı üçün qabiliyyət (yetenək) çox önəmlidir.
  • Başarı hekayələri hansı cəmiyyətlərdə formalaşır daha çox? - Başarı hekayələrini formalaşdıran cəmiyyətlər inkişafı haqq edirlər.
  • Böyüməkdə olan və ya böyüməyə ehtiyacı olanların qabiliyyətli (yetənəkli) gücə ehtiyacı var.
  • Sinqapurun təbii sərvətləri az olmasına baxmayaraq, güclü qabiliyyətlərə (yetənəklərə) sahib insan gücü var.
  • Yaponiyanin yetənəkli insan gücü var.
  • Yetənəkli insan gücü inkishafın xəbərçisidir.
  • Gələcəkdə yetənəkli insana daha çox ehtiyacı olacaq.
  • Hansı tərəfdən yanaşsan, yetənək önəmlidir.
  • İnnovativ tender sistemi formalaşdırılmalıdır.
  • Silikon vadisi nümunəsini öyrənmək faydalı olacaq.
  • Yetənəkli idarəçilərin olması startup-ların da inkişafı üçün vacibdir.
  • Hər bir güclü fəaliyyətin arxasında yetənəkli iadrəçi axtarmalıyıq.
  • Bizə hansı lazımdır? - Düşüncədə üfüqi baxış, yoxsa şaquli baxış...
Bəzi təsbitlər:
  • 2014-cü ilin Azərbaycanda  sənaye ili elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki, sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişikliklkəri nəzərə almağı zəruri edir. İstehlakçı tələblərinin hansı istiqamətdə dəyişdiyini təhlil edərkən gəldiyim qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, girişimçi  baxış (təşəbbüskar yanaşma) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir.
  • Sənayemizi beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon Vadisində görülən işlərə əsaslanaraq məhsul istehsal edən şirkətlərlə eyni bazarada (dünya bazarı) rentabelli ola bilmək üçün nə etməliyik? 
  • Girişimçilər üçün daha dostane (girişimçiləri hərtərəfli dəstəkləyən) ekosistem formalaşdırılmalıdıra bilərikmi?
  • Fikrimcə, sənayemizin rəqabətli hala gətirə bilmək üçün, təhsilimzdə nəhəng layihələr tətbiq etməliyik.  Məsələn, Türkiyədə tətbiq olunan Fatih layihəsi, Yapaoniyada müəllimlərə verilən "imoerator müəllim" yanaşması və s.
  • Dünya sərmayəsindən faydalana biləcək  girişimlərə doğru işlər görülməlidir. Ancaq bu birdən-birə ola bilməz. Bunun üçün ölkədaxili ekosistem münbitləşdirilməli və inkişaf etdirilməlidir. Beynəlxalq təcrübənin öyrənilməsinə ciddi imkanlar tanınmalıdır.
  • Ölkəni xarici investrorlar üçün cazibə mərkəzinə çevirə bilmək önəmli yanaşmadır. Bu zaman yüksək texnologiyaların inkişafına yönləndirilən investisiya müsbət mənada fəqrlilik formalaşdıracaq.  Xarici investisiyanı  cəlb edərkən emal sənayesinin inkişafına, həmçinin yüksək texnologiyalarına inkişafına yönləndirə bilmək yüksək inkişaf etmiş ölkələrə xas olan yanaşmadır.  Bu fəqrliliyi Azərbaycanda sənayenin səmərəli inkişafı startegiyasında başlıca məqam kimi formalaşdıra bilmək önəmlidir.  Bu isə elm tutumlu sahələrin beynəlxalq rəqabətə davamlı  inkişaf etdirilməsi ilə mümkün olacağı qənaətindəyəm.
  • Elm tutumlu sahələrin inkişafı fonunda sərbəst bazar şərtləri mentorların inkiaşflına zəmin verəcəkdir.
  • Güclü mentor ölkənin ən önəmli sərvətlərin hesab oluna bilər. Mentor rasional səmərəliliyi ilə ölkəyə böyük qazanc verən beyin gücünə malik şəxslərdir. Güclü mentorlara sahib ekosistemlərdə akademisyenlərin daha səmərəli nəzticələri labüddür.
  • Xarici investisiyanı cəlb edən önəmli məıqamlardan biri də həmin ölkəni təmsil edən insan gücünün beynəlxalq konfranslarda təkcə intelektual davranışları ilə deyil, həm də mentorluq gücü ilə də ölçülür.
  • Dünya elminə hakim olan dilə əhəmiyyət verilməlidir.
  • Startup-lar qlobal xarakterdə olmalıdır. Bu daha çox imkanlar qazandırır. güclü startup-lar  bazar araşdırması zamanı dünya bazarını hədəf götürür.
  • Startup-lar üçün isteühlakçı gücü önəmlidir
  • Ölkədaxili istehlakcı gücünün çox olması xarici bazardan asılılığı azaldan amillərdəndir. Məsələn Çinin daxili tükətim gücü o qədər güclüdür ki, xarici ölkələr Çinə embaqrqo qoysalar belə daxili istehlakçı gücü dövriyyəni canlı saxlaya bilər.
  • Mənə falan qədər pul lazımdır deməməli, mən falan problemi həll etmək istəyirəm deməliyik. Həll edəcəyiniz probelm aktualdırsa, bu özü sizə pul gətirəcək. 
  • Yaponiyanın güclü firmalarından birinin qurucu ortağı Türkiyədə ofis açma fürsəti axtardığını ifadə edir. Güclü ölkələrin nümayəndələri burda investor ola biləcək formada iştirak edirlər. İnkiaşf etmiş ölkə ilə inkişaf etməmiş ölkənin fəqri... Bəli, inkişaf etmiş ölkələr (və ya güclü firmalar) startuplara əhəmiyyət verdiklərini əyani formada nümayiş etdirirlər. Dünyaca məşhur mentorlar qeyd edirlər ki, yaxın gələcəkdə bütün dünyada startuplar daha çox əhəmiyyət kəsb edəcəkdir. Fikrimcə, bu önəmli məqamdır. Gecikməməliyik.
  • Şirkət idarəçiliyi daha çox hansı ortamlarda səmərəli inkişaf edə bilir? Kiçik startup firmasının sahibi belə, şirkət idarəçiliyi baxımdan özünü daha səmərəli yetişdirə bilir.
  • Yaponiyada görüləcək işlər yazılalaraq (planlaşdırılaraq) həyata keçirilir. Bəzi inkişaf etməmiş ölkələrdə isə sözlü yanaşma (hə bir başlayaq görək necə olur?) üstünlük təşkil edir.
  • Risk amili və onun azaldılması yolları - ekosistemin gücü risk amillərinin vaxtında önlənə bilməsinə kömək edə biləcəkdir.

            İnkişaf etmiş ölkələr inkişaf etməmiş ölkələrdə startup-ların inkişafında maraqlı olsalar belə, hərəkət edən bir qatarı dayandırmayacaqları aydındır. Dünya elə bir inkişaf dövrünü yaşayır ki, önə çıxan tərəflər "lokomotiv"i dayandırmağı və ya sürətini azaltmağı heç ağıllarına belə gətirmirlər. İnkişafı geridən təqib edən tərəflər belə bir təklif etsələr də, əminəm ki, təklifi heç kim anlamayacaq, anlayanlar isə belə bir təklifi çox qəribə qarşılayacaqlar. Deməli, "lokomotiv"ə minmək üçün daha çox, həm də səmərəli işləməliyik. Bu yolda "tələ"lərin də ola biləcəyini unutmamalıyıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır