19 Mart 2014 Çarşamba

Şanlı zəfər tarixi günü və Novruz bayramı

Şanlı zəfər tarixi günü və Novruz bayramı

Hər il martın 18-i “Çanaqqala zəfəri” kimi qeyd edilir. Türkiyənin şanlı zəfər tarixinə çevrilən, Canaqqala zəfərinin 99-cu ildönümü  tarixi türk əsgərinin rəşadətinin nümayişi günüdür.  Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Mədəniyyət şöbəsi Biznes Dünyası Klubunun təşkilatçılığı ilə klubun üzvü Mövlanə mübadilə proqramı ilə Qafqaz Universitetində təhsil alan Türkiyə universitetinin tələbəsi Yasin Tombulun təqdimatında “Çanaqqalanı anım” proqramı keçirildi.

           Bu günlər hər yerdə xalqımızın milli bayramı olan Novruz böyük təntənələrlə qeyd olunur. İlin sonuncu çərşənbəsində Qafqaz Universiteti Mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Azərbaycan xalqının milli bayramı, Novruz bayramına həsr edilmiş  “Gəlir el bayramı, Novruz bayramı!” adlı əyləncəli, musiqili-ədəbi proqram keçirildi. Tədbirin keçirilməsində məqsəd xalqımızın çoxəsrlik tarixi ənənələrini və əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında hər kəsi sevindirməkdir. Bayram münasibətilə təşkil olunan tədbirdə universitet rəhbərliyi, və məzunlar, qardaş Türkiyədən nümayəndə heyəti də iştirak edirdi.  Universitetin Xor kollektivinin  ifasında xalq və bəstəkar mahnıları, aşıq musiqisi, milli rəqslər, eləcə də meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olundu. Bayramın əsas rəmzlərindən sayılan "Kosa və Keçəl"in məzəli deyişmələri  bayram ab-havasını tamamlayırdı.
         Bayram iştirakçılarına təqdim olunan səmənili  xonçalarda  boyanmış yumurta, müxtəlif şirniyyatlar, çərəzlər bayram əhvalına dad qatdı. Tədbirdə bayrama aid olan bütün atributlar öz yerini almışdı.  “Paxlavanın özünü öyməsi”, “Səməni” rəqsi, təbiət qoynunda məzəli “Çobanlar” rəqs-kompozisiyası, novruz duzlu-məzəli səhnəcikləri, Hacı Zeynalabdin Tağıyev adına dərnəyin təşkilatçılığı ilə keçirilən yumurta döyüşü və xına bəzəkləri, Universitetin Sənət Mərkəzinin həvəskar , yaradıcı tələbələrinin əl işlərindən ibarət  sərgisi şənlik iştirakçılarında xöş təəssürat oyatdı.
 Bəşəriyyətin qeyri-maddi mədəni-irs siyahısına daxıl olan  Beynəlxalq Növruz Günü ümumtürk xalqlarına ünvanlanmış Növruz təbrikləri və Qarabağda Canaqqala zəfərin yaşamaq diləyi ilə yaddaşlara köçdü.


                                                                                                 Mədəniyyət şöbə müdirliği
http://www.qu.edu.az/az/news/%C5%9Eanl%C4%B1-z%C9%99f%C9%99r-tarixi-g%C3%BCn%C3%BC-v%C9%99-Novruz-bayram%C4%B1-5122.html

Yazılanlar yalan və şayiələrdən ibarətdir

bitmap-img6
Əhməd Saniç: “Bu müəssisələr Fəthullah Gülənə məxsus deyil, amma onun təşviqi ilə açıldığını kimsə inkar etmir”

Son günlər Azərbaycan gündəminin aparıcı mövzularından birinə çevrilmiş nurçuluq və bu dini cərəyanla bağlılığı olduğu iddia edilən çevrələrdən çox bəhs edilir. Bu müzakirələrdə adı hallanan məmurlar, deputatlar, təhsil müəssisələrinin məsul şəxslərinin də mövqeyi mətbuatda yer alır. Nurçularla əlaqədə ittiham olunan ali təhsil müəssisələrindən biri - Qafqaz Universitetinə gedişimizi, təhsil ocağının rektoru Əhməd Saniçlə açıq söhbətimizi zəruri edən səbəb də elə son günlərin müzakirələri ilə bağlı idi.

Fəthullah Gülənə yazıldığı bildirilən məktubların bəzilərinin Ə.Saniç və ya onun rəhbərlik etdiyi təhsil ocağının rəsmiləri tərəfindən göndərildiyi də mətbuatda iddia olunub. Kifayət qədər açıq söhbətimizdə rektorun  bu və digər məsələlərə münasibətini almağa çalışdıq. Öncə Çağ Öyrətim Şirkətinin, Qafqaz Universitetinin məram və məqsədləri barədə geniş danışan, onların Azərbaycana da yalnız təhsil vermək niyyətilə gəldiklərini deyən Əhməd bəyə növbəti sualımızı ünvanladıq:

- Əhməd bəy, Azərbaycana yalnız təhsil vermək məqsədilə gəldiyini bəyan edən müəssisələrin nurçuluqda ittiham olunması hardan qaynaqlanır? Bəzi məlumatlara görə, bunlar Türkiyənin müəyyən dairələrində hazırlanan və eyni zamanda Azərbaycan mətbuatına sızdırılan məlumatlardır. Burada Türkiyə hakimiyyətinin də maraqlı və iştirakçı olduğu haqda məlumatlar var. Sizin təxmininiz necədir və ümumiyyətlə, nurçuluqla bağlı ittihamların əsası varmı?

“Ərdoğan Amerikada ikən Obamaya ”Camia" əleyhinə  geniş  məlumat verir, eyni gündə Bülənt Arıncı da  Fəthullah Gülənin yanına göndərir"


- 1997-ci il 28 fevral dönəmində də  belə ittihamlar olmuşdu.  Niyyət bu gün işləyən sistemi durdurmaq  idi. Çünki insanlar təmiz olunca onları ləkələyə bilmirlər. Bu dönəmdə Fəthullah Güləni bu gün səsləndirilən məsələlərin eynisiylə ittiham edib, istintaqa cəlb etdilər. 6 illik prosesin sonunda məhkəmə bəraət qərarı verdi. Nəticədə bu təhsil müəssisələri daha da güclənmiş, təmizlənmiş şəkildə işlərinə davam etdilər.

Sonrakı illərdə Ərdoğan hökuməti demokratikləşmə deviziylə ortaya çıxdı. Demokratikləşmə müzakirə mövzusu olduğu zaman biz daim dəstəyimizi vermişik. Müəyyən bir müddətdən sonra, 2004-cü ildə, bu müəssisələrin, məktəblərin nəzarətə götürülməsi  ilə bağlı atılmış  imzalar ortaya çıxdı. Ölkə bir tərəfdən demokratikləşməyə gedərkən, digər tərəfdən də bu imzaların qarşılığı olaraq bu qurumlar  sorğulanmaya başlandı. Nəticədə bu gün məsələ dərsanələr (hazırlıq kursları) fonunda müəssisələrin  qapadılması, məktəblərə yönəlik qara propoqandanın aparılmasına qədər gəlib çıxdı. Mənim təxminimə görə, bu, xüsusi planlamayla quraşdırılmış bir məsələdir.

17 dekabr hadisəsinə gəlincə, burada Ərdoğan   hökumətinin refleksiv olaraq birilərini günahlandırması, özünə xəyali bir hədəf seçib ittiham etməsi gözlənilən idi. O da qeyd etdiyim hadisələrin məntiqi bütünlüyü içində Gülən Camaatını hədəf olaraq seçdi. Amma təbii ki, bu iddialar ancaq sözlü ittiham şəklində qaldı. Diqqətinizi çəkmişdir ki, 17 dekabrdan bəri 3 ay müddətində “camia” və ya “paralel yapıdan” bir nəfər də olsun rəsmi ittiham edilməyib. Təbii ki, bunun pərdəarxası  tərəfləri də var. 17 dekabrdan bir il öncə baş nazirimiz önəmli bir toplantıda “camia”ya işarət edərək  təhdidvari “bir-iki polisi arxanıza salar, sizi terror təşkilatı elan edərik” ifadəsini işlədib. Bu niyyətin mənbəyi nədir, nə baş verdi, burasını bilmirik.  Daha bir maraqlı məqam var.

Ərdoğan Amerikada ikən Obamaya camia haqqında  geniş məlumat verir, eyni gündə Bülənt Arıncı da Xoca Əfəndinin (Fəthullah Gülənin-E.P.) yanına ziyarətə göndərir. Yəni ortada bir səmimiyyətsizlik var. Demək istədiyim budur ki  bu ittihamlar sadəcə bu gün başlamayıb. Bu, 28 fevral dönəmində, 1997-də də olub. Sonra 3 il əvvəl Ermənistanla sərhədlərin açılma iddiası olan dönəmdə də bizim haqqımızda həqiqəti əks etdirməyən çoxlu  sifarişli yazılar yazdırıldı. İndi bu ssenari bu gün də davam edir. Yəni Türkiyədəki hadisələr  buraya təsir edir. Daha doğrusu, Türkiyənin daxilində hər hansısa bir güc - dərin dövlət buranı ciddi bir şəkildə kirli informasiya bombardmanına tutaraq, hadisələrin buraya daşmasına çalışır. Qəti olaraq bildirirəm ki, biz Qafqaz Universiteti olaraq belə bir oyuna alət olmayacağıq.

- Sizin adınıza olan emaildən sensasion məlumatlar, məktubların mətni yayıldı...

- Bizim buradakı təhlükəsizlik qurumlarına etdiyimiz müraciətdən sonra məlum oldu ki, adıma açılan saxta email Türkiyə mənşəlidir. Yəni Türkiyədə adıma saxta email açılır, planlanan yazı yazılaraq buraya göndərilir və sensasion xəbər düzəldilir. Bundan sonra isə təkrar Türkiyə mətbuatı bu xəbərə istinad edərək məsələni orada gündəmə gətirir . Sağ olsunlar, yerli mətbuat - sizlər gəldiniz, soruşdunuz və biz də bunu rəsmi şəkildə təkzib etdik. Gəlin araşdıraq, bunun qaynağı nədir, kim və ya kimlər qara propoqanda edir? Mənim 3 email ünvanım var: rector@qu.edu.az, asanic@qu.edu.az, asanic@hotmail.com. Başqa heç bir elektron ünvanım yoxdur və tam şəklidə rəsmi olaraq bildirirəm ki, qalan mail və profillər saxtadır.

- Bununla Türkiyə hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Vəkilimiz bununla məşğuldur. Bu artıq kiber cinayətkarlıqdır.  Bunlar adətən anonim olur, nəticə etibarilə kimin açdığını tapmaq həmişə mümkün olmur. İstanbul, Antalya, İzmirdən açıldığını demək mümkündür, ancaq konkret şəxsi tapmaq çətindir. Çünki adətən internet kafelərdən açırlar, sübut etmək mümkün olmur.

- Baş nazir Ərdoğanın Azərbaycandakı Gülən məktəblərinin qapadılması xəbərinə reaksiyasını necə qarşıladınız?


- Dediyim kimi, bu cür hadisələr keçmişdə də olub. 1997-ci ildə Türkiyənin təhsil nazirinin təklifini qeyd etdim. Amma dahi insan, uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər Əliyev Çağ Öyrətimin bütün təhsil ocaqlarından hər zaman razı olduqlarını bildirmiş, eyni zamanda  Azərbaycan dövlət  rəsmiləri  “onlar sizin məktəbləriniz deyil, bizim məktəblərimizdir” şəklində cavab vermişdir. Bu etibar və etimadı da məhz şirkətimizin devizi qəbul etdik - “ Etimada sədaqətlə”.

- Bu məktəblərin qapadılması, yaxud nurçuluqda suçlananlarla əlaqəli Ərdoğan hökuməti tərəfindən Azərbaycan hakimiyyətinə təzyiqlərin olması barədə məlumatlar doğrudurmu? 

- Sadəcə, buraya deyil, başqa ölkələrə də fərqli təkliflər var. Mərkəzi Asiyaya, Pakistana, hətta Amerikaya da. Amma bizim alnımız açıq, üzümüz ağ, heç bir gizli hesabımız yoxdur. Mən də hər kəsə bunu deyirəm: gəlin, baxın, görün, xalqın gözü tərəzidir. 20 ildir təhsil veririk, nəticələrimiz də göz qabağındadır. Bizim çəkinəcəyimiz heç  bir  fəaliyyətimiz  yoxdur. Yazılanlar yalan və şayiələrdən ibarətdir. Tələbələrimizə milli ruh duyğu və düşüncəsi vermək bizim üçün hər zaman prioritet olmuşdur. Məsələn, mən hər zaman Xocalı qətliamının universitetimizdə ciddi şəkildə hiss edilməsini istəyirəm. Bununla yanaşı, Novruzun da  yüksək səviyyədə, coşqu ilə keçirilməsini arzulayıram. Bu və bənzəri fəaliyyətlərin keçirilməsi bizim adət-ənənəmizdir. Bunları tamamən tələbələr həyata keçirir, amma mən onlara imkan yaradıram. Teatr dərnəklərimiz var, milli tamaşalara  çox önəm veririk. “Natəvan”, “Xəcalət”, “Mesenat” kimi milli - vətənpərvərlik duyğuları aşılayan tamaşalar hazırlanır və uğurla təbliğ edilir.

Biz tələbələrdə milli düşüncənin yerləşməsinə, ümumbəşəri dəyərlərə hörmətin formalaşmasına çalışırıq. Məzun tələbələrimizə isə məsləhətimiz bu olur: Magistratura-doktorantura təhsili üçün ölkə xaricinə gedin, oxuyun, qayıdıb vətəninizə xidmət edin. Nəticə etibarilə birmənalı olaraq bildirirəm ki, bu müəssisələr Azərbaycan xalqınındır və Azərbaycanın milli - mənəvi dəyərləri əlbəttə ki, təbliğ olunmalıdır.

““1997-ci ildə Türkiyənin təhsil naziri təklif edir ki, siz bu məktəbləri bağlayın, mən  Azərbaycanın bütün diplomlarına ekvivalentlik verirəm. Amma dahi insan, uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər Əliyev  Çağ Öyrətimin bütün təhsil ocaqlarından hər zaman razı olduqlarını bildirmiş, eyni zamanda  Azərbaycan dövlət  rəsmiləri ”onlar sizin məktəbləriniz deyil, bizim məktəblərimizdir" şəklində cavab vermişdir"

- Sizin SOCAR-la əməkdaşlığınız yalnız bugünlərdə qabardıldı, ictimailəşdirildi. Ancaq bildiyimizə görə, əməkdaşlığa bir il öncə başlanılıb.

- Bu əməkdaşlıq ötən il 1 mart 2013-cü ildə  “Çağ Öyrətim İşlətmələri” MMM-in ARDNŞ-in təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanatın imzalanmasıyla başladı.  Bəyanat SOCAR-ın baş ofisində Rövnəq bəyin rəhbərliyi ilə Xaliq Məmmədov və Ənvər Özərən arasında  imzalandı. Əslində bu müqavilə geniş şəklidə mətbuata izah edildi amma çox maraqlıdır ki, məhz bugünlərdə fərqli yerlərə çəkilərək gündəmə gətirilir. Bizim saytımızda da bu barədə geniş məlumat var. Görünür, həmin vaxtda mətbuat buna ciddi yanaşmamışdı. Hətta “sualınız varmı” soruşulan zaman “Şahdəniz”dəki qaz yatağını soruşdular (gülür). “Mövzumuz o deyil” deyə, Rövnəq bəy zorla daha bir sual ala bildi.

Təxminən 2 ay bundan əvvəl BP şirkətinin sponsorluğu ilə universitetimizdə Mexanika mühəndislik laboratoriyasının açılışında SOCAR və BP rəhbərlərinin iştirakı ilə bu birləşmə mətbuatın diqqətini cəlb etdi. Ola bilsin ki, baş nazir Ərdoğanın camia əleyhinə söyləmiş olduğu mənfi  bəyanatlar Türkiyə və Azərbaycanın bəzi  mətbuat orqanlarını hərəkətə keçirdi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının da xeyir-duası ilə bir il əvvəl imzalanan bu sazişin sanki bu ərəfədə imzalanması kimi  qələmə verildi. Belə qeyd edildi ki, guya Azərbaycan dövləti bu təhsil müəssisələrini öz tabeçiliyinə keçirdi və türk məktəbləri tamamən bağlandı. Halbuki əsl həqiqət budur ki, SOCAR-ın nəzdində olan orta məktəblərlə Çağ Öyrətimin orta məktəbləri, Araz hazırlıq kursları və Qafqaz Universiteti Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi bünyəsində  birləşdilər.

- Deməli, hazırda Çağ Öyrətim Şirkətinin məktəbləri təkcə Fəthullah Gülənə deyil, həm də Azərbaycan dövlətinə məxsusdur...

- Əvvəla, onu qeyd edim ki, bu müəssisələr Fəthullah Gülənə məxsus deyildir, amma onun təşviqi ilə açıldığını kimsə inkar etmir. Bir daha bildirirəm ki, bu müəssisələr tamamilə Azərbaycan dövlətinin qanunları ilə çalışır və Azərbaycan xalqına məxsusdur. Biz indi burada rektor olaraq türkiyəliyik, ancaq sabah başqası - azərbaycanlı müəllimlərimizdən biri rektor olacaq. Məncə, əsas odur ki, bu müəssisələr, bu universitet Azərbaycanındır və Azərbaycan dövlətçiliyi naminə çalışırlar.  Odur ki, bu qurumun başında türkiyəli və ya azərbaycanlı olmağının o qədər də önəmi yoxdur.


http://musavat.com/news/reportaj/Bu-m%C3%BC%C9%99ssis%C9%99l%C9%99r-F%C9%99thullah-G%C3%BCl%C9%99n%C9%99-m%C9%99xsus-deyil_187515.html

Qafqaz University Teacher Roza İsmailova: “I have a huge responsibility to my students in motivating them to contribute positively to society and I feel more confident in seeing this responsibility realized after my experience at the MUN conference.”

baku mun participants giving thumbs up
Baku MUN participants give the conference a ‘thumb’s up’ with UN Secretary-General’s Envoy on Youth Ahmad Alhendawi (fourth from left).
The experience was difficult and exciting. For Roza İsmayilova it was also empowering. She said:
“After taking part in the Baku MUN, I strongly believe that one of the most important sets of skills for our future leaders is facilitation skills. If you want to do good planning, keep members involved, and create real leadership opportunities in your organization or business, you must empower those around you to be confident in their own ideas and incorporate them into the decision-making process.”
girl receives certificate
Roza İsmayilova receives her Baku Model UN certificate.
Like many of her peers in Azerbaijan today, Roza would like to be more engaged in her country’s leadership and public discourse. Following the conference, she said she felt confident about her skills and motivated to contribute to a better future for Azerbaijan.
As a teacher at Qafqaz University, she knows all too well how important an asset youth are:
“I have a huge responsibility to my students in motivating them to contribute positively to society and I feel more confident in seeing this responsibility realized after my experience at the MUN conference.”

So what’s next? Will there be more projects on youth empowerment?

Absolutely!
The Security Council Conference is just the first step in UNDP’s new joint project with Azerbaijan’s Ministry of Youth and Sport which will support the Office of the Secretary-General’s Envoy on Youth in preparing for and conducting the first Global Youth Policy Forum later this year.
The forum is an opportunity to build a community of experts who can contribute to future national youth policy developments.
The project also aims to establish a national Model UN program to allow for similar initiatives and events in the future.
Hopefully, expanding Model United Nations in Azerbaijan will foster more stories like Roza’s– stories that speak to the power of youth participation in public decision-making and leadership.
We’ll bring you more on Global Youth Policy Forum as we get it.
http://europeandcis.undp.org/blog/2014/03/18/getting-involved-model-un-empowers-azerbaijans-youth/

18 Mart 2014 Salı

Ali təhsil ocaqları internetlə təmin edilibmi? (Qərb, Qafqaz, Bakı Asiya universitetləri)

Ali təhsil ocaqları internetlə təmin edilibmi? (Qərb, Qafqaz, Bakı Asiya universitetləri)

 

Tələbələrin İKT biliklərinin artırılması üçün ali təhsil ocaqlarının kompüterlərlə, internet şəbəkəsi ilə təmin edilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan universitetlərində tələbə və müəllimlərin internetdən yararlanma imkanları nə yerdədir?  PressForum.az saytı 3  özəl universitetdə internet bağlantısının mövcud olub-olmaması, internetə çatımlılığın səviyyəsi ilə maraqlanıb.Qərb universitetinin kompüter şəbəkəsinin inzibatçısı  Orxan Orucəliyev bildirib ki,  universitetdə internet müəyyən dərslər çərçivəsində istifadəyə verilir: ”İnternetin vəziyyəti normaldır. Qruplarda kompüterlər hər tələbənin sayına görə quraşdırılır. Amma internetə hər zaman giriş yoxdur. Sırf internetlə bağlı müəyyən dərslər var,  orada internetə girişə imkan var ”.Qafqaz universitetinin İdarə İnzibati işlər üzrə prorektoru dosent Şahin Durmaz universitetdə  tələbələr üçün internetdən sərbəst istifadə olunduğunu bildirib: “Tələbələrin interaktiv olaraq sərbəst internetdən istifadələrinin təmin edilməsi üçün Qafqaz Universitetində fəaliyyət göstərən binalarda ümumilikdə 9 ədəd kompüter laboratoriyası yaradılıb. Hər bir laboratoriyada ortalama 30 kompüter tələbələrin istifadəsinə verilib.
Bu laboratoriyalardan 5-i tədris, digər 4-ü isə tələbələrin asudə vaxtlarında sərbəst istifadə məqsədli laboratoriyalardır. Bunlardan ikisi, CISCO CCNA və APPLE Təlim mərkəzi xüsusi təyinatlı laboratoriyalardır. Bütün laboratoriyalardakı kompüterlərin daimi internetə çıxışı var. Ümumilikdə Universitetin bütün binalarında Wi-fi internet xidməti işləyir. Bütün sinif otaqları projektor cihazı və zəruri kompüter avadanlıqları ilə təchiz edilib.
Xarici dil tədrisi üçün nəzərdə tutulan sinif otaqlarında əlavə 50-yə yaxın Ağıllı Elektron Lövhələr quraşdırılıb”.
Bakı Asiya universitetinin tədris işləri üzrə prorektoru Rəhilə Nağıyeva bildirib ki, Wi-fi  internet yalnız informatika dərslərində verilir: “Qalan dərslərdə isə internet qoşulu olmur. Kitabxanada kompüterlər var, amma internet bağlıdır. Onlara kurs işi, referat yazmaq, çap etmək və ya dərslə bağlı kompüterdə nə lazımdırsa, onu etməyə imkan var. İnternetin olmamasına səbəb tələbələrin  fikrini əsasən dərsə cəlb etməkdir. İnternetə isə onlar internet klublarda və ya öz evlərində qoşula bilərlər.
Universitetdə kompüterlə bağlı dərslər yoxdur. Məsələn, bizdə jurnalistika, kompüter elmləri tədris olunmur, əsasən pedaqoji fakültələrdir. İngilis dili müəllimliyi, ana dili- ədəbiyyat müəllimliyi və sair.
Kompüterlərin vəziyyəti normaldır. Hər tələbənin sayına qrupda kompüter olur. Əgər tələbənin sayı kursda çox olarsa, onlar kiçik qruplara bölünür. Çünki praktiki dərslərdə tələbələrin sayı az olanda daha effektli olur”.

Bir müddət öncə PressForum.az saytı 3 dövlət ali təhsil ocağı — Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində internetin vəziyyəti ilə bağlı sorğu keçirmişdi.
http://pressforum.az/2014/03/17/ali-t%C9%99hsil-ocaqlari-internetl%C9%99-t%C9%99min-edilibmi-q%C9%99rb-qafqaz-baki-asiya-universitetl%C9%99ri/

17 Mart 2014 Pazartesi

Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı

Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı
QUTechnopark-ın təşkilatçılığı ilə sahibkarlığın inkişafına dəstək məqsədi ilə keçirilən Yeni Fikir Müsabiqəsi 2014 layihəsi əsasında yarımfinal proqramı keçirildi. Yarımfinal proqramı QUTechnopark-ın seminar salonunda baş tutdu.

168 iş fikri komandasının (layihə qrupunun) mübarizə apardığı yarışmada 24 layihə yarımfinala vəsiqə qazanmışdı. Martın 15-də keçirilən yarımfinal proqramında 24 iş fikri komandası öz təqdimatları ilə münsiflər heyəti qarşısında, iş fikirlərinin real biznesdə daha rəqabətli olduğunu iddia edərək, finala vəsiqə qazanmaq uğrunda yarışdılar.
Yarımfinal təqdimatlarının nəticələrinə əsasən, real biznesə ən yaxın 10 iş fikrinin (layihənin), Münsiflər Heyəti tərəfindən finalda yarışmasını uyğun gördü.
           
Finala vəsiqə qazanan layihələr aşağıdakılardır:
(Layihələr əlifba sırası ilə verilmişdir)
·         Antiviruslar.az
·         BethClip
·         EnWo
·         GriG
·         Səslə idarə etmə prototipi
·         Spark Studio
·         Şparqalka Fənlər
·         Tomi`s Aerial Vehicle
·         Tuning Fork
·         YolDaş

Finala vəsiqə qazanmış layihələrin inkişafına əlavə təlimlərlə yanaşı, mentor dəstəyi də veriləcəkdir.  
Qeyd edək ki, YFM 2014 əsasında ən yaxşı 5 iş fikri layihəsi seçiləcəkdir. Həmin layihələrin şirkətləşməsi istiqamətində komandaların iş şəraitini təmin etmək üçün QUTechnopark-da fəaliyyət göstrərn İnkubasiya Mərkəzində, zəruri ehtiyacları ilə təmin olunmuş ofislə, təmin olunacaq.  Ofislər qalib gələcək iş fikri komandalarına bir il müddətinə pulsuz veriləcəkdir. Bundan əlavə 1-ci yer üçün 10000 manat, 2-ci yer üçün 5000 manat, 3-cü yer üçün isə 3000 manat pul mükafatı da ayrılıb. Ayrılan pul mükafatları iş fikirlərinin şirkətləşməsi istiqamətində xərclənməsi üçün nəzərdə tutulub.

“Microsoft” daha iki universitetdə İT Akademiyası yaradır

“Microsoft” daha iki universitetdə İT Akademiyası yaradır

“Microsoft” şirkəti bir sıra təhsil ocaqlarında İT akademiyalarının açılması istiqamətində işlər aparır.

Şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov “ICTnews” xəbər xidmətinə bildirib ki, bu gün artıq “Microsoft” şirkətinin dörd İT Akademiyası fəaliyyət göstərir, onlardan ikisi İqtisad və Odlar Yurdu universitetlərində açılıb, daha ikisi “Mədəd” qeyri-hökumət və Şəmkirdə yerləşən “Zəka” gənclər təşkilatında yaradılıb. “Mədəd” müəllimlər üçün , “Zəka” isə regionlarda yaşayan gənclər üçün təlimlər təşkil edəcək. Azərbaycan Diplomatik Akademiyasında və Bakı Ali Neft Məktəbində İT akademiyalarının yaradılması ilə bağlı artıq razılıq əldə edilib, gələcəkdə isə Bakı Dövlət, Qafqaz universitetlərində və “Çağ Öyrətim” liseylərində akademiyaların yaradılması planlaşdırılır”,- deyə o bildirib.
 Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.
Qeyd edək ki, İT Akademiyasının əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate"  ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.
http://www.ictnews.az/

Aynur Vəliyeva

"Gənc MÜəllimlər" klubundan maraqlı aksiya

Universitetimizin mədəni həyatı özünəməxsusluğu ilə seçilir. Tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirən  Mədəniyyət şöbəsinin əməkdaşları incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Özfəaliyyət incəsənətinin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb ki, bu da müasir dövrümüzdə mənəvi-əxlaqı normaların bütün səviyyələrdə qorunmasını təbliğ etməyə, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir. 
Şöbənin nəzdində 20-yə yaxın maraq klubu fəaliyyət göstərir ki, onların da əsas funksiyası maraq klubları şəbəkəsində  tələbə gənclərin intellekt səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub təmsilçiləri dünyada gedən proseslər çərçivəsində seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.
Bu dəfə isə "Gənc Müəllimlər" klubu "Paylaşaraq Qazan" adlı maraqlı kitab mübadiləsi aksiyasına start verib. Layihənin məqsədi tələbə və müəllimlərin oxuyub qurtardığı, istifadə etmədikləri kitabları başqalarıyla bölüşməkdir. Hər kəs istifadə etmədiyi, oxuyub bitirdiyi və ya hədiyyə etmək istədiyi bir kitabı təhvil verib, dostlarının bölüşdüyü digər kitablardan istədiyini götürə bilər. "Gənc Müəllimlər" klubu hər kəsi aksiyada fəal iştirak etməyə çağırır.
Aksiya Qafqaz Universiteti Əsas Binasının giriş hissəsində keçirilir. Saat 18:00-a kimi davam edəcək.

Universitet əməkdaşları AZƏRKOSMOS-da oldular

AZƏRKOSMOS ilə keçirilən ilk görüş.

Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz AzərKosmos şirkətinin İnsan Qaynaqları Departamentinin Müdiri İnara İbrahimxəlilova, İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Rövşən Rüstəmov və həmin şöbənin meneceri Kamran Əliyevlə görüşüb. Görüş zamanı məzun və tələbələrimizin işlə təmin olunması, təcrübə keçmələri, şirkət gəzintilərinin təşkili, şirkət nümayəndələrinin univeristetimizdə Master Klasslar keçməsi və şirkətlər arasında çoxsahəli əməkdaşlıq sahələri mövzusu müzakirə olunub. Sonda şirkət nümayəndələri ilə xatirə şəkili çəkilib. Onu da qeyd edək ki, hal-hazırda fəaliyyətdə olan Azercpace-1 peyki şifrələnmiş rabitə əlaqəsinin təmin edilməsi, radio və televiziya yayımının həyata keçirilməsi, yüksək sürətli internetin təmin edilməsi və məlumatların ötürülməsi sistemin həyata keçirir. Azerspace-1 peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionlarını daxildir.

http://www.qu.edu.az/az/news/AZ%C6%8FRKOSMOS-il%C9%99-ke%C3%A7iril%C9%99n-ilk-g%C3%B6r%C3%BC%C5%9F-5091.html



TOEFL və İELTS hazırlıq kurslarının qeydiyyatına start verilib.

TOEFL və İELTS  hazırlıq kurslarının qeydiyyatına start verilib.

Hər 1-ci gün yeni bir kurs başlayar devizi ilə yola çıxan Qafqaz Universitetinin Daimi İnkişaf  Mərkəzi TOEFL və İELTS  hazırlıq kurslarının qeydiyyatına start verib. Kurslar  xarici ölkələrdə magistratura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulur. Kurslar həftədə 2 dəfə olmaqla 90 (doxsan) dəqiqə 3 ay müddətinə davam edəcəkdir. Qafqaz Univerisiteti tələbə və məzunlarına 15 % endirim olacaq. Kurslar  peşəkar müəllimlərimiz  tərəfindən tədris ediləcəkdir. Hər hansı bir sualla bağlı Qafqaz Universiteti Əsas Bina 502-ci otağa müarciət edə bilərsiniz.

Əlaqə: 012 349-99-90, mob: 055 448 28 62

DİM Koordinatoru Turqay Bədəlov
http://www.qu.edu.az/az/news/TOEFL-v%C9%99-%C4%B0ELTS-haz%C4%B1rl%C4%B1q-kurslar%C4%B1n%C4%B1n-qeydiyyat%C4%B1na-start-verilib-5098.html

ARDNŞ-in vitse-prezidenti qiymətləri endirmək vədi verdi

ARDNŞ-in vitse-prezidenti qiymətləri endirmək vədi verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) vitse-prezidenti, Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov “Azadlıq” radiosuna müsahibə verib. Virtualaz.org saytı həmin müsahibəni təqdim edir:

- Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi nəyi hədəf götürüb?
- Beynəlxalq Təhsil Mərkəzi Dövlət Neft Şirkətinin qrant layihəsi ilə yaranıb. Mərkəz Azərbaycana beynəlxalq təcrübənin gətirilməsi, beynəlxalq dərs proqramları əsasında təhsil verən məktəblərin Azərbaycan məktəblərinə inteqrasiyası, ölkədə yeni təhsil formasının yaradılması, ayrı-ayrı ölkələrin təhsil standartlarının Azərbaycana gətirilməsi üçün yaradılıb.
- SOCAR-ın təhsil layihələrində iştirakı hansı zərurətdən doğub?
- Bu, SOCAR-ın təhsil layihəsi deyil. Bu, Beynəlxalq Təhsil Mərkəzinin ideyasıdır, layihəsidir, SOCAR da buna qrant ayırır.
- Amma siz həm SOCAR-ın vitse-prezidentisiz, həm də Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin rəhbəri...
- Bəli. Siz bilirsiniz ki, SOCAR hər zaman təhsilə böyük önəm verib, gənclərin yaxşı təhsil almasında maraqlı olub. Fikrimcə, belə də olmalıdır. Qarşımıza çox böyük ambisiyalı planlar qoymuşuq. Bu planları yeni düşüncəli, müasir bilik və texnologiyaları mənimsəmiş gənclər həyata keçirməlidir. Həmin gəncləri də yetişdirmək lazımdır. Mən müəllim ailəsində böyümüşəm. Onu bilirəm ki, təhsil cəmiyyətin problemidir. SOCAR-ın gələcəyindən danışırıqsa, təhsilli gənclər yetişdirmədən bu yeni layihələrin həyata keçirilməsi mümkün olmayacaq.
- Beynəlxalq Təhsil Mərkəzində yeni məktəblərin yaradılması, yoxsa özəl məktəblərin bir araya gətirilməsi nəzərdə tutulur?
- Məqsədimiz yeni məktəblərin yaradılması idi. Britaniya standartları ilə fəaliyyət göstərəcək bir məktəb yaratdıq. Bu gün məktəb artıq işləyir. Məktəbəqədər təhsildən orta təhsilədək bir sistemi əhatə edir. Artıq 320 uşaq var. 5-ci sinfədək şagirdlər oxuyur. Müəllimlər Böyük Britaniyadan dəvət olunublar. Bu məktəbdə oxumaq o deməkdir ki, beynəlxalq attestat alacaqsan. Fransa təhsil standartlarına uyğun məktəb də yaratmışıq. 30-dan çox uşaq oxuyur indi. Bu da bizim ikinci layihəmiz idi.
- Bu məktəblər Dövlət Neft Şirkətindən alınan qrantlar, yoxsa təhsilhaqqı hesabına maliyyələşir?
- Məktəblər Dövlət Neft Şirkətinin qrantı əsasında yaradılıb. Amma məktəblər pulludur, özü-özünü saxlamalıdır.
- İmkanlı ailələrin övladlarına yüksək təhsil vermək üçün Azərbaycanda geniş seçim imkanları var. Bəs Dövlət Neft Şirkətinin dəstəyi ilə yaradılan məktəblərdən imkansız təbəqə bir yana, aylıq gəliri 700-1000 manatı aşmayan ailələr necə yararlanacaq?
- Nəzərdə tutursunuzsa ki imkansız ailələrin uşaqlarının təhsili necə olacaq, bunun üçün dövlətin proqramı var, Təhsil Nazirliyinin məktəbləri var. O məktəblər də təhsil verir, hamı da oxuyur. Bizim ideya ölkədə fəaliyyət göstərən beynəlxalq məktəblərin çox yüksək qiymətlərinin aşağı salınmasına yönəlib. Bu gün Bakı İstedadlar Məktəbində təhsilhaqqı Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq  məktəblərdəki qiymətlərdən 3 dəfə aşağıdır.
- Rəqəmlərlə ifadə etsək...
- TİSA-da (The İnternational School of Azerbaijan-red.) illik təhsilhaqqı 30 min manata, Oksford məktəbində 12 min manata yaxındır. Bizdə 5-6 min, orta təhsil 7 min manatdır.
- Sizcə, orta təbəqənin illik 7 min manat ödəmək imkanı var?
- Bu məktəb o təbəqə üçün deyil, beynəlxalq təhsil sisteminə inteqrasiyadan ötrü açılıb. Bunun siyasəti, proqramı tamam ayrıdır, siz deyən ideyaya hesablanmayıb. Amma məktəbin siyasətində belə bir məqam da var ki, hər il ölkədə 10 faiz civarında ən istedadlı uşaqlar seçiləcək və onlar pulsuz təhsil alacaqlar. Məktəb özü pulsuz olmayacaq. Dünyanın heç yerində pulsuz məktəb yoxdur. Həmin uşaqların təhsilhaqqını ya Dövlət Neft Şirkəti qrant şəklində, ya da məktəb özü öz qazancından ödəyəcək.
- SOCAR-ın qrantlarından başqa təhsil mərkəzləri də yararlana bilir?
- Beynəlxalq Təhsil Mərkəzi özü bir layihədir, onun bir neçə məktəbi var. Biz həm də türk məktəbləri yaratmaq istəyirik. Gələcəkdə alman, Çin məktəbləri də yaratmaq istəyirik. Türk məktəbi yaratmaq istəyəndə Bakıdakı türk məktəbləri müraciət etdilər ki, yenisini niyə yaradırsınız, bəlkə elə biz sizə birləşək...
- Söhbət “Çağ Öyrətim İşlətmələri”ndən gedir?
- Bəli. İndi “Çağ Öyrətim” yoxdur. Beynəlxalq Təhsil Mərkəzinin tərkibində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksidir. “Çağ Öyrətim”in tərkibindəki bütün türk məktəbləri də Təhsil Kompleksinin tərkibindədir.
- Kommersiya baxımından özünü  doğruldan “Çağ Öyrətim İşlətmələri” MMC-nin Beynəlxalq Təhsil Mərkəzinin tərkibinə daxil olmasında məqsəd nədir?
- Bilmirəm sizdə haradandır bu məlumat ki, “Çağ Öyrətim İşlətmələri” kommersiya əsasları ilə çalışır? Keçmiş “Çağ Öyrətim” qeyri-kommersiya və qeyri-hökumət təşkilatı idi. Beynəlxalq Təhsil Mərkəzi də həmçinin. Bu təşkilatların kommersiya məqsədi, qazanc götürmək məqsədi yoxdur. Bu, sadəcə təhsilə yönəldilmiş layihədir. Siz deyirsiniz ki, kommersiya cəhətdən özünü doğruldub... Onların maliyyə rəqəmlərini görmüşəm. Uşaqlardan alınan təhsilhaqqını məktəbin fəaliyyətinə xərcləyiblər. Oradan qazanc götürüb başqa sahəyə yönəltməyiblər. Bu olmayıb, indi də yoxdur. Bəli, bu məktəblər özlərini dolandırırlar. Beynəlxalq Təhsil Mərkəzinin də məktəbləri özlərini dolandırırlar. Keçmiş “Çağ Öyrətim”in Bakıdakı məktəbində təhsilhaqqı az deyil, amma bölgələrdəki məktəblərdə təhsilhaqqı o qədər deyil. Bakıda yerləşən məktəblərdən əldə olunan gəlir də bölgələrdəki məktəblərə yönəldilir. O məktəblər dotasiya ilə fəaliyyət göstərir. Soruşdunuz ki, məqsədləri nə idi. Biz türk məktəbi açmaq istəyirdik, onlar da dedilər ki, birləşək sizə. Məqsəd də Azərbaycanda uşaqlara normal təhsil verməkdir. Burdan qazanılan yenə təhsilə yönəldilir. Burda qazanc məqsədimiz yoxdur.
- Azərbaycanda fəaliyyət göstərən digər xarici özəl məktəblər də Beynəlxalq Təhsil Mərkəzinə birləşdirilə bilər?
- Yox, qarşımıza belə hədəf qoymamışıq. TİSA, “British Shool”, Oksford var, Beynəlxalq Təhsil Mərkəzi də yaradıldı. Onlar kommersiya yönümlüdürlər, qazanc götürmək istəyirlər. Azərbaycan prezidenti İlham Əliyev hələ 10 il əvvəl elan elədi ki, biz neft kapitalını insan kapitalına çevirəcəyik. SOCAR-ın bu layihəsi də düşünürəm ki, neft kapitalının insan kapitalına çevrilməsinə xidmət edən bir işdir.
- Gələcəkdə Beynəlxalq Təhsil Mərkəzinin tərkibində universitetlər də olacaq?
- Hazırda Beynəlxalq Təhsil Mərkəzinin tərkibində Qafqaz Universiteti var. Bu universitetin inkişaf etdirilməsi planlarımızda var. Keçən il mexanika fakültəsini açdıq. Buna BP şirkəti də qrant ayırdı. Gələcəkdə fikrimiz var ki, pedaqoji sahəni inkişaf etdirək. Azərbaycanda ən böyük problem savadlı müəllim problemidir. Gənclər universitet seçəndə müəllimliyə az üstünlük verirlər. Ən az bal toplayanlar və ya balı digər ixtisaslara çatmayanlar müəllimliyi seçir.
- Bəlkə həm də ona görə ki, ölkədə müəllimin maaşı aşağıdır?

- O da var. Bayaq dediyim kimi, təhsil işi cəmiyyətin işi olmalıdır, təkcə dövlətin yox. Cəmiyyət də bu problemin həllinə qatılmalıdır. Bu məsələni həll etmək üçün Qafqaz Universitetində pedaqogika fakültəsi açmışıq və bunu inkişaf etdirəcəyik. Müəllim hazırlayan digər təhsil ocaqları ilə rəqabətə giririk ki, onlar da təhsilin keyfiyyətini artırsınlar.

Virtualaz.org

12 Mart 2014 Çarşamba

Qafqaz Universitetində "Universitet-İş dünyası əlaqələri ” mövzusunda “ Dəyirmi Masa-3 keçirilib.


Qafqaz Universitetində "Universitet-İş dünyası əlaqələri ” mövzusunda “ Dəyirmi Masa-3 keçirilib. http://dogru.tvKaryera Planlama Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Universitet-İş dünyası əlaqələri” mövzusunda “ Dəyirmi Masa-3 ”ə BP, FAB Boya və Kimya Sənayesi MMC, İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İB, İTECA Caspian LLC, Qarant Holding, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC, Deloitte, Saipem Asia, AMEC Services Ltd, Veyseloğlu LLC, Avrora, Koroğlu MMC kimi iri miqyaslı 12 şirkət və birliyin İşə Qəbul Şöbəsi, Təlim Tədris Mərkəzi, İnsan Resursları Departamenti, Kadrların seçilməsi şöbələrinin müdirləri, və mütəxəssisləri iştirak ediblər. 3 saata qədər davam edən “ Dəyirmi Masa-3” Qafqaz Universitetinin İş Dünyası ilə Əlaqələr üzrə Prorektoru açılış nitqi ilə başlayıb. Qarşıya qoyulan məsələlərə münasibət bildirən “Dəyirmi Masa-3” iştirakçıları Universitet-İş Dünyası əlaqələrinin ali təhsil müəssisələrinin ən mühüm məsələlərindən biri olduğunu söyləyiblər. Təklif ediblər ki, müvəffəqiyyətin əldə olunması üçün universitetlər və iş dünyası arasında məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir. İş dünyası sosial məsuliyyət layihələrinə daha çok imkan ayırmalı. Tələbələrin iş dünyasına hazırlıq prosesinə birinci kursdan başlanılmalı.Tələbələrə təcrübə sahəsində şərait yaratmalı. Yaxşı oxuyan tələbələrə daha çox təqaüd proqramları üçün vəsait ayırmalı. Yalnız yüksək ballı tələbələrə deyil eyni zamanda aşağı ball ilə tələbə adını qazanmış tələbələrə də, şans tanımalı və onların da, özlərini yetişdirmələrinə şərait planı hazırlanmalıdır.İş dünyasi magistr və doktorantların dissertasiya işlərinin seçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalıdır. İş dünyasındaki mütəxassislər, öz sahalarinda universitetlərdə seminar və dərslərə "master class" kimi daha çox iştirak etməlidir.




Danışıq və müzakirələr sonunda əldə olunan nəticə və təkliflər:





Universitetlərdə əmək yarmarkalarının sıx-sıx təşkil olunması və təhsil ilə praktikanın bir-birinə daha çox inteqrasiya olunmasının təmini.
Tələbələrin şirkət ziyarətlərinin sıxlaşdırılması və ixtisaslı tələbələrin yetişdirilməsi.
Müəllimlərin motivasiya olunması və tələbələrin demotivasiyasının qarşısının alınması.
Pərakəndəliyin ortadan qaldırılması və universitetlərin müştərək şəkildə çalışmasını təmin etmək.
Avropa, Amerika və digər dünya üzrə köklü universitetlərdən təcrübəli müəllim heyətinin gətirilməsi və ekspertlərin təcrübələrindən faydalanaraq tədris proqramlarının zənginləşdirilməsi və inteqrasiyası.
Məzunların iş həyatına hazırlanması və iş bazarının araşdırılması və hansı sahələr üzrə tələbatın olduğunun müəyyənləşdirilməsi.
Tələbələrin profillərinə uyğun işlə təmin edilməsi, təhsil və bilikdən istifadə qabiliyyətinin artırılması.
Marketinq və biznesin inkişafı sahəsində ixtisaslı kadrların yetişdirilməsi.
Yerli mütəxəssislərin təhsil proqramlarına cəlb edilməsi və peşə məktəblərinin açılması və ixtisaslı kadrların yetişdirilməsi.
Tələbələrin ixtisaslarını seçmədə lazımi dəstəyin göstərilməsi və tələbələrin daha aktiv olunmasına dəstək və tələbələrin keyfiyyətini artırılması.
Universitetlərdə müəllim heyətinin və dərs verən akademik heyətin keyfiyyətinin artırılması, tədrisin keyfiyyətinin artırılması və iş bazarının standartlarına cavab verməsini təmin etmək.
Universitetlərdə mütəxəssislərin yetişdirilməsi və Qafqaz Universitetində HR ixtisasının açılması. Satış, Satışın idarəedilməsi, müştəri xidmətləri dərslərinin tədris proqramına daxil edilməsi
Şirkətlər təcrübəli və lazımlı kadr tələb etmələri əvəzinə prespektiv tələbəni lazımı kadr etmələri daha doğru olardı.
Şirkət nümayəndələri Universitetlərlə əlaqələri və tələbələri daha yaxşı tanımalarına görə Master Klasslarda daha aktiv iştirak etməli.
Universitetlərin texniki bazası qüvvətləndirilməli; laboratoriya imkanları artırılmalı.
Tələbələrin iş dünyasına hazırlıq prosesinə birinci kursdan başlanılmalı.
İş Dünyası Tələbələrin Şirkətlərin başqa ölkədə yerləşən filiallarında təcrübə keçmələrinə yardımçı olmalı
Müəllimlər, dərsləri ilə bağlı iş dünyasının tələblərinə diqqət yetirməli. Dərslərdə verilən biliklərin məzuniyyət sonrasında nə işə yarayabiləcəyi tələbələrə açıqlanmalıdır.
Müəllimlər təkmilləşdirmə kurslarına qatılmaq üçün aktiv olmalı
Məzunlar iş düyasındakı əmək, bilik və təcrübələrini tələbələrlə paylaşmalı.
Dəyirmi masanın sonunda qonaqlar, Qafqaz universitetinə, universitet rəhbərliyinə bu çalışmanın təşkilinə görə təşəkkür etdilər və bu cür fəaliyyətlərdə tez - tez bir araya gəlmənin əhəmiyyətini vurğuladılar
Dəyirmi Masada çıxış edən iştirakçılar:
BP – Məzunların İşə Qəbulu və Universitetlərlə Əlaqələr üzrə Qrup Rəhbəri Aytən Kərimova,
FAB Boya və Kimya Sənayesi MMC – İnsan Resursları Departamenti Müdiri Abdulrəhmanov Ağarəhim,
İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İB - İşçi seçimi üzrə Mütəxəssis Zaur Əliyev,
İTECA Caspian LLC - Biznesin İnkişafı üzrə Müdir Bəhruz Hidayətzadə,
Qarant Holding - İnsan Resursları Departamenti üzrə Menecer Şəmiyev Samir,
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC - İnsan Resursları Departamenti üzrə Mütəxəssis Anar Yusifov,
Deloitte - İnsan Resursları Departamenti Müdiri Vüsalə Kərimova,
Saipem Asia - Davamlı İnkişaf Mərkəzi Koordinatoru Rəşad Xanlarov və Nərgiz Həsənova,
AMEC Services Ltd - İnsan Resursları Departamenti Mütəxəssləri Rəna Əhmədova və Aygün Mirzəyeva, 
10. Veyseloğlu LLC - İnsan Resursları Departamenti üzrə Mütəxəssis Samir Həmzəyev,

11. Avrora - Təlim və tədris Şöbəsinin Müdiri Oğuz Heydərli,
12. Koroğlu MMC - İnsan Resursları Departamenti Müdiri Alruz Sultan,


 http://dogru.tv

Belə məlumatlar insanları çaşdırmaq məqsədilə yayılan şər və böhtandır

Qafqaz Universiteti Rektoru professor Əhməd Saniç adına açılmış saxta e-mail adresindən Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu, belə məlumatların insanları çaşdırmaq məqsədilə şər və böhtan olduğunu mətbuata bildirmişdik.
Bunu Tia.az-a açıqlamasında Qafqaz universiteti ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Natiq Paşa Deyib. “İctimaiyyətə bildiririk ki, aidiyatı qurumlara bu adresin haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün etdiyimiz müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərildiyi ortaya cıxmışdır. Doğmalarından ayrilaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi modern Azərbaycan Təhsil siyasətinin uğurla heyata keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq əvəzinə onları düşündürən suallarla bizə müraciət etmələrini təmənni edirik.”

http://www.tia.az/index.php?name=News&op=Article&sid=31104

"Mənim adımla açılan profillər saxtadır"

Qafqaz Universitetinin Rektoru professor Əhməd Saniçının müraciəti

Qafqaz Universiteti Rektoru professor Əhməd Saniçə adına açılmış e-mail adresi saxta olduğunu deyən Əhməd bəy- "bu insanların amacı insanları çaşdırmaq və şər böhtanla məşğul olmaqdı. Və bu günə qədər də mən Ahmet Saniş tərəfndən heç kimə bu adresdən e-mail yazılmamışdır. Aidiyatı qurumlara bu adresin haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün müraciət edilmişdir. Bir nətcə olduğunda ictimaiyyətə də məlumat veriləcəkdir"

http://dogru.tv/gundem/865-qafqaz-universitetinin-rektoru-professor-ehmed-sanichinin-muracieti.html

Türkiyədən Azərbaycana həqiqətə uyğun olmayan xəbərlər göndərilir

Qafqaz Universiteti rektoru professor Əhməd Saniç adına açılmış saxta e-mail adresindən Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu, belə məlumatların  insanları çaşdırmaq məqsədilə şər və böhtan olduğunu mətbuata bildirmişdik. İctimaiyyətə bildiririk ki,  aidiyatı qurumlara bu adresin haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün etdiyimiz  müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta  e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərildiyi ortaya çıxmışdır”. 
Bu barədə Publika.Az-a Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Natiq Paşa məlumat verib.
“Doğmalarından ayrılaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin  uğurla  davam etdirdiyi modern Azərbaycan Təhsil siyasətinin uğurla heyata keçirilməsində  iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq  əvəzinə onları düşündürən suallarla bizə müraciət etmələrini təmənni edirik”.
http://publika.az/p/10368

11 Mart 2014 Salı

“Qafqaz“ın rektoru: “Bizim saf olduğumuz ortaya çıxacaq” - MÜSAHİBƏ

http://teleqraf.com/news.php?id=42813#.Ux8hfs6VyeU
Tarix: 07.03.2014 | Saat: 11:32:00 


Əhməd Saniç: “Ən kiçicik bir dini təhsil burda danışıq mövzusu deyil”

“Qafqaz” Universitetinin başına azərbaycanlı bir rektor keçəcək”

“Qafqaz” Universiteti və universitetin tabe olduğu “Çağ Öyrətim İşlətmələri” Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə yeni qurum yaradıblar. “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” adlanan həmin quruma şirkətin bütün təhsil müəssisələri daxil olub. Qeyd edək ki, “Çağ Öyrətim İşlətmələri” Şirkəti Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə – 1992-ci ildə qurulmuş şirkətdir. Şirkətin təhsil müəssisələri – Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə Azərbaycana indiyədək 530-dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıblar. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. “Qafqaz” Universiteti isə 1993-cü ildə Bakıda qurulmuş ilk və tək xarici universitet olma özəlliyinə sahibdir. Türkiyə və qabaqcıl Qərb ölkələri universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən “Qafqaz” Universiteti elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan xalqının və dövlətinin də etimadını qazanıb. Universitetin rektoru, professor Əhməd Saniclə söhbətimizdə yeni idarəçilikdən tutmuş son zamanlar baş verən bir sıra ictimai-siyasi məsələlərə toxunduq.

– Bir il öncə, 2013-cü ilin martın 1-də Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ/SOCAR) “Çağ Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisənin şirkətin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından isə İdarə Heyətinin sədri Ənvər Özərən imzalayıblar. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri SOCAR, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olublar. Qeyd edim ki, birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər və ötən dövr ərzində “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbərliyində hər hansı dəyişiklik baş verməyib. Ümid edirəm ki, bu birlik nəticəsində təhsildə daha güclü, daha keyfiyyətli nəticələr əldə edəcəyik.

– Amma nədənsə belə bir şirkətin qurulması, “Çağ Öyrətim İşlətmələri” Şirkətinin bütün təhsil müəssisələrinin “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin, daha doğrusu SOCAR-ın tabeliyinə keçməsi barədə məlumat yeni açıqlanıb...

– Xeyr. İmzalanma mərasimi keçiriləndən dərhal sonra mətbuata bu barədə  məlumat verilmişdi. Fəqət, insanlar bunu başa düşə bilmədilər. Yəni, “bu nədir” deyə suallar verdilər. İndi yeni-yeni meyvələr verilməyə başladığı üçün insanlar bu dəyişikliyi görməyə başladılar.

– Etiraf etməliyik ki, insanlar yenə də bunu başa düşə bilmirlər. Bu, addım kimlərinsə “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən imtina etmələri ilə bağlıdırmı?

– Xeyr. “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən hər hansı bir imtina baş verməyib. Eyni qayda ilə davam edirik. Amma artıq bir məsələ var. Artıq “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil müəssisələrinin təsisçilik haqqına sahib olan “Çağ Öyrətim İşlətmələri” Şirkəti deyil, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”dir. Yəni, dəyişiklik bundan ibarətdir. Bu dəyişikliyi “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin və onun təhsil müəssisələrinin daha geniş bir çətir altına girməsi, daha geniş imkanlar əldə etməsi kimi də dəyərləndirmək olar. Çünki “Çağ Öyrətim İşlətmələri Şirkəti” əvvəlkitək investisiya qoymaqla bahəm, artıq SOCAR da bu təhsil müəssisələrinə investisiyalar yatıracaq. Yəni, “bir əlin nəyi var, iki əlin səsi var” məsəlində deyildiyi kimi təhsil müəssisələrimiz daha da inkişaf edəcək, genişlənəcək. “Çağ Öyrətim Şirkəti” qurularkən ilk gündən zatən Azərbaycan xalqı üçün qurulmuşdu. Zatən bir Azərbaycan şirkəti idi, Azərbaycan məktəbləri idi. Bizim istər universitetimiz, istərsə də məktəblərimiz Azərbaycanın “Təhsil haqqında” qanunu əsasında idarə olunurdu. Bu gün isə “Çağ Öyrətim İşlətmələri” tam mənası ilə Azərbaycan şirkətinə çevrilib. Artıq çatıda bir türkiyəli deyil, Azərbaycan şirkəti SOCAR var. Düşünürəm ki, bu şəkildə daha böyük işlər görülə, daha keyfiyyətli, daha çox məktəblər açıla bilər. SOCAR-ın buradakı əsas məqsədi Avropa təhsilini ölkədə daha yayğın hala gətirə bilməkdir. İstər “Qafqaz” Universiteti, istərsə də məktəblərimiz zatən illərdir bu işi görür, görməkdədir. Çünki insanın ən böyük sərhədi dildir. Bu uşaqların dil baryeri olmur. Amerikaya, Avropaya və ya Türkiyəyə oxumağa gedirlər, ondan sonra gəlib ölkələrinə xidmət edirlər. Dəyişikliklə bu cür gənclərin sayının artacağını düşünürəm.

– “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil müəssisələrinin çox keyfiyyətli təhsil verdiyini hamı etiraf edir. Amma bu təhsil müəssisələrində dini təmayülün də olduğu zaman-zaman söylənilir. Hətta, bəzən iddia olunur ki, ibadətlə məşğul olanlara olmayanlarla müqayisədə daha çox üstünlük verilir...

– Bizim universitetimizlə Bakı Dövlət Universitetinin, yaxud Neft Akademiyasının mənəviyyat baxımndan heç bir fərqi yoxdur. Yəni, dünyəvi bir universitetdir. Bizim fərqimiz bəlkə də budur; biz hər bir tələbə ilə dönə-dönə məşğul olaraq onların xaricdə oxumaları, yaxud daha yüksək bilik sahibi olmalarını təmin edirik. Bundan əlavə mən müxtəlif düşüncə sahibi olan hər kəsi universitetimizə dəvət edirəm. Hər bir tələbə ilə, hər zaman görüşə bilərlər. Sizi də dəvət edirəm. Gəlin, görün, danışın, araşdırın. Bütün imkanlarımı açıram. Bu sualları mənim tələbələrimə də verə bilərsiniz. Çünki mən özümdən, universitetimdən, verdiyim təhsildən əminəm. Eyni zamanda bizdə kamera sistemləri var. Yəni, ən kiçicik bir dini təhsil burda danışıq mövzusu deyil.

– Mətbuatda bəzi azərbaycanlı millət vəkillərinin “Nur” camaatına bağlılığına dair yazılar dərc olunub. Həmçinin “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbəri Ənvər Özərənin camaatın liderinə göndərmiş olduğu məktub yayılıb. Bununla bağlı nə deyə bilərsiniz? 

– Bunların hamısı gerçəyə söykənməyən məsələlərdir. Biz bunları qətiyyən qəbul etmirik. Doğrudur, hoca əfəndi bu məktəblərin qurulmasını təşviq edib. Amma hoca əfəndi burda yoxdur. Heç bir zaman qarışmaz. Hətta, mən bura gəldiyim zaman ilk olaraq mənə iki şey tövsiyə etdilər. Birincisi, Türkiyədən nə istəyirlərsə istəsinlər, o sizi ilgiləndirməz. Etməyəcəksən. İkincisi də Azərbaycanın siyasəti sənin siyasətin olacaq. Sənin sözünü eşidəcəyin bir şəxs olacaq. O da əvvəllər “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbəri, indi isə “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçilərindən biri Ənvər Özərəndir. Yəni, onunla danış, məsələləri onunla müzakirə et. Məsələ, Türkiyədən heç bir zaman “mən bu pulu ödəyirəm, sən bu kimi işləri gör” demədilər. Baxın, mən pulu ödəyənləri də tanımıram. Vaxtilə bu məktəblər açıldı, avadanlıqlar alındı. Mən heç birini tanımıram. Bu insanlar Azərbaycanı, türk dünyasını, bütün dünyanı, insanları çox sevdikləri üçün fədakarlıq edirlər. Yəni, bu insanlar çox yaxşı şəraitdə, lüks içində yaşaya bilərlər. Amma lüks içində yaşamadılar. Onun yerinə orta səviyyədə yaşayaraq əlavə gəlirlərini bu cür qurumlara verdilər. Və Türkiyədə də biz bunu bilmirik. Məsələn, tələbələr təqaüd alır, amma kimin təqaüdünü aldığını bilmirlər. Gedib bankdan çıxarar, o təqaüdü hesaba kimin yatırdığı da bəlli olmaz. Çünki biz hər hansı öyrəncimizin boynunun bükük olmasını istəmirik. Doğrudur, insanlar xeyirli işlər görərlər. Bizim bir adətimiz var; sağ əlin verdiyini sol əl duymaz. Tələbələrin getdikləri ölkələrdə uğurlar əldə etmələri mənə ən böyük mükafatdır. Məsələn, ötən gün yeni bir xəbər aldım. Mənim məzunumun yazdığı kitab Amerikada çap edilir. Bu mənim üçün bütün yorğunluğumu aparacaq bir xəbərdir. Bu mənada bunlar hamısı yalandır. Bundan öncə də eyni xəbərlər yayılıb və onlar da yalan olub. Bu cür xəbərlərin yayılması qısqanclıqdan da, bilgisizlikdən də, sair səbəblərdən də ola bilər. Bunların qətiyyən diqqətə alınmamasını düşünürəm. Əgər bir dəlil istəyirsənizsə, gəlin “Qafqaz” Universitetinin bir ucundan girin, digər ucundan çıxın. İstədiyiniz tələbəyə, istədiyiniz müəllimə istədiyiniz sualı verin. Mənim söylədiklərimdən əlavə bircə fərq də görə bilməyəcəksiniz.

– Əhməd bəy, “Çağ Öyrətim İşlətmələri”nin təhsil müəssisələrinin “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin tabeçiliyinə verilməsi Türkiyədə camaatla hökumət arasında münasibətlərin pisləşməsi ilə bağlı ola bilərmi?

– Yox, yox. Bu tamamilə SOCAR-ın qərarıdır və prezidentimizin razılığı ilə olan bir işdir. Bilirsiniz ki, SOCAR artıq Azərbaycan şirkəti deyil, qlobal bir şirkətdir və böyük işçi qüvvəsinə ehtiyacı var. O zaman nə etməlidir? Xaricdən işçi gətirməsi ona baha başa gələcək. Ona görə də SOCAR öz ölkəsinin insanını yetişdirməyi əsas götürür. Yəni, qeyri-adi, fərqli, pis bir niyyət yoxdur. Prezidentimiz deyir ki, bu insanlar çalışmağa davam etsinlər, daha gözəl insanlar yetişdirsinlər, sizlər də dəstək olun. Bu qayda ilə işimizə davam edəcəyik. Bizim tərəfdən də yardımlar davam edəcək, tədris binaları inşa olunacaq, avadanlıq alınacaq.

– Yeri gəlmişkən, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” yaradıldıqdan sonra yeni təhsil müəssisələrinin açılması nəzərdə tutulubmu?

– Bu artıq bizim məsələmiz deyil, SOCAR-ın məsələsidir. Bizim işimiz əlimizdəki imkanlara müvafiq olaraq ən yaxşı nəticələri əldə etməkdir. Nəzəri cəhətdən deyə bilərik ki, dövlətimiz çoxlu təhsil müəssisələrinin açılmasına qərar verə bilər. Bunu dəqiq deyə bilmərəm. Onsuz da bizim personalımızın 87 faizi azərbaycanlıdır. Hətta bu il azərbaycanlı personalın 90 faiz olduğunu düşünürəm. Builki faiz nisbətini hesablamadım. Çünki gün keçdikcə, azərbaycanlıların faizi artır. Yəni, biz burda bəlkə də başda görünürük. Amma əsas işləri görən personalımız və öyrənmə fürsəti əldə edən azərbaycanlıdır. Qazanan da azərbaycanlılardır. Məsələn, bu gün “Qafqaz” Universitetinin prorektor və dekanlarının 2/3-i azərbaycanlıdır. Kafedra müdirlərimizin biri istisna olmaqla, digərləri hamısı azərbaycanlıdır. Bəlli bir sürəcdən sonra bizim burda işimiz azalacaq. “Qafqaz” Universitetinin başına azərbaycanlı bir rektor keçəcək. Bütün bunlar olacaq.

– Bu nə vaxt baş verəcək?

– Onu mən bilmərəm. Yəni, bişdikcə onun nə olduğunu görəcəyik. Önəmli olan keyfiyyətin düşməməsidir. Keyfiyyət düşməyəcəyi təqdirdə heç bir problemlə qarşılaşmazsınız. Baxın, BP şirkəti universitetimizdə kimya, mexanika mühəndisliyi laboratoriyası açdı. İndi də inşaat mühəndisliyi üçün çalışmalar gedir. BP bu qədər universiteti qoyub niyə “Qafqaz”ı məsləhət bilir? Mənim BP ilə nə qədər yaxınlığım var? İnsan işlədiyi zaman onu görürlər, dəyərini verirlər. SOCAR keyfiyyətli mütəxəssislərə ehtiyac hiss etdi və sonda biz də zatən Azərbaycan üçün qurulmuş müəssisələr olduğu üçün bu təklifi sevə-sevə qəbul etdik. 

– Türkiyə Böyük Millət Məclisi özəl hazırlıq kurslarının bağlanması haqqında qanun layihəsini qəbul edib. Bu Sizin işinizə hansısa formada təsir edəcəkmi?

– Bu Türkiyəni ilgiləndirir, inanın bizi heç ilgiləndirmir. Baxın, biz Türkiyə barədə danışmağı belə yasaqlamışıq. Çünki bizi ilgiləndirmir.

– Türkiyə barədə danışmağı necə yasaqladığınızı anlamadım...

– Yəni, biz "Türkiyə etdi, nə edəcək" barədə danışmaq istəmirik. Türkiyənin nə etdiyi önəmli deyil. Biz Azərbaycanıq. Bizim kurslarla Türkiyədə olan kursları eyniləşdirməyə çalışırlar. Halbuki, bizimlə onların heç bir əlaqəsi yoxdur. Hə, o siyasi bir qərardır. Artıq bunun konstitusiyaya uyğun olub-olmadığı və sair məsələlər daha sonra araşdırılacaq. O da bizim şirkətin məsələsi deyil, Azərbaycanın məsələsi heç deyil.

– Dekabrın 17-də qardaş ölkədə korrupsiya və rüşvət əməliyyatından sonra baş nazir bu məsələdə camaatı günahlandırdı...

– Bulanıqlıq gedincə bizim çox saf olduğumuz ortaya çıxacaq. Bunu qəti olaraq söyləyirəm. Çünki mən rəhbərlik etdiyim universitetdən nə qədər əminəmsə, oradakı insanların da eyni ürəklə çalışdığına inanıram. Bunların hamısı boş şeylərdir və məni maraqlandırmır. Bu gün mən Azərbaycanda xidmət edirəm. Məni maraqlandıran təkcə budur və Türkiyədə baş verənlərə bir azərbaycanlı kimi baxıram. Amma Türkiyənin aşağı düşməsindən təbii ki, üzülürəm. Çünki mən bir Türkiyə vətəndaşıyam. Amma bizim bu gün tutduğumuz mövqe ilə Türkiyənin mövqeyi lütfən qarışdırılmasın.

– Türkiyə hazırda aşağı düşmüş durumdadırmı?

– Yəni, Türkiyə Avropa Birliyi kriteriyalarına görə məsafə itirib.

Səxavət HƏMİD