Kayıtlar

Mayıs, 2014 tarihine ait yayınlar gösteriliyor

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Kimya Müəllimliyi 2-ci kurs tələbələrini kurs tələbələrini qəbul etdi.

Resim
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Kimya Müəllimliyi 2-ci kurs tələbələrini  kurs tələbələrini qəbul etdi. Karyera Planlama Mərkəzi Aqil Məmmədovun rəhbərliyi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna Kimya müəllimliyi 2-ci kurs tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin iş dünyası ilə tanış olması və “Neft kimyаsı və kаrbоhidrоgеnlərin tеrmоkаtаlitik çеvrilmələri” dərsinin praktikasının təmin olmasını idi. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdilər və Neft emalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan n

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans oktyabrda keçiriləcək

Resim
Cari ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində İnformasiya-Kommunikasiya texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans (AICT-2014) keçiriləcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.   Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir.   Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq. Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti,

AICT-2014 konfransının vaxtı məlum oldu

Resim
Cari ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans (AICT-2014) keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir. Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir. Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq. Qumilyov adına Avrasiya Milli Universiteti, Nazar

İş Dünyası Toplantısı

Resim
İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluq hər həftənin çərşənbə axşamı fakültə və MKŞ təmsilçiləri ilə görüş keçirir. Görüşün keçirilməsində məqsəd fakültələrin iş dünyasına bağlı təlabatını öyrənmək, məzunlarımızın iş ilə təmin olunmasına yardımçı olmaq və İş Dünyasının tələblərini universitetimizdə həyata keçirtməkdir. Bu həftə uzun müddətdir İş Dünyası ilə Univeristet arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rolu olan Dos. Nəsimi Kamalov Elvin Məmmədovla, Dr. Anar Rüstəmov isə Pərviz Məmmədov ilə əvəz olunub. Əvəz olunma dəyərli müəllimlərimizin iş çoxluğu ilə əlaqədardır. Müəllimlrimizə çəkdikləri əziyyətə görə təşəkkür edir və işlərində uğurlar arzulayırıq. http://www.qu.edu.az/az/news/%C4%B0%C5%9F-D%C3%BCnyas%C4%B1-Toplant%C4%B1s%C4%B1-5548.html

Elmdə Uğur Qazanmağın Yolları

Resim
Növbəti müsahibimiz tanınmış iqtisadçı, Qafqaz Universitetinin Maliyyə kafedrasının müdiri və dünyada bir neçə tanınmış təşkilatın üzvü olan  ELÇİN  Süleymanovdur. 1. Elçin müəllim özünüz haqqında qısa məlumat verərdiniz zəhmət olmasa? Mən 1992-ci ildə Azərbaycandan Türkiyəyə ali təhsil almağa göndərilən ilk tələbələrdənəm. 1996-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakultəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşam. 1996-2000-ci illərdə Bakı Özəl Türk Liseyi iqtisadiyyat filialında ixtisas fənnləri müəllimi və müdir müavini işləmişəm. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi almışam. 2000-ci ildən Qafqaz Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsi, Maliyyə bölməsində baş müəllim olaraq işləyirəm. Müxtəlif illərdə Universitet Mədəniyyət şöbəsinin

Qafqaz Universiteti Texnoparkı Türkiyə konqresində təmsil olunur

Resim
Bu gün Türkiyənin Kayseri şəhərində Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (ÜSİMP) 7-ci Milli Konqresi işə başlayıb. Qafqaz Universitetindən verilən məlumata görə, konqresə universitetin prorektoru Şahin Durmaz, Universitet - İş dünyası əlaqələri üzrə prorektor Uğur Arif Bölək və Qafqaz Universiteti Texnoparkının müdiri İsa Qasımov da qatılıb. Xatırladaq ki, ÜSİMP 2007-ci ildə universitetlərdə texnologiya transfer mexanizmlərinin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan, texnologiya istehsal edən və ixrac edən, universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa çevrilməsində iştirak etmək məqsədilə təsis olunub.   Qeyd edək ki, sözügedən tədbir öz işini mayın 23-də yekunlaşdıracaq .     CAHANGİR   

Dəniz və okean sularından hidrogenin alınması

Resim
  Qafqaz universitetinin, mühəndislik fakültəsinin kimya mühəndisliyi bölməsində dəniz suyundan hidrogen əldə etmək üçün geniş miqyaslı tədqiqat işlərinə strat verilmişdir. Artıq 3 tələbə, 3 müəllim və 1 mühəndisdən təşkil olunmuş təqdiqat qrupu intensiv olaraq bu işlə bağlı fəaliyyət göstərirlər. Təkmil pilot bir cihaz qurulmuş və müvəffəqiyyətlə istifadəyə verilmişidir. Bu cihazın reaktor qismində altı ədəd elektrod quraşdırlmış və bu elektrodlarda anod tamamilə izolasiya edilmişdir. Katod və anod arasındakı keçiricilik membran vasitəsilə təmin edilir. Membran kimi Azərbaycanın təbii mineral ehtiyatlarından istifadə edilmişdir. Hal hazırda tədqiqatlar zaman keçdikcə dəniz suyunda olan xlorid miqdarının neçə dəyişdiyini öyərənmək istiqamətində davam edir. Gələcəkdə alınmış yanacağın enerji dəyərini ölçmək üçün qaz kalorimetri və qaz xromotoqrafiya cihazi ilə yanacaqda olan qaz qarışığının hansı komponentlərdən təşkil olunduğunu öyrənmə istiqamətində davam etdiriləcəyi planlaşdır

Qafqaz Biznes Keys Yarışının Çepmpionları Universal MMC tərəfindən mükafatlandırıldı.

Resim
Qafqaz Universitetində Qafqaz Biznes Forumunun nəzdində təşkil edilan 3-cü Qafqaz Biznes Keys Yarışının final mərhələsi keçirildi. Qafqaz Biznes Forumu Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi tərəfindən 2012-ci ildən bəri  hər il təşkil edilir. Bu ilki foruma 200-ə yaxın tələbə və müəllim heyəti ilə birlikdə fərqli şirkətlərdən idarəçilər qatıldı.Biznes Forumunun açılışını edən Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru  Odiljon Abdurazzakov universitetlər və biznes dünyası arasındakı əlaqələrin tələbələrin praktiki və biznes biliklərini artırmaq üçün əhəmiyyətli olduğunu vurğuladı. O bildirdi ki, 2012-ci ildən bəri Mərkəz və şirkət nümayəndələri ilə birlikdə əhəmiyyətli nailiyyətlər əldə edilib. Komandaların sayı 2012-ci ildən bəri 5-dən bu il 15-ə çatıb. Bu il mərkəz tərəfindən təxminən 50-yə yaxın tələbəyə  Marketinq tədqiqatı və Quantitativ analiz treyninqləri keçirilib. Hədiyyə miqdarı da həmçinin 2012-ci ildə olan 800 manatdan bu il 3000 manata qalxıb.

ÜSİMP 7-ci Konqresində QUTechnopark da təmsil olunacaq

Resim
Türkiyənin Erciyes Universitetinin ev sahibliyi ilə reallaşdırılacaq,  təhsil , tədris və araşdırma fəaliyyətlərinin yanında yeni texnologiya istehsalına , istehsal olunan texnologiyaların cəmiyyətə çatdırılmasının təşviq edilməsinə və universitetlərdə texnologiya transfer mexanizmlərin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan , texnologiya istehsal edən və ixrac edən , universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa dönüştürülməsinə , iştirak etmək məqsədi ilə 2007-ci ildə işə başlayan Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platforması ( ÜSİMP ) , 7-ci Milli Konqresini 22-23 May 2014 tarixləri arasında Türkiyənin Kayseri şəhərində keçiriləcəkdir. Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırılacaq olan ÜSİMP 7-ci Milli Konqresi , Elm və Texnologiya siyasəti və Elm və Texnologiya Yüksək Kabinetinin qərarlarının davamlı inkişafına qatqı təmin edə

Yeni Fikir Müsabiqəsi 2014 layihəsinin qalibləri elan olunub

Resim
QUTechnorak (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosisteminin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabəqdə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.YFM 2014 layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilmişdir. YFM 2014 əsasında 229 müraciət qəbul edilmişdir ki, onalardan 169 iş fikri qiymətləndirmə prosesinə alınıb. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəsiqə qazanıb. Finalda isə qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçilib. YFM 2014 Layihəsin

Qafqaz Universiteti Texnoparkının təşəbbüsü ilə təşkil olunmuş “Yeni Fikir Müsabiqəsi”nin final mərhələsi keçirilib və qaliblər müəyyənləşdirilib.

Resim
Final Proqramı Bakı Biznes Mərkəzində keçirildi. Geniş ictimaiyyətin də müşahidə etmə imkanı olan Final Proqramında, finalçıların təqdimatından sonra 5 ən yaxşı iş fikirləri müəyyən edilərək elan olundu. Tədbirdə çıxış edən Qafqaz Universiteti Texnoparkının müdiri və layihənin rəhbəri İsa Qasımovun sözlərinə görə, QUTechnorak (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosisteminin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də “Yeni Fikir Müsabiqəsi”dir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (aşağıda verilib) yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir. “YFM 2014” layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start veri

“Yeni Fikir Müsabiqəsi 2014” layihəsinin qalibləri elan olundu

Resim
  1 noyabr 2013-cü ildən etibarən start verilən “Yeni Fikir Müsabiqəsi 2014” (YFM) layihəsinin qalibləri artıq elan olundu. “YFM 2014” əsasında 229 müraciət qəbul edilib ki, onlardan 169 iş ideyası qiymətləndirmə prosesinə alınıb.Yarımfinala vəsiqə qazanmış 24 iş ideyasından 10-u isə finala vəsiqə qazanıb. Finalda isə  qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçilib.Müsabiqə qaliblərinə İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi dəstəklə yanaşı, ilk 3 yeri tutmuş layihə qruplarına müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat da əlavə maliyyə vəsaiti ayrılıb. Beləliklə, “YFM 2014” layihəsinin qalibləri 1-ci yer üzrə “BethClip”, 2-ci yer üzrə “TUNING FORK”, 3-cü yer üzrə “Timi`s Aerial Vehicle (Smartplane)”, 4-cü yer üzrə “Antiviruslar.az”, 5-ci yer üzrə “GriG” seçilib. Layihələr müxtəlif nominasiyalar üzrə qeydiyyatdan keçib ki, bu nominasiyalara “Veb xidmət”, “E – Ticarət”, “Software və veb-tətbiqetmələr

Azərbaycanı təmsil edən robot qalib oldu

Resim
      Tələbələrimizin hazırladığı robot bütün robotları məğlub etdi.  Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix" beynəlxalq  yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılmışdır. "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub edib və Qızıl Medala layiq görülüb. Qafqaz Universiteti  kompyuter  mühəndisliyi ixtisasında təhsil alan Əsəd  Məmmədov və Tərlan Bakirli adlı iki tələbənin iştirak etdiyi bu olimpiada Robot sahəsində dünyada ən səviyyəli olimpiada kimi qəbul olunur. Qeyd edək ki, olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır.

Azərbaycan Rumıniyada keçirilən “İnfomatrix” beynəlxalq yarışmasında “Qızıl medal” qazandı

Resim
Qafqaz Universiteti (QU) İKT Elmi Tədqiqat Mərkəzinin "Robototexnika" qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix"  beynəlxalq  yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılıb.  "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarını məğlub edib və "Qızıl medal"a layiq görülüb. Universitetdən qeyd edilib ki, QU-da "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirli adlı iki tələbəmizin iştirak etdiyi bu olimpiada robot sahəsində dünyada ən nüfuzlu olimpiada hesab edilir: "Bu uğur təkcə universitetimizin deyil,  Azərbaycan təhsilinin, elminin,  bir sözlə, gündən-günə hər sahədə inkişaf edən ölkəmizin uğurudur.  Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır". Qeyd edək ki, İnformasiya Kommunikasiya

Rumuniyadan QIZIL MEDAL

Resim
Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix" yarışmasına qatılmışdır. Müxtəlif ölkələrdən çox sayda komandanın iştirak etdiyi yarışmada. "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub etmiş və komanda qızıl medala layiq görülmüşdür. Kamran İmaməliyev

2013-2014-cü tədris ili üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramına start verilmişdir

Resim
Bakı, 11 may (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinn (ARDNŞ) istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir. ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 17 fevral 2013-cü ildə 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilmişdir. 4 həftə davam edən elektron qeydiyyat zamanı ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2 min 357 tələbədən 1975 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1639-u test imtahanına buraxılmışdır. Mayın 4-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi təf

III Biznes Keys yarışının finalçıları seçildi

Resim
Qafqaz Universitetində, Qafqaz Biznes Forumunun nəzdində 3-cü Biznes Keys yarışının yarımfinal mərhələsi keçirilib.  Simsar.az xəbər verir ki, Qafqaz Biznes Forumu Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi tərəfindən 2012–ci ildən bəri hər il təşkil edilir. Qafqaz Biznes Forumunun məqsədi biznes idarəçiləri və gələcəkdə biznes idarəçisi olmaq istəyən tələbələri bir platformada yığmaqdır. Yarımfinal mərhələsinin açılışını edərkən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç biznes sektoru və universitetlərin yaxın əlaqədə olmalarının əhəmiyyətli rolunu vurğulayıb. O, yarışan bütün komandalara uğurlar arzulayıb. İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı dossent Mayis Əzizov, Universal MMC-nin baş qlobal strategiya mütəxəssisi Tural Əlizadə və marketinq şöbəsinin müdiri Tural Mehtiyev də bütün komandalara uğurlar arzulayıblar. Müsahibədən keçən 12 komandaya bir ay müddətinə təlim keçirilib. Komandalara Marketinq tədqiqatı və təhlili mövzusunda təlim Sahibkarlığın İn

“Biznes Keys” yarışının yarımfinal mərhələsi keçirilib

Resim
Qafqaz Universitetində, Qafqaz Biznes Forumunun nəzdində 3-cü “Biznes Keys” yarışının yarımfinal mərhələsi keçirilib. Qafqaz Biznes Forumu Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi tərəfindən 2012-ci ildən bəri hər il təşkil edilir. Qafqaz Biznes Forumunun məqsədi biznes idarəçiləri və gələcəkdə biznes idarəçisi olmaq istəyən tələbələri bir platformada yığmaqdır. Qafqaz Biznes Forumu iki komponentdən ibarədir. Birinci komponent Qafqaz Biznes Keys yarışıdır ki, bu yarış çərçivəsində tələbələr komanda şəklində konsultant rolunda bir-biriləri ilə Azərbaycandakı yerli şirkətlərdən birinin bazarını araşdırmaqla hazırladıqları təklifləri yerli şirkətlərə təqdim etməklə yarışırlar. İkinci komponent forumdan ibarətdir ki, bu forum daxilində fərqli şirkətlərdən biznes idarəçiləri öz sahibkarlıq təcrübələrini tələbələrlə bölüşürlər. Yarımfinal mərhələsinin açılışını edərkən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç biznes sektoru və universitetlərin yaxın əlaqədə olmalarının

Dünya İqtisadiyyatı -3 tələbələri “Aztexnika“MMC-ni ziyarətdə

Resim
Karyera Planlama Mərkəzimiz “Aztexnika“MMC-yə Dr.Sərvər Qurbanovun rəhbərliyi ilə Dünya İqtisadiyyatı-3 tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı yiyələndikləri biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir.Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi ilə tanış edərək gördükləri işlər və planları haqqında qisa məlumat verdilər.Texniki avadanlıq və ləvazımatların istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri də öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər. Onu da qeyd edək ki, “Aztexnika” MMC əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin Azərbaycandakı ekskluziv təmsilçisi kimi fəaliyyət göstərir. http://www.qu.edu.az/az/news/D%C3%BCnya-%C4%B0qtisadiyyat%C

Qafqaz Universitetinin Kimya Müəllimliyinin 3-cü kurs tələbələri “AzMeCo” şirkətində

Resim
Karyera Planlama Mərkəzi Aqil Məmmədovun rəhbərliyi ilə Azərbaycan Metanol Şirkətinə (AzMeCo) Kimya müəllimliyinin 3-cü kurs tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin iş dünyası ilə tanış olması və “Sənayedə metanolun alınması” dərsinin praktikasının canlı şahidi olmasını təmin etmək idi.Metanolun istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdilər və belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin dahada möhkəmlənəcəyini vurğuladılar. Azərbaycan Metanol Şirkəti (AzMeCo) 2007-ci ildə yaradılmışdır. Şirkət neft-kimya layihələrinə sərmayə qoyur və Azərbaycanda iri layihələrin reallaşdırılmasını həyata keçirir. “AzMeCo” 2013-cü ildə özünün inşa etdiyi metanol zavodunu tamamlamış və istifadəyə vermişdir. Zavodun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloj

Azerfon şirkətinin tələbələrimizə təcrübə proqramı.

Resim
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə Azrefon şirkətinin İnsan Qaynaqları Departamentinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı tələbələrimizin şirkətdə ödənişli yay təcrübəsi keçmələri haqqında ətrafli məlumat verməklə yanaşı full time və part time işlə təmin olunması, şirkət gəzintiləri müzakirə olunub. Görüşün sonunda şirkət nümayəndələri universitetimizlə daha yaxından tanış olublar.  http://www.qu.edu.az/az/news/Azerfon-%C5%9Firk%C9%99tinin-t%C9%99l%C9%99b%C9%99l%C9%99rimiz%C9%99-t%C9%99cr%C3%BCb%C9%99-proqram%C4%B1-5415.html

Rumuniyada keçirilən InfoMatrix Robot Olimpiadasında Gümüş Medal Qazandıq

Resim
  Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin  Robototexnika qrupunun  "QUSumo" komandası Ruminyada keçirilən "InfoMatrix" robot olimpiadasının Lego Sumo kateqoriyasında yarışan 34 komanda arasına 2-ci oldu və gümüş medala qazandı.  Ötən günlərdə də sizə məlumat verdiyimiz kimi Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzi daha bir ilkə imza atmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, komandamız bu sahədə Azərbaycanı xaricdə təmsil edən ilk Universitet komandasıdır.

Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq “İnfoMatrix” Olimpiadasında iştirak edəcək

Resim
Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM) Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq "İnfoMatrix" Olimpiadasında iştirak edəcək. Mərkəzdən verilən məlumata görə, olimpiada "Lego" platforması üzərində yığılan "Sumo" robotları arasında olacaq. Hər bir robotun çəkisi 1 kq-dan artıq, eni və uzunluğu 15 sm-dən çox olmamalıdır. Ölkəmizi bu olimpiadada təmsil etmək üçün İKTETM müdiri Ümit İlhanın rəhbərliyi ilə nümayəndə heyəti artıq yola düşüb. Olimpiadada yarışçılar qismində isə Əsəd Məmmədov və Tərlan Bəkirli çıxış edəcəklər. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi 2010-cu ildən etibarən Qafqaz Universiteti nəzdində fəaliyyət göstərməkdədir. İKT Elmi Tədqiqat Mərkəzinin iş prinsipi İKT sahəsində araşdırmalar aparmaq, dünya təcrübəsini öyrənmək, ölkəmizdə tətbiq etmək üçün layihələr və elmi tədqiqat işləri hazırlamaqdan ibarətdir. İKT Elmi Tədqiq

Robot proqramlaşdırmaqla bağlı müsabiqənin qalibləri bəlli oldu

Resim
Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatıb. Layihənin məqsədi respublikada universitet tələbələrinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atıb. AzRoboHack müsabiqəsinə 14 aprel tarixində start verilib. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitet tələbələrindən 55 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir. Ön

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Təşkil etdiyi AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı

Resim
Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatdı. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atmışdır. AzRoboHack müsabiqəsinə 14 aprel tarixində start verilmişdir. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitet tələbələrindən 55 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir. Ö